Ruslan Atakişiyev: “Azərbaycanda sahibkarların 21 %-i bank xidmətlərindən istifadə etmirlər”
Azərbaycanda sahibkarların 21 %-i bank xidmətlərindən istifadə etmirlər.
Valyuta.az xəbər verir ki, bunu “İqtisadi Resursların Öyrənilməsi Mərkəzi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.
"Azərbaycanda 1 000 kiçik və orta sahibkar arasında keçirdiyimiz tədqiqatlarımıza əsasən, ölkədə sahibkarlıq subyektlərinin təxminən 62 %-nin islam bankçılığı barədə məlumatı yoxdur və ya bu haqda informasiyaları doğru deyil. Sorğuda iştirak edənlərin 39 %-i isə faizli kreditləri məcburiyyətdən götürdüklərini deyiblər", - o qeyd edib.
Onun sözlərinə görə, bu gün dünyanın 135 ölkəsində islam maliyyəsi tətbiq olunur: "Lakin onların cəmi 57-si müsəlman ölkəsidir. İslam maliyyəsi hazırda dünyaya ildə 16 %-lik inkişaf verir, çünki o, rəqabətqabiliyyətlidir. Məsələn, Malayziyada islam bankçılığından ən çox Çin vətəndaşları istifadə edirlər".
R.Atakişiyev vurğulayıb ki, Azərbaycanda islam bankçılığı fəaliyyət göstərərsə, bu sektorun 3 %-ni əhatə edə bilər: "Bu, kiçik rəqəm deyil. Bu, 800 milyon manat ilə 1,2 milyard manat arasında məbləğ deməkdir. Türkiyədə islam maliyyəsi 40 ildən artıq fəaliyyət göstərsə də 5 %-lik göstəriciyə hələ yeni çatıb. Malayziyada isə bu göstərici 16 %-dir. Bu, inkişaf edən maliyyə bazarı üçün böyük rəqəmlərdir. Odur ki, Azərbaycanda halal biznesin inkişafı üçün islam maliyyə məhsullarının tətbiqi mütləqdir".
© Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay