BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
51277

2024-cü ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara iki milyard 821.5 milyon manat vəsait xərclənib. Dövlət Statistika Komitəsi xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə beş faiz çoxdur. Cari ilin may ayında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 543 milyon manata bərabər olub. Bu rəqəm sosial platformalarda müzakirələrə səbəb olub. Həqiqətən də biz geyimə bu qədər pul xərcləyirik?

"Kaspi" qəzeti növbəti yazısında bu suala cavab axtarıb.

"Aylıq 50-60 manatlıq geyim xərci normal göstəricidir"

Marketoloq Namiq Bayramov düşünür ki, 10 milyon Azərbaycan xalqı üçün bu rəqəm elə də böyük deyil: "Ortalama adam başına 282 manat düşür. Aylara böldükdə isə 56 manat edir. Bir vətəndaşın hər ay özünə 50-60 manatlıq geyim alması normal göstəricidir. Xərcləmə on dəfə çox olsaydı, o zaman təəccübləndirici ola bilərdi. İndiki halda normaldır. Əhalinin gəlirləri də artır. Bakının meqapolis kimi inkişaf etdiyini nəzərə alsaq, insanlar artıq geyimə də, şəxsi inkişafa da vəsait xərcləyirlər. Üstəlik, xalqımız göstərişi və geyinməyi sevir. Belə davam edərsə, rəqəmlər daha da artacaq".

Marketoloq düşünür ki, onlayn alış-verişin populyarlaşması da statistik rəqəmlərə təsir edib: "İnsanların geyimə pul xərcləmək vərdişləri yavaş-yavaş artır. Buna təsir edən bir məqam da onlayn satış platformalarıdır. Geyim alış-verişləri əsasən xaricdən olur. Son illərdə yerli markalar da yaranır. Fərqli və eksklüziv məhsullar axtaran şəxslər, xüsusilə də xanımlar həmin mağazalardan geyinməyə üstünlük verirlər. İstər onlayn, istərsə də oflayn alış-verişdə bazar böyüməkdədir".

Üç məhsul əvəzinə birini alır

Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının İdarə Heyətinin üzvü, geyim idxalçısı Elxan Mərdanlı isə artan rəqəmləri məhsulların bahalaşması ilə əlaqələndirib: "Burada rəqəmlərə başqa aspektdən baxmaq lazımdır. Vəsaitin qarşılığında alınan məhsulun çoxluğumu nəzərdə tutulur, yoxsa bu rəqəm qiymətlərin artması nəticəsində əldə olunub? İlk növbədə bunu aydınlaşdırmalıyıq. Bir vətəndaş ay ərzində 2-3 ədəd köynək alırdısa, indi cəmi birini alır. Çünki qiymətlər qalxıb".

Turistlər qiymətlərin yüksək olmasından şikayət edirlər

E.Mərdanlı bildirdi ki, qiymətlərin artması insanları onlayn ticarətə meylləndirib: "Bunu da nəzərə alaq ki, insanların əksəriyyəti bu məhsulları oflayn yox, onlayn şəkildə alır. Çünki sahibkarların ödədikləri rüsumlar geyimlərin üzərinə əlavə olunur və vətəndaşın onu almağa gücü çatmır. Ona görə vətəndaşlar eyni məhsulu digər ölkələrdən daha ucuz şəkildə əldə edirlər. Bu, həmçinin xarici dövlətlərin büdcəsini doldurmaq deməkdir. Əslində, əlavə dəyər vergisi diferensial olsa, bu, daha yaxşı olardı. Gömrük rüsumlarına da yenidən baxılmalıdır. Həm qiymətlər stabilləşərdi, həm də daha çox satış olardı. Ölkəmizə gələn turistlər də bizdəki qiymətlərin yüksək olmasından şikayət edirlər".

Rəqəmlərə xaricdən gələn məhsullar da daxildir

E.Mərdanlının fikrincə, təkcə Azərbaycandakı mağazalardan bu rəqəmləri əldə etmək mümkün deyil: "Bəzən insanlar mağazada məhsulun şəklini çəkib onlayn sifariş edirlər. Yaxud məhsulu alırlar və 14 gün qaytarılma şansı olur. Evdə həmin məhsuldan sifariş edirlər, bir həftə ərzində məhsulu çatır, bəyəndikdə mağazadan aldığını aparıb qaytarır. Statistikadakı rəqəmlərə xaricdən gələn məhsullar da daxildir".

Tekstil ikinci sıradadır

Türk satış mütəxəssisi Ahmet Kandemir isə düşünür ki, azərbaycanlılar geyimdən çox qidaya pul xərcləyir: "Statistika göstərir ki, Azərbaycan xalqı gəlirinin 5-10 faizini geyimə xərcləyir. Daha çox xərcləmələr isə qidaya olunur. Böyük ticarət mərkəzlərinə baxanda da görürük ki, birinci sırada qida məhsullarıdır. Ondan sonra tekstil məhsulları yer alır. Deməli, bu o qədər də böyük bir rəqəm deyil".

A.Kandemir geyimə olan marağı artıran səbəblərdən də danışdı: "Əhalinin artması, yeni nəslin daha tələbkar olması, modanın daha ön plana keçməsi, geyimin bir status halına gəlməsi səbəbindən tekstil sahəsində artım olduğunu söyləmək mümkündür. Həmçinin geyim markaları kampaniyalar, reklamlarla satışı təşviq etdikləri üçün bəzən insanlar ehtiyacları olmasa da pul xərcləyə bilirlər. Geyim sektorunda 25-30 faiz məhsullar xaricdən gətirilir. Qiymətlər arasında fərq olması da, onu populyarlaşdırır. Eyni zamanda, onlayn satışda bir proqramda yüzlərlə, minlərlə məhsulu müqayisə etmək şansınız olur".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

5 ildə kafe restoran xərcimiz 550 milyon manat artıb - Hazırkı rəqəmlər

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Sənədsiz evlər üçün "əmlak amnistiyası" tətbiq olunacaq? - VİDEO

2026-cı ildə keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

Əsgərlikdən yeni gəldi, dekan müavini təyin edildi

Qızıl qiymətinə gilas - Yay meyvələri niyə bu qədər bahadır?

Dünən bank kartlarından oğurluq edilməyib

Direktorsuz məktəblərdə attestatları kimlər imzalayır? - RƏSMİ

Müavinət və təqaüdlər bu tarixdə artırılacaq

Bu imtahanda iştirak etmək üçün qeydiyyat başa çatır

Artıq “Gənclik Mall”un qabağında taksiyə minib-düşə biləcəyik

Gələn aydan bu ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq

"Google" şəxsi nömrələri ifşa edən boşluğu bağladı

Niyə varlılar pulu daha ehtiyatla xərcləyirlər?

Azərbaycan neftinin qiyməti 71 dollara yaxınlaşıb

“Azərbaycanda marka yaratmağa ən böyük əngəl Sədərəkdir” - 17 illik Azərbaycan təcrübəli Burak Kölemen

“Azərbaycanda marka yaratmağa ən böyük əngəl Sədərəkdir” - 17 illik Azərbaycan təcrübəli Burak Kölemen

"OpenAI" illik gəlirini 10 milyard dollara çatdırdı

Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb - QİYMƏT

Türk lirəsi bahalaşdı

"Bitcoin" 110 min dollara yaxınlaşır - Altcoinlər dəyərlənir

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir - SƏHƏR OXUSU

CV-də qeyd etməli olduğunuz ən yaxşı 10 bacarıq

Bu məhsul Azərbaycana ucuz gəlir, baha satılır

Tərkibində qızıl tozu olan kürünün 1 kiloqramı 193 min manata satılır

Çində çat-botlar vacib imtahanlar zamanı məktəblilərə kömək etməyi dayandırdı

Çində çat-botlar vacib imtahanlar zamanı məktəblilərə kömək etməyi dayandırdı

17 yaşında dünyanın ən bahalı futbolçusu oldu

Direktor təqaüdə göndərildi - Yerinə polkovnik təyin edildi (FOTO)

19 yaşında qurduğu brendi indi 230-dan çox ölkədə satılır

Bu ölkədən gənəgərçək yağını 6 min manata alırıq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin