Redaktor
Azərbaycanda yük avtomobillərinin istehsalı 90%-dən çox azalıb
2025-сi ilin yanvar-fevral aylarında maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 93,2 milyon manatlıq məhsul istehsal edilib.
Valyuta.Az xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 22,4 faiz artmış, avtomobil, qoşqu və yarımqoşquların
istehsalı 35,1 faiz azalıb.
2025-сi ilin yanvar-fevral aylarında 467 ədəd və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 107 ədəd az minik avtomobili istehsal olunub. Ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 30,4 faiz azalıb.
Sözügedən dövrdə 12 ədəd yük avtomobili istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 91.9 faiz daha azdı.
913 nasos istehsal edilib ki, bunun da 897 ədədi ştanqlı quyu nasoslarının payına düşüb. Nasosların ümumi istehsalı 18.5 faiz, ştanqlı quyu nasoslarının istehsalı isə 18.3 fazi azalıb.
Kran, qapaq və klapanların istehsalında isə 98 faiz azalma müşahidə olunub.
Rəhim
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb
17.03.2026Bakı üçün yeni seriya buraxıldı
17.03.2026Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL
17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?
17.03.2026İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu
17.03.2026Emil Əhmədov müavin təyin edildi
17.03.2026Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib
17.03.2026