“Zerkalnı nömrə” alverindən dövlət büdcəsi milyonlar itirir <span style="color: #ff0000;">(ARAŞDIRMA)</span>

Redaktor

21.09.2022 14:07
1,234

“Zerkalnı nömrə” alverindən dövlət büdcəsi milyonlar itirir (ARAŞDIRMA)

Heç düşünmüsüz ki, qoşa kombinasiyalı və ya el arasında “zerkalı nömrə” kimi tanınan dövlət qeydiyyat nişanlarının alış-verişindən dövlət büdcəsi nə qədər vəsait itirir? Yollarda seçilmək üçün “gözəl nömrə”lərə bir ətək pul verməyə hazır olanların istəklərini monetizasiya etmək sizcə heç kimin ağlına gəlməyib? Gəlib! Prezident İlham Əliyev hətta bununla bağlı tapşırıq da vermişdi. Ölkə başçısının bir neçə il bundan öncə imzaladığı müvafiq fərmanında belə bir bənd var idi ki, dövlət qeydiyyat nişanlarının hərrac yolu ilə satılması üçün konkret təkliflər işlənilsin… Amma müvafiq qurumlar bu təklifləri hazırlamadı. Anladığınız kimi, “alver” davam etdi! Kimlərsə şəxsi büdcəsini doldurduğu halda, itirən yenə də dövlət büdcəsi oldu…

“ZERKALNI NÖMRƏ”LƏRİN RƏSMİ RÜSUMU

2022-ci ilin yanvar ayının 1-dən etibarən “Dövlət rüsumu haqqında” Qanuna edilmiş dəyişiklik qüvvəyə mindi. Həmin gündən etibarən avtomobilinizi qeydiyyata aldıran zaman sizdən bu rüsumları istəməli idilər:

Qeydiyyat şəhadətnaməsi - 30 manat
Dövlət qeydiyyat nişanı - 30 manat
Nəqliyyat vasitəsinin qeydiyyatı - 20 manat

“Zerkalnı nömrələr”in rüsumları isə aşağıdakı kimi olmalı idi:

Oxuculara daha aydın olsun deyə, bu qaydaları misallarla izah edək. Məsələn, 10-GH-001 nömrəsinin rüsumu 2000 manat aralığında olmalıdır. 10-GH-100 nömrəsinin qiyməti 1500 manat, 10-GH-222 nömrəsinin qiyməti isə cəmi 1000 manat olmalıdır. Burada söhbət o nömrələrdən gedir ki, seriyalarındakı hərflər (yəni «G» və«H») fərqlidir.

Amma seriyadakı hərflər də eynidirsə (məsələn, «GG» və ya «HH»), qiymətlər bir qədər də artır. Məsələn, 10-GG-001 nömrəsi 3000 manat, 10-GG-100 nömrəsi 2000 manat, 10-GG-555 nömrəsi isə cəmi 1500 manata olmalıdır. İnandırıcı deyil, eləmi? Məhz buna görə “olmalıdır” sözündən istifadə etmək məcburiyyətindəyik…

REAL MƏNZƏRƏ

Tez-tez mətbuatda və sosial şəbəkələrdə dövlət qeydiyyat nişanının alınması prosesindən şikayətlər oxuyuruq. Bu barədə çox danışılıb və yazılıb. Məsələyə fərqli yanaşmaq istərdik. Məsələn, Tap.az elan saytındakı elanlara nəzər salaq. 10-AA-610 dövlət qeydiyyat nişanı 75 min manata, 10-AA-448 dövlət qeydiyyat nişanı 65 min manata, 77-ZZ-222 dövlət qeydiyyat nişanı 65 min manata, 10-AH-999 dövlət qeydiyyat nişanı 62 min manata, 10-EE-777 dövlət qeydiyyat nişanı 52 min manata, 90-XX-999 dövlət qeydiyyat nişanı 50 min manata, 90-OO-012 dövlət qeydiyyat nişanı 40 min manata, 10-XX-003 dövlət qeydiyyat nişanı 40 min manata, 10-AD-555 dövlət qeydiyyat nişanı 39 900 manata, 10-YO-500 dövlət qeydiyyat nişanı 35 min manata, 10-KK-008 dövlət qeydiyyat nişanı 35 min manata satılır.

Sadə hesablama göstərir ki, 11 dövlət qeydiyyat nişanının alverindən dövlət büdcəsi yarım milyon manatdan çox pul itirir!!! Başqa sözlə, bu “zerkalnı nömrə”lər hərrac yolu elə bu qiymətlərə satıla bilərdi və həmin vəsait kimlərinsə cibinə deyil, dövlət büdcəsinə daxil ola bilərdi.

DÜNYA TƏCRÜBƏSİ NƏ DEYİR?

Bir çox dünya ölkələrində “zerkalnı nömrə”lər, hətta kreativ, qeyri-standart dövlət qeydiyyat nişanlarına maraq böyükdür. ABŞ təcrübəsi göstərir ki, bu üsulla dövlət büdcəsinə xeyli vəsait daxil olur. Yeri gəkmişkən, ABŞ sürücülərinin 30%-dən çoxu ya kreativ dövlət qeydiyyat nişanlarını alır, ya da almağa hazırdır. Bu, keçirilən sorğulara öz əksini tapıb. Avstraliyada da sürücü istədiyi dövlət qeydiyyat nişanını əldə etməkdə sərbəstdir. Bunun üçün kombinasiyadan asılı olaraq, sürücü 100-500 dollar aralığında rüsum ödəməlidir. Hətta Avstraliyada sürücülər avtomobili üçün kreativ dövlət qeydiyyat nişanı çərçivəsi də seçə bilər. Sürücülərə 180-dən çox çərçivə dizaynı təklif olunur. Gördüyünüz kimi, dövlət büdcəsinə əlavə vəsaitlər cəlb etmək üçün xeyli sayda ideya tapmaq mümkündür. Bunun üçün sadəcə istək lazımdır…

Lüks avtomobillərin şütüdüyü Dubayda isə sürücülər təxminən 7500 manata xüsusi kombinasiyalı “nömrə”lər əldə edə bilərlər. Məsələn, doğum və ya toy tarixinin əks olunduğu dövlət qeydiyyat nişanları…

“BAZAR” YOX, HƏRRAC AÇILMALIDIR…

Buaradan bir nəticə əldə etmək olar ki, BAZAR YOX, HƏRRAC AÇILMALIDIR… Məhz bundan sonra büdcəmizə bir neçə milyon vəsaitin daxil olmasını təmin edə bilərik. Rusiyalı biznesmen Dmitri Davıdovun “Biznes üçün 20 ideya” kitabında xeyli maraqlı biznes ideyası var. Ümid edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi bu yazını və Davıdovun kitabını oxuyacaq. Oxuyandan sonra özü üçün deyil, ölkə üçün biznes ideyalarının altından xətt çəkəcək. Əksi olsa, milyonlarla vəsaitin büdcəyə daxil olmasının üstündən xətt çəkiləcək…

Mənbə: İndex.az

{gallery}

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

OpenAI GPT-5.6 modelini məhdud şəkildə istifadəyə verdi

27.06.2026

“Google” Android üçün ayrıca “Google Finance” tətbiqini təqdim edib

27.06.2026

“YouTube Shorts” videolarında sürəti artırmaq mümkün olacaq

27.06.2026

Gənc sahibkarlar üçün Mark Zukerberqin uğura aparan 10 prinsipi

27.06.2026

Azərbaycanda kredit faizləri son 5 ildə artıb - Regionlar üzrə tam siyahı

26.06.2026

"Swatch Group" "Samsung"a qarşı ticarət nişanı iddiası qaldırıb

26.06.2026

İqtisadiyyatdan İT-yə keçən sahibkar ən yaxşı 15 startapdan birini yaratdı

26.06.2026

Öz vəsaiti hesabına ipoteka krediti verən banklar - ŞƏRTLƏR

26.06.2026

Tənha insanlar niyə daha çox pul xərcləyirlər?

26.06.2026

Milyarder olmaq istəyirsiniz? Dünyanın ən varlı 1 faizinin uğur sirlərini öyrənin

26.06.2026

Zəif təhsil almasına baxmayaraq uğur qazanmış 10 insan

26.06.2026

Dünyanın ən bahalı 7 video oyunu

26.06.2026

Məktəbli hobbisindən qlobal brendə: 14 yaşlı yeniyetmə necə moda imperiyası qurdu?

26.06.2026

"Samsung" Cənubi Koreyada 648 milyard dollarlıq investisiyaya hazırlaşır

26.06.2026

Şənbə günü leysan yağacaq, güclü külək əsəcək

26.06.2026
Mərkəzi Bankın yeni qaydaları onlayn istehlak kreditlərinə necə təsir edəcək?

Mərkəzi Bankın yeni qaydaları onlayn istehlak kreditlərinə necə təsir edəcək? - Ekspert izah etdi

26.06.2026

"Volkswagen" 100 minədək iş yerini ixtisar etməyi planlaşdırır

26.06.2026

Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib

26.06.2026

5 uğursuz dönüşdən 1 milyon dollarlıq uğura

26.06.2026

Micron rekord qırdı: Bazar dəyərinə görə "Tesla" və "Meta"nı geridə qoydu

26.06.2026

Məzənnə

Yüklənir...