
“Son dəyişikliklərdə də Tarif Şurası ilə işbirliyimiz olub”
“Qanunda nəzərdə tutulmuş əsas səlahiyyətlər çərçivəsində artıq işlər aparılır. Biz Tarif Şurası ilə sıx əməkdaşlıq aparırıq”.
Bunu Enerji Məsələlərini Tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayılov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Qaz təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Tariflərin müəyyən olunması, onların müxtəlif təchizat sahəsi üzrə hesablanmasında bizim çox aktiv rolumuz olub, son tarif dəyişikliklərində də Tarif Şurası ilə işbirliyimiz olub. Baxmayaraq ki, bu səlahiyyətlərin layihədə 2028-ci ildə tətbiqi nəzərdə tutulsa da, artıq həmin dövrə qədər biz aidiyyəti dövlət qurumları ilə əlaqələrin qurulması sahəsində işlərimizi görürük”, - deyə Rövşən İsmayılov qeyd edib.
©qafqazinfo.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay