“Youtube” videoları bəyənilməsinə pul qazanmaq vədi verən dələduzlar – Emin Mahmudov yazır

Redaktor

14.11.2023 14:45
3,351

“Youtube” videoları bəyənilməsinə pul qazanmaq vədi verən dələduzlar – Emin Mahmudov yazır

 

Bank məsələləri üzrə ekspert Emin Mahmudov Valyuta.az üçün yazır…

Son dövrlər geniş yayılan bir dələduzluq növü var. “Whatsapp” üzərindən xarici nömrələrdən vətəndaşlara yazaraq “Part-time” iş təklif edilir və evdən oturaraq, sadəcə “Youtube” videoları bəyənməklə pul qazanmaq barədə məlumat verilir.

İlkin olaraq elə “Whatsapp” üzərindən 3 “Youtube” linki göndərilir və videoları bəyənərək ekran görüntüsünün göndərilməsi istənilir, ekran görüntüləri alındıqdan sonra vətəndaşa 6 AZN ilkin maaş ödəniləcəyi bildirilir, bunun üçün “m10” adresinin və ya bank kartının məlumatları alınır. Bu məqamda kartın bitmə tarixi, CVV kod, M10 hesabına daxil olmaq üçün kod və s kimi hər hansı əlavə məlumat istənilmir ki, şübhə yaradılmasın. Lazım olan “m10” hesabı və ya kartın 16 rəqəmi alındıqdan sonra qurbanı şirnikləşdirmək üçün ona 6 AZN maaş ödənilir. Daha sonra ondan “Telegram” hesabı istənilir və qurban ilə dialoqa “Telegram” hesabında başqa bir şəxs davam edir.

“Telegram” hesabında da ssenari eyni qaydada davam edir, video linkləri göndərilir və videoları bəyənərək ekran görüntüləri atması istənilir, lakin bu dəfə iş nisbətən çətinləşdirilir, videoların sayı artırılır və hər video bəyənmə üçün cəmi 30 dəqiqə vaxt verilir, vaxtında reaksiya vermədikdə tapşırıq yerinə yetirilməmiş hesab edilir.

10 video bəyəndikdən sonra qurbana əlavə olaraq yenə də etibar qazanmaq üçün 10 AZN maaş ödənilir. Artıq bu andan etibarən heç bir halda maaş ödənişi olunmayacaq və artıq qurban tələyə düşmüş hesab olunur.

Növbəti tapşırıqlar növbəti gün göndərilir və cəmi 3 videodan sonra artıq qurbanın ödəniş etməli olduğu barədə məlumat verilir, yəni qurban qarşısına seçimlər qoyulur. 20 manat ödəməklə 26 manat + bonuslar, 60 manat ödəməklə 78 manat + bonuslar ...... 5400 manat ödəməklə 7020 manat və s olmaqla seçimlər verilir. Təbii ki bu ödəniş qurban tərəfindən edildikdən sonra rahatlıqla maaş ödənişinin geri alınması mümkün olmur. Ona yenə də müəyyən tapşırıqlar verilir, videoların sayı artırılır, bəyənmə vaxtı qısaldılır və tapşırıqlar getdikcə çətinləşdirilərək qoyulan vəsaitin geri çəkilməsi, maaşın, bonusun alınması mümkünsüzləşdirilir. Bu məqamda artıq ödəniş rəqəmləri həndəsi silsilə olaraq artır, 20 manat qoyulduqda növbəti ödəniş artıq 150 manata, 150 manat qoyduqda növbəti ödəniş 600 manata və beləliklə ödənişin məbləği 3-5 min manata qədər artırılır ki, qurban öz itirdiyi məbləği geri qaytaracağı ümidi ilə tələb olunan ödənişləri icra etməyə davam edir, lazım olan vəsaiti vaxtında tapmadıqda və ödənişi zamanında etmədikdə missiya tamamlanmamış hesab olunur və indiyə qədər yerinə yetirdiyi bütün tapşırıqlar ləğv olunaraq qurbanın vəsaitləri mənimsənilir.

Bu dələduzluq ssenarisini hazırlayan, vəsaitləri alan şəxslər ölkə xaricində olduğu üçün və ödənişlər oğurluq formasında deyil, qurbanın öz istəyi ilə könüllü şəkildə icra olunduğu üçün vəsaitlərin geri qaytarılması, dələduzların cinayət məsuliyyətinə cəlb olunması mümkünsüz kimi görünür.

Qurbanların ödəniş etdiyi hesablar isə böyük ehtimalla əvvəllər müxtəlif vaxtlarda müxtəlif üsullarla hesabları, kartları, mobil tətbiqləri ələ keçirilmiş başqa bir qurbanlar olur ki, o hesablardan tranzit kimi istifadə olunur, o hesablara daxil olan vəsaitlər sürətli şəkildə ölkə xaricinə köçürülərək izlər itirilir.

Bütün bu yazılanlardan sonra bir daha vətəndaşlardan diqqətli olmaqları, kartın 16 rəqəmindən başqa bütün məlumatlarını, onlara daxil olan sms mətnindəki kodları, şəxsiyyət vəsiqələri və onun məlumatlarını kənar şəxslərə heç bir halda ötürməməyi, bu tip asan qazanc təklif edən dələduzluq ssenarilərinə inanmamağı, öz məlumatlarını və vəsaitlərini qorumalı özlərinin olduqlarını nəzərə almaqları xahiş olunur.
{gallery}

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Avropa dollara rəqib yaratmağa hazırdır?

01.02.2026

Naval Ravikant: “Zənginlik vaxtı azad etməkdir, pulu yox”

01.02.2026

Azərbaycan uşaq arabalarını haradan alır? - Ölkələr, Qiymətlər

01.02.2026

100 ildir istismar olunur, amma hələ də ən böyük mədənlərdən biridir

01.02.2026

Hansı şəhərimizdə fərdi sahibkarların sayı çoxdur?

01.02.2026

ABŞ-ın qızıl ehtiyatları 1,44 trilyon dolları keçdi

01.02.2026

“Heç vaxt avtomobil sürməyi öyrənmədim. Əvvəl çox kasıb idim, sonra çox varlı” – Palantir CEO-su

01.02.2026

McDonald qardaşlarının restoranı necə imperiyaya çevrildi? - SƏHƏR OXUSU

01.02.2026

Pomidor ixracından əldə olunan gəlir 192 milyon dollara çatıb

31.01.2026

İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

31.01.2026

İribuynuzlu heyvan idxalı artdı - Ət ucuzlaşacaq?

31.01.2026

Hansı cərimələrin ödətdirilməsi birbaşa əməkhaqqına yönləndiriləcək?

31.01.2026

"Apple"ın tarixi gəlir artımı RAM xərcləri ilə bağlı xəbərdarlıqla kölgədə qaldı

31.01.2026

Azərbaycanlı gənc BBC-nin məşhur verilişində 70 min funtluq investisiya təklifi aldı və vəsaitdən imtina etdi - MÜSAHİBƏ

31.01.2026

Qaradağda icra başçısından sonra üç vəzifəli şəxs də işini itirdi

31.01.2026

Bakı-Sumqayıt üzrə taksi qaydaları sərtləşdi - Sürücülər narazıdır-Video

31.01.2026

Onlayn sifariş edilən məhsullar niyə gecikir?

31.01.2026

ABŞ-ın enerji nəhənglərinin mənfəəti kəskin azaldı

31.01.2026

Milyonlarla yükləmədən sonra böyük eniş: "TikTok qatili" "ölür"

31.01.2026

Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib

31.01.2026

Məzənnə

Yüklənir...