
Tərkibində qızıl tozu olan kürünün 1 kiloqramı 193 min manata satılır
Kürü, lüks və nadir qida məhsulları sırasında seçilən delikatesdir.
Valyuta.az xəbər verir ki, dünyanın ən bahalı kürüləri arasında "Almas" və "Strottarga Bianco" kimi nümunələr ön plandadır.
Qiymətlər isə təkcə nadirliyə deyil, həm də təqdimat və tərkibə görə müəyyən edilir.
"Almas" kürüsü – 1 kq üçün 34 500 ABŞ dolları (təxminən 58 650 manat)
"Almas" kürüsü, İranın Xəzər dənizində yaşayan nadir albino beluqa (Huso huso) nərə balığından əldə olunur. Bu balıqların yaşı 60-100 il arasında dəyişir və yumurtaları açıq sarı rəngdə olur. Kürülər 24 karatlıq qızıl qablaşdırmada təqdim olunur və yalnız seçilmiş müştərilərə təklif edilir.
"Strottarga Bianco" – 1 kq üçün 113 630 ABŞ dolları (təxminən 193 170 manat)
Avstriyanın Zalsburq şəhərində istehsal olunan bu kürü, albino Sibir nərə balığından əldə edilir və 22 karatlıq qızıl tozları ilə qarışdırılır. Hazırda bu məhsul dünyanın ən bahalı kürüsü hesab olunur.
"Special Reserve Kaluga Huso Hybrid" – 1 kq üçün 16 000 ABŞ dolları (təxminən 27 200 manat)
Bu kürü, Amur çayında yaşayan Huso Dauricus və Acipenser Schrenckii nərə balıqlarının hibridindən əldə olunur. Yumurtalar iri ölçülü, yaşıl-əhəng və kəhrəba rəngli olur.
Beluqa kürüsü – 1 kq üçün 5 000 – 10 000 ABŞ dolları (təxminən 8 500 – 17 000 manat)
Ənənəvi olaraq Xəzər dənizində yaşayan beluqa nərə balığından alınır. Yumurtaları iri və yumşaq teksturalıdır, dadı isə qoz ləpəsini xatırladır. Həm qiyməti, həm də keyfiyyəti ilə bazarda öncüllər sırasındadır.
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay