Həsən Həsənov
“SER Consulting Group”un təsisçisi
Biznes dünyasının ən təbii, bəzən isə ən narahatedici reallıqlarından biri də rəqabətdir. Təbiidir, çünki bazar iqtisadiyyatı rəqabət üzərində qurulub. Narahatlıq yaradır, çünki diqqətli olmasaq, bizi oyundan kənarlaşdıra bilərlər.
Bəs rəqiblər bizi necə bazardan çıxarır?
Əvvəlcə gəlin bir məqamı qeyd edək - rəqib səni bazardan “çıxarmır”, sən özün çıxırsan. Çünki ya dəyişmirsən, ya yavaş dəyişirsən, ya da dəyişmək istəmirsən.
Əksər hallarda rəqibin qalib gəlməsi onun mükəmməlliyindən deyil, sənin … üç nöqtəni özünüz doldurun.
Dəyişməyə qarşı müqavimət
Müasir biznesdə dəyişməyən tək şey, elə dəyişikliyin özüdür. Rəqib sənə çatmamış, sən artıq özünə çatmalısan. Məhsulunu, xidmətini, komandanı, prosesi, hamısını davamlı olaraq yeniləməli, təkmilləşdirməlisən.
Böyüməyən şirkət “yaşayan” deyil, sadəcə “davam edən” şirkətdir.
Əgər rəqib səni bazardan çıxarırsa, deməli:
o daha çevikdir,
daha uyğun qiymət verir,
daha yaxşı xidmət təqdim edir,
və ya sadəcə daha çox dəyişir.
Sənin boş buraxdığın sahə, rəqibin fürsətidir:
Rəqib qiymət endirəndə müştəri səndən getdisə, deməli, sənin fərqliliyini hiss etməyib.
Rəqib yeni texnologiya gətirəndə sən çökürsənsə, deməli sistemlə işləmirdin...
Rəqib çox vaxt sənə deyil, zəif sisteminə və ya sistemsizliyinə, qurulmamış strukturuna, gecikən qərarlarına qalib gəlir.
Strategiyasızlıq – səssiz uduzmaqdır
Çox şirkət öz sahəsində lider olduğunu düşünür, çünki rəqiblərini tanımır. Michael Porterin rəqabət strategiyası və rəqib analiz metodları bizə deyir ki, sən təkcə rəqiblə yox, həm də:
1. Bazara yeni daxil olanlarla: Yeni oyunçular bazar payını azalda bilər. Giriş maneələri (kapital, marka gücü, qanunvericilik) təhdidi azaldır.
2. Əvəzləyici məhsullarla: Müştəri məhsulu əvəz edə bilirsə, bu təhdiddir. Əvəzləyicilər daha sərfəlidirsə, risk artır.
3. Alıcıların bazar gücü ilə: Müştərilər qiymətə və keyfiyyətə təsir edəcək qədər güclüdürsə, şirkət üçün təzyiq yaradır.
4. Təchizatçıların bazar gücü ilə: Təchizatçılar azdırsa və əvəzolunmazdırsa, qiymət və keyfiyyətə təsir edir.
5. Sənayedaxili rəqabət: Bazar doymuşdursa və məhsullar fərqlənmirsə, rəqabət artır. Qiymət müharibəsi və reklam xərcləri çoxalır.
Əgər rəqibləri sadəcə qonşu küçədə açılan mağaza kimi görürsənsə, artıq uduzursan.
Texnologiya və dəyişən müştəri davranışı
Dünən uğurlu olan məhsul bu gün geridə qala bilər. Rəqib bu gün texnologiyaya yatırım edirsə, sabah onun xidmət səviyyəsi səni üstələyəcək. Müştəri davranışları sürətlə dəyişir. Onları izləməyən, analiz etməyən və reaksiya verməyən şirkətlər özlərinə yox, keçmişlərinə işləyirlər.
Ən pisi – daxili səbəblər
Bəzən isə rəqib heç nə etmir. Biz özümüz daxildən zəifləyirik:
Plan yoxdur.
Komanda motivasiyasızdır.
Struktur köhnəlib.
Sahibkar nə qərar verir, nə də etibar edir.
CEO iradə göstərmir və ya yetərincə səlahiyyətli deyil.
Rəqiblər bizi bazardan çıxarmır. Biz dəyişmədiyimiz üçün, strategiyamız olmadığı üçün, analiz etmədiyimiz üçün, qərar verə bilmədiyimiz üçün özümüz bazardan çıxırıq.
Əgər yaşamaq, böyümək, bazarda qalmaq istəyiriksə:
Strategiya qurmaq,
Dəyişmək,
Öyrənmək,
İradə göstərmək,
Və davamlı olaraq özümüzü yeniləmək, böyümək məcburiyyətindəyik.
Çünki rəqabət sonsuz bir marafondur, istirahət edən geridə qalır.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?
11.03.2026Cəbrayılda 7 milyon manatlıq tikinti işləri görüləcək
11.03.2026Bakının mərkəzində söküntü - ərazidə nə tikiləcək?
11.03.2026Dollar mövqeyini itirir: İranla müharibədə qeyri-müəyyənlik bazarları sarsıdır
11.03.2026Tanınmış investor Arthur Heys: “Hazırda Bitcoin almazdım”
11.03.2026Azərbaycanlı "youtuber"lər niyə həmkarlarından az qazanır?
11.03.2026“Dəniz Mall”dan “Nargilə”yə qədər böyük layihə - Paytaxtda relslər sökülür
11.03.2026"Zeytun" aptek dərman vasitələrini qoyulan qiymətdən baha satıb
11.03.2026Hərbi qulluqçuların maaşlarında dəyişiklik təsdiqləndi
11.03.2026Türk lirəsi dördqat dəyər qazandı, otellər boş qaldı - İranlılar ölkələrinə dönür
11.03.2026Şirkətin xətasını aşkarladı - 30 000 qazandı
11.03.2026Azərbaycana gətirilən süd və qaymağın qiyməti bahalaşıb
11.03.2026"Meta" “Moltbook” sosial şəbəkəsini satın alıb
11.03.2026"Bazarstore" məhsulları üzərində göstərilən qiymətdən daha baha satıb - Protokol tərtib edildi
11.03.2026Dünyanın ən varlı 10 qadın milyarderinin sərvəti - Fotolar/Siyahı
11.03.2026AFB Bank-dan Sahibkarlara Böyük Dəstək – 200 000 AZN-dək Mikro və Aqro Kredit İmkanı! ®
11.03.2026İcbari avtosığorta üzrə ən pis xidmət bu 3 şirkətə məxsusdur - SİYAHI
11.03.2026