“Heç vaxt avtomobil sürməyi öyrənmədim. Əvvəl çox kasıb idim sonra çox varlı” – Palantir CEO-su

Redaktor

01.02.2026 09:16
27

“Heç vaxt avtomobil sürməyi öyrənmədim. Əvvəl çox kasıb idim sonra çox varlı” – Palantir CEO-su

Alex Karp texnologiya dünyasında adi bir rəhbər kimi tanınmır. O, nə klassik proqramçı olub, nə də Silikon Vadisinin tipik startap hekayəsinə sahibdir. Daha çox fəlsəfə, siyasət və cəmiyyət mövzularına maraq göstərən, açıq danışan və bəzən də mübahisəli fikirləri ilə gündəmə gələn bir fiqurdur. Onun haqqında ən çox diqqət çəkən cümlələrdən biri isə belədir: “Heç vaxt avtomobil sürməyi öyrənə bilmədim. Əvvəl çox kasıb idim, sonra isə çox varlı oldum”. Bu cümlə həm onun həyat yolunu, həm də qəribə görünən karyera trayektoriyasını çox yaxşı izah edir.

Alex Karp kimdir?

Alex Karp ABŞ-də doğulub və gənclik illərində texnologiya yox, fəlsəfə və hüquqla maraqlanıb. Universitetdə fəlsəfə üzrə təhsil alıb, daha sonra hüquq fakültəsini bitirib və Almaniyada sosial nəzəriyyə sahəsində doktorluq dərəcəsi qazanıb. Yəni bu gün süni intellekt və böyük məlumat sistemləri üzərində çalışan bir şirkətin rəhbəri olan Karp əslində texniki yox, düşüncə və analiz yönümlü bir mühitdən çıxıb. Məhz bu səbəbdən o, özünü həmişə “klassik texnologiya rəhbəri” kimi yox, strateji düşünən bir idarəçi kimi təqdim edir.

Uğur hekayəsi

Onun əsas uğur hekayəsi "Palantir Technologies" şirkəti ilə bağlıdır. "Palantir" böyük həcmdə məlumatları analiz edən, müxtəlif mənbələrdən gələn informasiyanı bir sistemdə birləşdirən və qərarvermə prosesini asanlaşdıran proqramlar hazırlayır. Bu sistemlərdən əsasən dövlət qurumları, təhlükəsizlik strukturları, müdafiə sahəsi və iri korporasiyalar istifadə edir. Şirkətin ideyası sadə görünür: fərqli bazalardan gələn qarışıq məlumatları bir mərkəzdə toplayıb mənalı nəticəyə çevirmək. Amma praktikada bu, terrorla mübarizədən tutmuş maliyyə fırıldaqlarının aşkarlanmasına qədər çox həssas sahələrdə tətbiq olunur.

Palantir Karp və onun tərəfdaşları tərəfindən qurulanda bazarda bu tip məhsullara inam yüksək deyildi. Şirkət uzun müddət investor tapmaqda çətinlik çəkdi və ilk illər demək olar ki, səssiz şəkildə fəaliyyət göstərdi. Lakin zamanla ABŞ dövlət strukturları ilə əməkdaşlıq "Palantir" üçün dönüş nöqtəsinə çevrildi. Məhz bu mərhələdən sonra şirkət sürətlə böyüməyə başladı və texnologiya sektorunda ən çox müzakirə olunan adlardan birinə çevrildi. Alex Karp isə proqram yazan rəhbər yox, bu çətin və siyasi baxımdan həssas bazarda şirkəti istiqamətləndirən əsas strateq oldu.

Həm çox qazanan, həm də tənqid olunan şirkət

Onun idarəçilik üslubu da bazardakı bir çox CEO-dan fərqlənir. Karp texnologiyanın yalnız biznes aləti olmadığını, eyni zamanda dövlətlərin təhlükəsizliyi və gələcək güc balansı üçün əsas rol oynadığını açıq şəkildə deyir. O, Palantir-in sadəcə kommersiya şirkəti kimi yox, Qərb dünyasının texnoloji infrastrukturunun bir hissəsi kimi fəaliyyət göstərməsini vacib hesab edir. Məhz bu mövqeyinə görə "Palantir" həm yüksək dəyər qazanan, həm də ən çox tənqid olunan texnologiya şirkətlərindən biri olub.

Alex Karpın “avtomobil sürməyi öyrənmədim” deməsi sadəcə maraqlı bir detal deyil. Bu cümlənin arxasında onun qeyri-adi həyat yolu dayanır. Gənclikdə maddi imkanların məhdudluğu, sonradan isə birdən-birə milyardlarla dollar dəyəri olan bir şirkətin rəhbərinə çevrilmək. O, texnologiya sektoruna birbaşa kod yazaraq yox, fərqli düşüncə tərzi, siyasi və sosial baxışları, eləcə də strateji qərarvermə bacarığı ilə daxil olub. 

Şəbnəm İbrahimxəlilova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

100 ildir istismar olunur, amma hələ də ən böyük mədənlərdən biridir

01.02.2026

Hansı şəhərimizdə fərdi sahibkarların sayı çoxdur?

01.02.2026

ABŞ-ın qızıl ehtiyatları 1,44 trilyon dolları keçdi

01.02.2026

“Heç vaxt avtomobil sürməyi öyrənmədim. Əvvəl çox kasıb idim sonra çox varlı” – Palantir CEO-su

01.02.2026

“McDonald's” qardaşlarının restoranı necə imperiyaya çevrildi? - SƏHƏR OXUSU

01.02.2026

Pomidor ixracından əldə olunan gəlir 192 milyon dollara çatıb

31.01.2026

İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

31.01.2026

İribuynuzlu heyvan idxalı artdı - Ət ucuzlaşacaq?

31.01.2026

Hansı cərimələrin ödətdirilməsi birbaşa əməkhaqqına yönləndiriləcək?

31.01.2026

"Apple"ın tarixi gəlir artımı RAM xərcləri ilə bağlı xəbərdarlıqla kölgədə qaldı

31.01.2026

Azərbaycanlı gənc BBC-nin məşhur verilişində 70 min funtluq investisiya təklifi aldı və vəsaitdən imtina etdi - MÜSAHİBƏ

31.01.2026

Qaradağda icra başçısından sonra üç vəzifəli şəxs də işini itirdi

31.01.2026

Bakı-Sumqayıt üzrə taksi qaydaları sərtləşdi - Sürücülər narazıdır-Video

31.01.2026

Onlayn sifariş edilən məhsullar niyə gecikir?

31.01.2026

ABŞ-ın enerji nəhənglərinin mənfəəti kəskin azaldı

31.01.2026

Milyonlarla yükləmədən sonra böyük eniş: "TikTok qatili" "ölür"

31.01.2026

Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib

31.01.2026

Sabahın hava proqnozu

31.01.2026

Keçmiş məmurun şirkətinə 5,6 milyonluq sifariş

31.01.2026

Özbaşına tikilən evlər sənədləşdiriləcək?

31.01.2026

Məzənnə

Yüklənir...