BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9406
  • RUB
    2.1689
  • TRY
    0.0434
  • GBP
    2.2922
71771

İnsanların əksəriyyəti daha çox pula sahib olduqca daha sərbəst xərcləyəcəyini düşünür. Lakin reallıq bunun tam əksi ola bilər. Məsələn, çox adamdan eşidirik, deyir ki, varlıdır, amma pul xərcləməyə əli gəlmir. Bəli, çox görürük ki, bəzi zəngin insanlar nə qədər çox vəsaitə sahib olsalar da, pul xərcləyərkən olduqca ehtiyatlı, bəzən isə xəsis davranırlar. Əksinə, maddi cəhətdən imkanı zəif insanlar pullarını daha rahat və düşünülməmiş şəkildə xərcləməyə meyillidirlər. Bəs buna səbəb nədir? Niyə çox pulu olanlar daha az xərcləyir?

Maliyyə eksperti İsmayıl Məmmədov Valyuta.az-a açıqlamasında bildirib ki, maddi rifahın əsasını yalnız yüksək gəlir deyil, düzgün maliyyə düşüncə tərzi və vərdişlər təşkil edir. Onun fikrincə, varlı və kasıb insanlar arasındakı əsas fərq gəlirin necə idarə olunması ilə bağlıdır. “Əsas məsələ odur ki, kasıblar pulu xərcləyir, varlılar isə idarə edir. Gəlir deyil, düşüncə və vərdişlər fərq yaradır”- deyə ekspert vurğulayıb.

Məsələ qazanmaq deyil, qazandığını idarə etməyi bilməkdir

Ekspert əlavə edir ki, davranış fərqlərinin arasında maliyyə savadlılığı, riskə münasibət, planlama qabiliyyəti, psixoloji və sosial faktorlar dayanır. Onun sözlərinə görə, gəliri yüksək olmayan, lakin maliyyə savadlı olan insanlar varlılar kimi davranmağı bacarır. Əksinə, yüksək gəlirli, lakin savadsız şəxslər borc bataqlığına düşə bilər: “Əsas məsələ çox qazanmaq deyil, qazandığını necə istifadə etməyi bilməkdir. Varlıların çoxu sərvəti illər ərzində yığıb, lotereya qalibləri isə tezliklə müflis olub. Bu da bir faktdır. Kasıb insanlar arasında daha çox rast gəlinən davranış isə: status göstərmək üçün xərcləmək, bahalı telefon, bahalı geyim, bahalı avtomobil – bunlar isə cəmiyyət tərəfindən qəbul edilmə istəyinin nəticəsidir. Varlı insanların yanaşması isə fərqlidir: sistemli, planlı və uzunmüddətli strategiyaya əsaslanır. Onlar daşınmaz əmlaka, səhmlərə, istiqrazlara və passiv gəlir mənbələrinə üstünlük verirlər”.

"Nəyin mənim üçün dəyəri var?" sualını verməyi bacarmalıyıq

Ekspert vurğulayır ki, insanlar pul qazanmaqdan daha çox, onu itirməkdən qorxurlar. “Nə qədər çoxum varsa, o qədər çox itirə bilərəm” düşüncəsi çoxlarına tanışdır. Xərcləmə vərdişlərinə gəlincə, insan “nəyə gücüm çatır” sualından çox, “nəyin mənim üçün dəyəri var?” sualını verməlidir. Bill Gates, Warren Buffet və Mark Zukerberq kimi milyarderlərin sadə həyat tərzi keçirməsi də bu düşüncənin göstəricisidir. 

Məbləğ önəmli deyil, davamlılıq əsasdır

İ.Məmmədov kasıb insanlara borcdan uzaq durmağı, qənaət etməyi və gələcək üçün ehtiyat toplamağı tövsiyə edir: “Hər ay gəlir və xərclər qeydə alınmalı, gəlir daxil olan kimi 5-10% qənaət edilməli və ya əmanət qoyulmalıdır. Məbləğ önəmli deyil, davamlılıq əsasdır. Azərbaycanda artıq “etiketli və ehtiyatlı xərcləmə” tendensiyası güclənməkdədir. Xaricdə təhsil almış, texnologiya və rəqəmsal sektorla biznesə daxil olmuş yeni nəsil isə effektiv idarəetməyə önəm verir”.

Tənzilə Ağabalayeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İşdən çıxmalı olduğunuzu göstərən 5 əsas əlamət

Dövlət Məşğulluq Agentliyi 245 min manatlıq lisenziya alır

Enerjiyə tam müstəqillik - Almanlar yeni cihaz yaratdı

Bu şirkətin rəhbərinə “stop” qoyuldu

Bakıda yeni dayanma nöqtələri: Nəqliyyatın axıcılığı artacaqmı?

Bütün peşə sinifləri yox olacaq: Sem Altman 2030-cu illərin dünyasını təsvir etdi

Bu hospitalın 16 min manat vergi borcu üzə çıxıb

"SpaceX "və "Starlink" bir arada: İlon Maska qarşı iddialı rəqib

"Disney" və "Universal"dan süni intellekt şirkətinə qarşı məhkəmə iddiası

Vüqar Qurbanov xəstəxanada ad günü keçirən şöbə müdirini işdən çıxardı

AZCON Holdinqdə yeni təyinat

AZCON Holdinqdə yeni təyinat

Sahil Tahirli vəzifəsindən azad edildi

Bakıda daha 9 yeni skuter parklanma məntəqəsi yaradılıb

Elvin Hüseynov ölkəni tərk edibmiş - Axtarışa verildi+Rəsmi

Kimin müavinəti nə qədər artırıldı?

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

Ağdam Sənaye Parkına mediatur təşkil edilib

Şuşada 49 milyon manatlıq yaşayış binaları tikiləcək

Bütün zamanların ən yüksək aylıq investisiya daxilolmaları - Kriptovalyutada...

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

İyulun 1-dən dəfn pulu 600 manat olacaq

Beşdən çox uşağı olan qadınların müavinəti 35 manat artdı

Vətən müharibəsi Qəhrəmanlarına 2 200 manat veriləcək

Azərbaycanda sosial müavinətlər artırıldı - Prezident təsdiqlədi

“Victoria’s Secret”in bərpa planı zərbə aldı - Mənfəət proqnozu gözləntiləri qarşılamadı

“Labubu” oyuncağı qurucusunu Çinin 10 ən varlı şəxsindən birinə çevirdi

Azərbaycanlı təsisçinin qurduğu Payrails 32 milyon dollar investisiya alıb

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

Gömrük Komitəsinin sabiq şöbə rəisinə hökm oxundu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin