Həsən Həsənov
“SER Consulting Group”un təsisçisi
Təchizat zənciri sadəcə məhsul və ya xidmət, satınalma deyil. Bu, strateji idarəetmə, əməliyyat çevikliyi, planlama intizamı və maliyyə təfəkkürünün birləşdiyi sahədir. Burada planlamanın düzgün aparılması məhsulun vaxtında istehsal olunmasına, məhsulun keyfiyyəti müştəri məmnuniyyətinə, uyğun alışlar isə maliyyə dayanıqlığına töhfə verir.
Bir şirkətdə təchizatın qiymətləndirmə mexanizmi bu 4 suala cavab verməlidir:
• Bu alış strateji hədəflərlə uzlaşır?
• Alınan məhsul/layihə keyfiyyəti artıracaqmı?
• Əməliyyatlara nə qədər çeviklik gətirəcək?
• Büdcəyə və maliyyə proqnozuna necə təsir edəcək?
Unutmayaq, təchizatın problemi yalnız təchizatçının problemi deyil. O, həm də maliyyənin, əməliyyatların və nəticədə satışın problemidir. Əgər təchizat zənciri strateji deyilsə, şirkət bir müddət sonra xammalda, anbarda, məhsul gecikmələrində və ya keyfiyyətsizliyində bunun əvəzini ödəyir.
Təchizat Zəncirinə Mənim Tərifim:
Təchizat zənciri – ehtiyacın yaranmasından son məhsulun çatdırılmasına qədər olan bütün prosesi planlayan, əlaqələndirən və strateji qərarlarla dəyərə çevirən sistemdir.
· Planlamadır – ehtiyac nə zaman, nə qədər olacaq?
· Logistikadır – kim çatdıracaq, nə vaxt və hansı risklərlə?
· Keyfiyyətə nəzarətdir – gələn məhsul standartlara cavab verir?
· Risk menecmentidir – gecikmələr, tədarükçü çatışmazlığı, təchizat dalğalanmaları necə idarə olunacaq?
· İnnovasiyadır – alternativ təchizatçılar tapmaq, yeni tədarük modelləri qurmaq.
Əgər bu zəncir balanslı işləyirsə, müəssisə təkcə ucuz almır, doğru alır, vaxtında alır, böyüməyə uyğun alır.
Maliyyə şöbəsi – likvidliyi qorumaq istəyir
Əməliyyat – çevik olmaq istəyir
Satınalma – fürsətləri qaçırmaq istəmir
Strategiya – uzunmüddətli tərəfdaşlıqlara yönəlmək istəyir
Bütün bu niyyətlər haqlıdır. Amma bir masa ətrafında toplaşmadıqları halda qərarlar ya gecikir, ya da heç verilmir. Təchizat “ucuz al, gecikməsin, amma keyfiyyətli olsun” təzyiqi altında səmərəsini itirir.
– Planlamaya təsiri azalır
– Operativlik itir
– İdeya və təşəbbüslər tıxanır
– Təchizatçılarla uzunmüddətli əlaqə qurmaq çətinləşir
Əgər bu zəncirdə yalnız “kim ödəyir” sualı əsasdırsa – müəssisə çeviklik, fürsət və keyfiyyət itirir. Təchizat zəncirin nə alacağınla bərabər, kim alacaq, necə alacaq, kim təsdiqləyəcək – bunlar da strateji suallardır.
Deməli, təchizat həm də maraqların bir-birinə dolandığı zəncirdir.
Məsələn: Ödəyənlə alan eyni düşünmür. Təchizat zənciri, maliyyə, əməliyyat və strategiya arasında balans rolunu oynamalıdır. Nə tam azad, nə də tam boğulmuş. Planlamanı pozmayan, maliyyəni iflic etməyən, keyfiyyəti itirməyən bir zəncir qurulmalıdır. Maliyyə nəzarət etməli, amma idarə etməməlidir. Satınalma qərarları planlamaya bağlı şəkildə verilməlidir. Təchizat qərarları KPI-larla ölçülməli, qiymət yeganə meyar olmamalıdır.
Yaxşı təchizat zənciri doğru satınalma, çevik planlama, dəqiq maliyyə təhlili və effektiv əməliyyatın məhsuludur. Onlar həm də sistemli düşüncə ilə formalaşmalıdır.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?
11.03.2026Cəbrayılda 7 milyon manatlıq tikinti işləri görüləcək
11.03.2026Bakının mərkəzində söküntü - ərazidə nə tikiləcək?
11.03.2026Dollar mövqeyini itirir: İranla müharibədə qeyri-müəyyənlik bazarları sarsıdır
11.03.2026Tanınmış investor Arthur Heys: “Hazırda Bitcoin almazdım”
11.03.2026Azərbaycanlı "youtuber"lər niyə həmkarlarından az qazanır?
11.03.2026“Dəniz Mall”dan “Nargilə”yə qədər böyük layihə - Paytaxtda relslər sökülür
11.03.2026"Zeytun" aptek dərman vasitələrini qoyulan qiymətdən baha satıb
11.03.2026Hərbi qulluqçuların maaşlarında dəyişiklik təsdiqləndi
11.03.2026Türk lirəsi dördqat dəyər qazandı, otellər boş qaldı - İranlılar ölkələrinə dönür
11.03.2026Şirkətin xətasını aşkarladı - 30 000 qazandı
11.03.2026Azərbaycana gətirilən süd və qaymağın qiyməti bahalaşıb
11.03.2026"Meta" “Moltbook” sosial şəbəkəsini satın alıb
11.03.2026"Bazarstore" məhsulları üzərində göstərilən qiymətdən daha baha satıb - Protokol tərtib edildi
11.03.2026Dünyanın ən varlı 10 qadın milyarderinin sərvəti - Fotolar/Siyahı
11.03.2026AFB Bank-dan Sahibkarlara Böyük Dəstək – 200 000 AZN-dək Mikro və Aqro Kredit İmkanı! ®
11.03.2026İcbari avtosığorta üzrə ən pis xidmət bu 3 şirkətə məxsusdur - SİYAHI
11.03.2026