
"OpenAI" illik gəlirini 10 milyard dollara çatdırdı
"OpenAI" şirkəti illik təkrarlanan gəlirinin 10 milyard dollara çatdığını bildirib.
Valyuta.az xəbər verir ki, bu, ötən ilki təxminən 5,5 milyard dollarlıq göstəricidən əhəmiyyətli artımı ifadə edir.
Şirkətin sözçüsünün "CNBC"yə verdiyi məlumata görə, bu rəqəmə "OpenAI"nin istehlakçılar üçün təqdim etdiyi məhsullar, "ChatGPT" biznes məhsulları və proqramlaşdırma interfeysi (API) daxil edilib. Hazırda şirkət həftəlik 500 milyondan çox aktiv istifadəçiyə və 3 milyon ödənişli biznes müştərisinə xidmət göstərir.
Məlumata görə, bu gəlir nailiyyəti şirkətin məşhur çatbot platforması "ChatGPT"ni istifadəyə verdiyi dövrdən təxminən iki il yarım sonra əldə edilib. "OpenAI" 2029-cu ilədək illik 125 milyard dollar gəlir hədəfləyir.
Qeyd olunur ki, şirkət gəliri sürətlə artırmaq üçün təzyiq altındadır. "OpenAI" hər il milyardlarla dollar xərcləyərək süni intellekt məhsulları üzərində işləyəcək istedadlı kadrlara sərmayə qoyur və bu texnologiyaların öyrədilməsi və işlədilməsi üçün zəruri infrastrukturu təmin edir. Bununla belə, şirkət hələlik əməliyyat xərclərini və mənfəətə yaxın olub-olmadığını açıqlamayıb.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay