
10.06.2025 / 15:49
Qazın qiymətini Tarif Şurası müəyyənləşdirməyəcək
71817
Yeni qanunun qəbulundan sonra qazın qiyməti tənzimləyici tərəfindən müəyyənləşdiriləcək, hazırda tarifləri Tarif Şurası müəyyən edir.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Qaz təchizatı haqqında“ yeni qanun layihəsinin müzakirəsində Energetika Nazirliyinin şöbə müdiri Rahid Əsədov deyib.
Rahid Əsədov bildirib ki, qaz satıcısının konkret hüquq və vəzifələri layihədə öz əksini tapıb: “Əlavə olaraq, subyektlərin bölünməsi həyata keçiriləcək. Qazın paylanması, satışı, nəqli, topdan satışı və idxalı ilə bağlı müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qurumun tərkibində ayrı-ayrı hüquqi şəxslər müəyyən ediləcək”.
©Apa
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay