
Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb - QİYMƏT
"Ayna Sultanov" küçəsində, "Kooperasiya kollecinin" yaxınlığında yerləşən və tam təmirli ictimai iaşə obyektinin satışa çıxarılıb.
Valyuta.az-ın məlumata görə, obyektin aylıq icarə haqqı 2.000 manat təşkil edir və ümumi sahəsi 170 kvadratmetrdir.
Obyekt 1 il əvvəl sıfırdan təmir edilib və təmir işlərinə ümumilikdə 179.000 manat məbləğində vəsait sərf olunub. Satışın səbəbi sahibkarın təcili pula ehtiyacının olması ilə izah edilir və buna görə də obyekt dəyərindən ucuz qiymətə təklif olunur.
Məlumata əsasən, obyektin bütün avadanlıqları İtaliyadan gətirilib. Buraya bir vitrin soyuducu, buz hazırlayan aparat, qəhvə aparatı və bir dondurucu soyuducu daxildir. Satış zamanı avadanlıqlar obyektlə birlikdə təhvil veriləcək.
Dörd fəsil fəaliyyət göstərən obyektin yol kənarında yerləşməsi gündəlik satış dövriyyəsini 400-500 manat səviyyəsində saxlayır. Sahibkar bildirir ki, obyektə qoyulan investisiya təxminən 1 il ərzində geri qaytarıla bilər. Yeni sahibə obyektin fəaliyyəti ilə bağlı 1 ay müddətində dəstək də göstəriləcək.
Obyektin satış qiyməti 145.000 manat təşkil edir. Real alıcıya yerində endirim olunacağı bildirilir. Satış prosesi zamanı 1 faiz xidmət haqqı nəzərdə tutulub.
Maraqlanan şəxslər 99 703 31 41 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Mayya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay