BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9406
  • RUB
    2.1689
  • TRY
    0.0434
  • GBP
    2.2922
71531

Son illərdə dünyada milyonlarla insan internet vasitəsilə öz bizneslərini qurur. Bu biznes modellərindən biri də dropshipping adlanan sistemdir. Heç bir anbar və ya ilkin məhsul ehtiyatı olmadan, təkcə bir noutbuk və internet bağlantısı ilə pul qazanmaq mümkündürmü? Bəli, bu, dropshippingin əsas üstünlüyüdür. Bəs Azərbaycanda bu model nə dərəcədə işləkdir? Yerli şərait, qanunvericilik, ödəniş sistemləri və logistika imkanları dropshippingə nə qədər uyğun gəlir? 

Valyuta.az bu və digər sualların cavabını təqdim edir: 

Dropshipping məhsul satmaq istəyən sahibkarın məhsulu əvvəlcədən almayaraq, yalnız sifariş gəldikdən sonra təchizatçıdan alması və məhsulun birbaşa müştəriyə göndərilməsini nəzərdə tutan e-ticarət modelidir.

Dropshipping sistemi necə işləyir? 

İlk olaraq onlayn mağaza yaradırsınız. Məsələn, “Shopify”, “WooCommerce” və ya “Instagram” səhifəsi kimi səhifələrdə mağaza yaradırsınız. Daha sonra istehsalçıların məhsullarını mağazanıza yerləşdirirsiniz. Proses bundan sonra başlayır. Müştəri sizdən sifariş verir. Siz təchizatçıya ödəniş edib sifarişi ona ötürürsünüz. Təchizatçı məhsulu birbaşa müştəriyə göndərir. Bu zaman isə yaranan aradakı qiymət fərqi sizin qazancınız olur. 

Dropshippingin bir çox üstünlükləri var

Belə ki, bu zaman məhsul alıb anbara yığmağa ehtiyac yoxdur. Belə olan halda isə ticarətiniz aşağı risklər daşıyır. Dropshippingə başlamaq asandır. Bir sayt, bank kartı və internet kifayətdir. Fərqli məhsullar sınaqdan keçirilə bilər. Satmayan məhsulu dərhal dəyişmək mümkündür. Evdən işləmək olur. Fiziki ofisə ehtiyac yoxdur. 

Dropshipping ticarətlə məşğul olmağın da müxtəlif çətinlikləri və riskləri var

Müştəri narazılığı ilə qarşılaşa bilərsiniz. Bunun da əsas səbəbi çatdırılmada gecikmə və ya məhsulun keyfiyyətsiz gəlməsi ola bilər. Təchizatçı səhv etsə belə, müştəri sizi günahlandırır. Maliyyə alətləri və ödəniş platformaları bəzi ölkələrdə məhdud olur. 

Yüksək rəqabətli mühitlə qaşrılaşa bilərsiniz

Belə ki, eyni məhsulu yüzlərlə mağaza sata bilər. Azərbaycanda dropshippinglə məğul olmaq mümkündür, lakin üstünlükləri olduğu kimi bəzi məhdudiyyətlər və diqqət tələb edən məqamlar var. Azərbaycanda bu ticarətlə məşğul olmağın üstünlükləri var. Belə ki, Azərbaycan vətəndaşları da Shopify, AliExpress, Spocket kimi platformalarda qeydiyyatdan keçə bilir. İngilis dili biliyi və minimal texniki biliklə dünya bazarına çıxmaq mümkündür. Öz brendinizi yaratmaq və beynəlxalq müştəri portfeli qurmaq şansınız var.

Lakin dropshippinglə məşğul olmağın müxtəlif çətinlikləri də var

Ödəniş sistemləri PayPal Azərbaycan üçün məhduddur. Əvəzində Payoneer, Wise və ya kriptovalyuta ödəniş üsulları alternativ ola bilər. 

Vergi və hüquqi status 

Dropshippinglə məşğul olan şəxslər fərdi sahibkarlıq kimi qeydiyyatdan keçməli, gəlirdən vergi ödəməlidir. 

Çatdırılma və geri qaytarma 

Əgər siz beynəlxalq müştəriyə satış edirsinizsə, məhsulun gecikməsi və geri qaytarma prosedurları problem yarada bilər. 

Yerli bazar üçün dropshipping

Azərbaycanda daxili dropshipping zəif inkişaf edib. Məsələn, Bakıdakı topdansatışçıdan alıbdigər şəhərə satmaq hələ geniş yayılmayıb və logistik sistemlər zəif inkişaf edib. 

Yeni başlayanlar üçün də tövsiyələrimiz var. İlk olaraq kiçik ticarətdən başlayın. AliExpress və ya CJ Dropshipping platformalarından istifadə edin. Məhsul haqqında məlumatları özünüz yazın, bu fikirlər orijinal və inandırıcı olsun. Satdığınız məhsulu reklam etməyi öyrənin. “Facebook Ads”, “Instagram” və “TikTok” platformaları bu işdə güclü alətlərdir. Unutmayın, müştəri xidməti və dürüstlük uğurun açarıdır. 

Son olaraq qeyd edək ki, Dropshipping az sərmayə ilə internet üzərindən biznesə başlamaq istəyənlər üçün əlverişli modeldir. Azərbaycan şəraitində bu sahədə fəaliyyət göstərmək mümkündür, lakin ödəniş, vergi və logistik məsələlərdə diqqətli olmaq vacibdir. Doğru strategiya, səbir və təhlillə, bu model gəlirli bir rəqəmsal biznesə çevrilə bilər. 

Günay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu şirkətin rəhbərinə “stop” qoyuldu

Bakıda yeni dayanma nöqtələri: Nəqliyyatın axıcılığı artacaqmı?

Bütün peşə sinifləri yox olacaq: Sem Altman 2030-cu illərin dünyasını təsvir etdi

Bu hospitalın 16 min manat vergi borcu üzə çıxıb

"SpaceX "və "Starlink" bir arada: İlon Maska qarşı iddialı rəqib

"Disney" və "Universal"dan süni intellekt şirkətinə qarşı məhkəmə iddiası

Vüqar Qurbanov xəstəxanada ad günü keçirən şöbə müdirini işdən çıxardı

AZCON Holdinqdə yeni təyinat

AZCON Holdinqdə yeni təyinat

Sahil Tahirli vəzifəsindən azad edildi

Bakıda daha 9 yeni skuter parklanma məntəqəsi yaradılıb

Elvin Hüseynov ölkəni tərk edibmiş - Axtarışa verildi+Rəsmi

Kimin müavinəti nə qədər artırıldı?

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

Ağdam Sənaye Parkına mediatur təşkil edilib

Şuşada 49 milyon manatlıq yaşayış binaları tikiləcək

Bütün zamanların ən yüksək aylıq investisiya daxilolmaları - Kriptovalyutada...

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

İyulun 1-dən dəfn pulu 600 manat olacaq

Beşdən çox uşağı olan qadınların müavinəti 35 manat artdı

Vətən müharibəsi Qəhrəmanlarına 2 200 manat veriləcək

Azərbaycanda sosial müavinətlər artırıldı - Prezident təsdiqlədi

“Victoria’s Secret”in bərpa planı zərbə aldı - Mənfəət proqnozu gözləntiləri qarşılamadı

“Labubu” oyuncağı qurucusunu Çinin 10 ən varlı şəxsindən birinə çevirdi

Azərbaycanlı təsisçinin qurduğu Payrails 32 milyon dollar investisiya alıb

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

Gömrük Komitəsinin sabiq şöbə rəisinə hökm oxundu

“Təzə bazar”da nöqsanlar aşkarlandı

“Boeing”in səhmləri Hindistanda baş verən təyyarə qəzasından sonra 7%-dən çox ucuzlaşıb

Bakıdakı pullu çimərliklərə giriş qiymətləri - SİYAHI, MƏBLƏĞLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin