Redaktor
Bakıda media qurumları ilə biznes mühiti müzakirə olundu (FOTO)
“Biznes mühiti üzrə islahatların və elektron dövlət xidmətləri barədə məlumatların kommunikasiyası” mövzusunda media qurumları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin birgə təşkilatçılığı ilə aparıcı media qurumlarının məsul şəxsləri və nümayəndələrinin iştirakı ilə Bakı KOB Evində “Biznes mühiti üzrə islahatların və elektron dövlət xidmətləri barədə məlumatların kommunikasiyası” mövzusunda görüş keçirilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, ölkəmizdə iqtisadi inkişafa xidmət edən islahatların biznes nümayəndələrinə və digər maraqlı tərəflərə düzgün və vaxtında çatdırılmasında media təmsilçilərinin mühüm rolu vardır, bu sahədə koordinasiyalı fəaliyyətin təşkili, yeni islahatlar və elektron dövlət xidmətləri barədə məlumatların çevik kommunikasiyası üçün mövcud resurslardan səmərəli istifadə mühüm əhəmiyyət kəsb edir.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılan Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın əsas məqsədi rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitinin yaranmasına dəstək vermək, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə nail olmaqdır.
V.Şıxəliyev bildirib ki, biznesin müxtəlif sahələri üzrə müvafiq dövlət qurumlarının rəhbərliyi altında mühüm normativ hüquqi akt layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib, sahibkarlıq subyektlərinin inzibatçılıq yükünün azaldılması və fəaliyyətlərinin səmərəliliyinin artırılmasına xidmət edən yeni elektron xidmətlər və platformalar istifadəyə verilib, elektron sistemlərin tətbiq dairəsi genişləndirilib.
Görüşdə xüsusi vurğulanıb ki, aidiyyəti dövlət qurumlarının rəhbərliyi altında fəaliyyət göstərən müvafiq işçi qrupları çərçivəsində islahat təşəbbüslərinin hazırlanması və yeniliklərin həyata keçirilməsi prosesində maraqlı tərəflərin aktiv iştirakı təmin olunur. Maraqlı tərəflərin iştirakı ilə inklüzivliyin və vahid sinerjinin yaradılması məqsədilə Komissiyanın yeni Rəqəmsal İdarəetmə Platforması hazırlanaraq istifadəyə verilib.
Qanunvericilik təşəbbüslərində özəl sektorun elektron iştirak imkanının təmin edilməsi və işçi qrupları ilə interaktiv əlaqənin yaradılması üçün E-iştirakçılıq Platformasının və digər innovativ həllərin tətbiqinə başlanılıb.
Görüşdə vurğulanıb ki, hazırda qarşıda duran əsas çağırışlardan biri biznes sahəsində aparılan iqtisadi islahatların və yeni yaradılan elektron dövlət xidmətləri barədə məlumatların səmərəli kommunikasiyası və geniş yayılmasına nail olmaqdır. Bu sahədə media qurumlarının aktiv rolu mühüm əhəmiyyət kəsb edir.
Görüşdə iqtisadi islahatların və elektron dövlət xidmətləri barədə məlumatların regionlarda da geniş yayılması imkanları (“KOB Dostu” şəbəkəsi) müzakirə edilib, zəruri məlumatların kommunikasiyası üzrə Yol Xəritəsinin müəyyən edilib və media qurumları ilə koordinasiya məsələləri ilə bağlı təkliflər təqdim olunub.
{gallery}
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır
13.03.2026Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti
13.03.2026Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür
13.03.2026AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
13.03.2026Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13.03.2026"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq
13.03.2026"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı
13.03.2026Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13.03.2026Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ
13.03.2026"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri
13.03.2026Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb
13.03.2026Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®
13.03.20261 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır
13.03.2026"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı
13.03.2026
Regionlar üzrə kredit faizləri - İllik müqayisə
13.03.2026“Sunday” startapı 165 milyon dollar investisiya alıb
13.03.2026Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub
13.03.2026"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır
13.03.2026