Redaktor
Milyonlarla yükləmədən sonra böyük eniş: "TikTok qatili" "ölür"
“OpenAI”ın video istehsalı tətbiqi “Sora” bazara çıxdığı ilk günlərdə ChatGPT-dən belə daha sürətlə böyüyərək endirmə rekordlarını alt-üst etmişdi. Lakin son məlumatlar yalnız dəvətnamə ilə daxil oluna bilən bu xüsusi platformanın üzərindəki parlaq görüntünün solmağa başladığını və istifadəçi marağının sürətlə azaldığını göstərir.
Valyuta.az xəbər verir ki, “Sora”nın mobil dünyadakı macərası əslində nağıl kimi başlamışdı. Yalnız dəvətlə daxil olmaq mümkün olmasına baxmayaraq, iOS versiyası ilk günündə 100 min endirməni keçmiş və qısa müddətdə ABŞ “App Store” siyahılarının zirvəsinə yüksəlmişdi. Ancaq “AI əsaslı TikTok” və "TikTok qatili" kimi xarakterizə olunan tətbiq üçün küləklər tərsinə əsməyə başlayıb. Dekabr ayında, adətən tətbiqlərin ən yüksək göstəricilərə çatdığı bayram mövsümündə belə endirmə sayı 32 faiz azalıb. 2026-cı ilin yanvarında isə bu geriləmə 45 faizə çataraq 1,2 milyona enib. Təkcə maraq deyil, istifadəçi xərcləri də eyni sürətlə azalır.
Bu ani enişin arxasında yalnız istifadəçi yorğunluğu dayanmır: “OpenAI”ın müəllif hüquqları ilə bağlı atmağa məcbur qaldığı geri addımlar da mühüm rol oynayır. İlkin mərhələdə istifadəçilər “Sünger Bob” və ya “Pikaçu” kimi məşhur personajlarla istədikləri videoları yarada bilirdilər. Lakin Hollivud studiyalarının sərt reaksiyası vəziyyəti dəyişib. Məhkəmə çəkişmələrindən yayınmaq üçün məhdudiyyətlər artırıldıqca o “sərhədsiz azadlıq” hissi də aradan qalxıb. “Disney” ilə bağlanan yeni razılaşma belə insanların öz üzlərini və ya tanınmış personajları istifadə etmək mövzusundakı tərəddüdlərini aradan qaldırmağa kifayət etməyib.
“Sora” daxili problemlərlə mübarizə apararkən rəqiblər də yaranan boşluğu sürətlə doldurur. “Google”un xüsusilə “Nano Banana” modeli ilə güclənən “Gemini AI” tətbiqi “Sora”nın ən ciddi rəqiblərindən birinə çevrilib. Eyni zamanda “Meta”nın süni intellekt dəstəkli video xüsusiyyətləri də istifadəçiləri öz platformasına cəlb etməyi bacarıb. Hazırda “App Store”un ilk 100 siyahısından düşən “Sora” üçün “tamamilə bitdi” demək hələ tezdir. Lakin tətbiqin əvvəlki populyarlığını bərpa etməsi üçün daha diqqətçəkən yeniliklərə ehtiyac olduğu aydın görünür.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakı-Sumqayıt üzrə taksi qaydaları sərtləşdi - Sürücülər narazıdır-Video
31.01.2026Onlayn sifariş edilən məhsullar niyə gecikir?
31.01.2026ABŞ-ın enerji nəhənglərinin mənfəəti kəskin azaldı
31.01.2026Milyonlarla yükləmədən sonra böyük eniş: "TikTok qatili" "ölür"
31.01.2026Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib
31.01.2026Sabahın hava proqnozu
31.01.2026Keçmiş məmurun şirkətinə 5,6 milyonluq sifariş
31.01.2026Özbaşına tikilən evlər sənədləşdiriləcək?
31.01.2026Bakıda restoran yandı - Video
31.01.2026Azərbaycan nefti bahalaşdı
31.01.2026Azərbaycanda bu şəhər və rayonların icra başçısı yoxdur
31.01.2026"SOCAR"ın törəmə şirkətləri ixracdan nə qədər qazanıb?
31.01.2026Elektrik enerjisi ixracında 24 milyonluq azalma
31.01.2026Yeni başlayanlar üçün maliyyə planlaşdırması - 8 qızıl qayda - SƏHƏR OXUSU
31.01.2026Məşhur milyarder Çində bazara getdi, satıcılar onu tanımadı
30.01.2026Qızıl fyuçerslərinin qiyməti bir unsiya üçün 4 850 dollardan aşağı düşüb
30.01.2026Prezidentin köməkçisi: ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır
30.01.2026