
09.06.2025 / 18:02
Bu ölkədən gənəgərçək yağını 6 min manata alırıq
71626
Bu ilin yanvar-mart aylarında Azərbaycana xarici ölkələrdən 3 ton gənəgərçək yağı və onun fraksiyaları gətirilib.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu miqdarda məhsul idxalına çəkilən xərcin həcmi 10 min 80 ABŞ dolları ( 17 min 136 manat) olub. İdxal olunan bir ton gənəgərçək yağı və onun fraksiyalarının qiyməti 3 min 360 dollar (5 min 712 manat) təşkil edib.
Çindən 2 ton həcmində 7 630 ABŞ dolları dəyərində, Hindistandan isə 1 ton həcmində 2 450 ABŞ dolları dəyərində gənəgərçək yağı və onun fraksiyaları gətirilib.
Çindən alınan məhsulun bir tonunun orta qiyməti 3 815 ABŞ dolları (təxminən 6 485 manat), Hindistandan isə 2 450 ABŞ dolları (təxminən 4 165 manat) təşkil edib.
Mayya Hüseynova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay