BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9406
  • RUB
    2.1689
  • TRY
    0.0434
  • GBP
    2.2922
71816

Müasir dövrdə bəzi proqramlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Onların funksionallığı və istifadə rahatlığı gündəlik fəaliyyətlərimizi asanlaşdırır. Bu proqramlara olan tələbat azalmaqdansa, zaman keçdikcə daha da artır. Bəzən bazarda alternativlər ortaya çıxsa da, istifadəçilər yenə də sevdikləri tətbiqlərə sadiq qalır. Məhz bu cür tətbiqlərdən biri də Canvadır – dizaynı peşəkar səviyyədə bilməyənlər üçün belə yaradıcılığı mümkün edən platforma. Maraqlıdır, günü-gündən sevilən bu proqram necə quruldu?

Valyuta.az xəbər verir ki, “Canva”nın qurucusu Melanie Perkins olub.

Melanie Perkins hələ 19 yaşında universitetdə oxuyarkən, dizayn proqramlarının çox mürəkkəb olduğunu və insanların onları rahatlıqla istifadə edə bilmədiyini görür. Bu müşahidədən çıxış edərək, "hər kəsin asanlıqla dizayn edə biləcəyi" bir platforma qurmaq ideyası yaranır. Bu “Canva”nın əsas ideyasının başlanğıcı olur. O, əvvəlcə bu ideyanı Cliff Obrecht ilə birlikdə ilk layihə olan “Fusion Books”da tətbiq edir. Daha sonra bu ideyanı qlobal platformaya, yəni “Canva”ya çevirmək üçün Cliff və texniki həmtəsisçi Cameron Adamsla birləşirlər.

Uğur çətinlikdən keçir

Melanienin ən böyük çətinliyi investor tapmaq idi. Birlikdə 100-dən çox investorla görüşsələr də, rədd cavabı alırlar. Onun dediyinə görə gənc və qadın olduğu üçün çox investor onun fikrinə ciddi yanaşmayıb. Lakin israrlı olduğu üçün  ABŞ-nin texnologiya mərkəzinə – “Silicon Valley”ə gedərək fikirlərini təqdim edbi və nəhayət, Bill Tai kimi tanınmış investorların dəstəyi ilə ilkin sərmayəni tapıb.

“Canva”nın yüksəliş dövrü başladı

“Canva” 2013-cü ildə istifadəyə verildikdən sonra sürətlə məşhurlaşmağa başladı. Bu zaman Melanienin təxmini 27 yaşı var idi. Platforma sadə istifadəçi interfeysi ilə geniş istifadəçi auditoriyası qazandı. Özəlliklə sosial media marketoloqları, kiçik biznes sahibləri və “Canva”nı tez mənimsədi. 2021-ci ildən “Canva”nın dəyəri 40 milyard dollara çatdı 

Cütlük milyarder oldu

Melanie Perkins və bu ideyanın həyata keçirilməsində ən yaxın iş ortağı və dəstəkçi olan Cliff Obrecht 2021-ci ildə, yəni Melanie təxminən 34 yaşında olanda onların sərvəti “Canva”nın dəyəri ilə birlikdə milyard dolları keçdi. Forbes məlumatına görə, hər ikisi 1 milyard dollardan çox şəxsi sərvətə sahib oldu. Birlikdə iş quran iki cütlük 2021-ci ildə evləndilər.

“Canva” niyə sevildi?

Hal-hazırda bu proqram 190-dan çox ölkədə istifadə olunur. 2024-cü ildə platformanın 185 milyondan çox istifadəçisi olub. “Canva”nın gündəlik aktiv istifadəçi sayı isə 20 milyondan çoxdur. Rəqəmlərdə bu qədər aktivliyin olması “Canva” nın sevildiyini göstərir. Çünki Melanie Perkins insanların probleminə həll yolu tapdı və problemin həllini satdı. Digər bəzi dizayn proqramlarından fərqli olaraq, “Canva” hamı üçün əlçatandır, istifadəsi rahatdır. 

Melanie Perkins deyib ki, əgər real problemi həll edirsinizsə və bu problemi milyonlarla insan yaşayırsa, uğur qaçılmazdır.

“Canva” qurucusu indi nə edir?

Melanie Perkins hazırda “Canva”nın CEO-su və icraçı lideridir. O, şirkətin vizionunu formalaşdırır, sosial məsuliyyət layihələrinə önəm verir və dünyanın hər yerində təhsili və qadın sahibkarlığını dəstəkləyən təşəbbüslərlə məşğuldur. “Canva” isə artıq təkcə dizayn platforması deyil – təqdimatlar, video redaktə, sosial media planlama və komanda əməkdaşlığı üçün çoxşaxəli bir alətə çevrilib. 

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bütün peşə sinifləri yox olacaq: Sem Altman 2030-cu illərin dünyasını təsvir etdi

Bu hospitalın 16 min manat vergi borcu üzə çıxıb

"SpaceX "və "Starlink" bir arada: İlon Maska qarşı iddialı rəqib

"Disney" və "Universal"dan süni intellekt şirkətinə qarşı məhkəmə iddiası

Vüqar Qurbanov xəstəxanada ad günü keçirən şöbə müdirini işdən çıxardı

AZCON Holdinqdə yeni təyinat

Sahil Tahirli vəzifəsindən azad edildi

Bakıda daha 9 yeni skuter parklanma məntəqəsi yaradılıb

Elvin Hüseynov ölkəni tərk edibmiş - Axtarışa verildi+Rəsmi

Kimin müavinəti nə qədər artırıldı?

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

Ağdam Sənaye Parkına mediatur təşkil edilib

Şuşada 49 milyon manatlıq yaşayış binaları tikiləcək

Bütün zamanların ən yüksək aylıq investisiya daxilolmaları - Kriptovalyutada...

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

İyulun 1-dən dəfn pulu 600 manat olacaq

Beşdən çox uşağı olan qadınların müavinəti 35 manat artdı

Vətən müharibəsi Qəhrəmanlarına 2 200 manat veriləcək

Azərbaycanda sosial müavinətlər artırıldı - Prezident təsdiqlədi

“Victoria’s Secret”in bərpa planı zərbə aldı - Mənfəət proqnozu gözləntiləri qarşılamadı

“Labubu” oyuncağı qurucusunu Çinin 10 ən varlı şəxsindən birinə çevirdi

Azərbaycanlı təsisçinin qurduğu Payrails 32 milyon dollar investisiya alıb

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

Gömrük Komitəsinin sabiq şöbə rəisinə hökm oxundu

“Təzə bazar”da nöqsanlar aşkarlandı

“Boeing”in səhmləri Hindistanda baş verən təyyarə qəzasından sonra 7%-dən çox ucuzlaşıb

Bakıdakı pullu çimərliklərə giriş qiymətləri - SİYAHI, MƏBLƏĞLƏR

Bəzi binaların tikintisi üçün yeni qaydalar tətbiq olunur

Rusiya Ayda ilk dəfə AES tikəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin