BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9406
  • RUB
    2.1689
  • TRY
    0.0434
  • GBP
    2.2922
71177

2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyalara qəbul prosesinə start verilir.

Lakin ötən illərdən fərqli olaraq bu il qəbul yalnız 6-cı sinif şagirdləri üçün (7-ci sinfə qəbul) həyata keçiriləcək. Bu barədə Təhsil İnstitutundan bildirilib. Yeni qərar bir çox valideyn tərəfindən narazılıqla qarşılanıb.

Mövzu ilə bağlı Valyuta.az-a danışan təhsil eksperti Elmin Nuri bildirib ki, dünən lisey və gimnaziyalara qəbulla bağlı mərkəzləşdirilmiş qaydada keçirilən imtahanlarla bağlı qərar ilk növbədə valideynlərə vurulan zərbədir:

“Doğrudur, şagirdlər də bu imtahana hazırlaşıb, əziyyət çəkib. Ən azı 8-9 ay zehni, psixoloji yorğunluq yaşayıblar. Amma bu qərar valideyn qədər onlara təsir edə bilməz. Çünki valideyn həm maddi, həm mənəvi cəhətdən çox əziyyət çəkib. Bu absurd qərarın verilməsi ilə bağlı ilk olaraq heç bir səbəb görülmür. Çünki liseylərə qəbul üçün hazırlaşmaq əksinə, məktəblərdə canlanma yaratmışdı. Lisey və gimnaziyalarda olan fərqli təhsil proqramı uşaqlarda maraq oyatmışdı. Hətta liseylərə daxil olmayan şagirdlər də öz üzərində işləyirdi”. 

Elmin Nuri bildirib ki, bu qərarın hansı səbəbdən verildiyi, 4 və 8-ci siniflərə qədər olan qəbul mexanizminin niyə məhz 6-cı siniflər üçün saxlanılması ilə bağlı açıq suallar qalır:

“Bunun səbəbi mənə məlum deyil, amma qərarın valideynlərə vurduğu maddi və mənəvi zərbə mənə məlumdur. Belə bir qərar verilməməli idi. Verilirdisə, sentyabrda, təhsil ilinin başlanğıcında bununla bağlı məlumatlandırılma aparılmalı idi. Çünki lisey və gimnaziyalara hazırlaşanların çoxu bu prosesə sentyabrdan başlayır. Hər ay minimum 300 manat uşaqların hazırlığına gedib. Mən hələ yol və digər xərcləri, itirlən zamanı, şagirdin öz dərsləri ilə yanaşlı ağır hazırlıq proqramı üzərində işləməsini demirəm. Bu absurd qərar verilirdisə, ilin əvvəlində açıqlanardı. Lap deyək ilin əvvəlində bu qərar verildi. Nəyə əsaslanır bu? Hansı vacib zərurət belə bir qərarın verilməsini meydana çıxardı. Lisey və gimnaziyaların sayını, orada təhsil yükünü artırmaq, orda olan kəmiyyət və keyfiyyət göstəricilərinə daha çox maraq oyatmaq əvəzinə biz bu qərarla lisey və gimnaziyalara olan marağı, onların mövqeyini tamamən məhv etdik”.

Günay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bütün peşə sinifləri yox olacaq: Sem Altman 2030-cu illərin dünyasını təsvir etdi

Bu hospitalın 16 min manat vergi borcu üzə çıxıb

"SpaceX "və "Starlink" bir arada: İlon Maska qarşı iddialı rəqib

"Disney" və "Universal"dan süni intellekt şirkətinə qarşı məhkəmə iddiası

Vüqar Qurbanov xəstəxanada ad günü keçirən şöbə müdirini işdən çıxardı

AZCON Holdinqdə yeni təyinat

AZCON Holdinqdə yeni təyinat

Sahil Tahirli vəzifəsindən azad edildi

Bakıda daha 9 yeni skuter parklanma məntəqəsi yaradılıb

Elvin Hüseynov ölkəni tərk edibmiş - Axtarışa verildi+Rəsmi

Kimin müavinəti nə qədər artırıldı?

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

Ağdam Sənaye Parkına mediatur təşkil edilib

Şuşada 49 milyon manatlıq yaşayış binaları tikiləcək

Bütün zamanların ən yüksək aylıq investisiya daxilolmaları - Kriptovalyutada...

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

İyulun 1-dən dəfn pulu 600 manat olacaq

Beşdən çox uşağı olan qadınların müavinəti 35 manat artdı

Vətən müharibəsi Qəhrəmanlarına 2 200 manat veriləcək

Azərbaycanda sosial müavinətlər artırıldı - Prezident təsdiqlədi

“Victoria’s Secret”in bərpa planı zərbə aldı - Mənfəət proqnozu gözləntiləri qarşılamadı

“Labubu” oyuncağı qurucusunu Çinin 10 ən varlı şəxsindən birinə çevirdi

Azərbaycanlı təsisçinin qurduğu Payrails 32 milyon dollar investisiya alıb

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

Gömrük Komitəsinin sabiq şöbə rəisinə hökm oxundu

“Təzə bazar”da nöqsanlar aşkarlandı

“Boeing”in səhmləri Hindistanda baş verən təyyarə qəzasından sonra 7%-dən çox ucuzlaşıb

Bakıdakı pullu çimərliklərə giriş qiymətləri - SİYAHI, MƏBLƏĞLƏR

Bəzi binaların tikintisi üçün yeni qaydalar tətbiq olunur

Rusiya Ayda ilk dəfə AES tikəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin