100 ildir istismar olunur, amma hələ də ən böyük mədənlərdən biridir

Redaktor

01.02.2026 12:00
33

100 ildir istismar olunur, amma hələ də ən böyük mədənlərdən biridir

Diqqət adətən qızıl və gümüşə yönəlsə də, texnologiyaların, xüsusilə də süni intellektin inkişafı və ümumilikdə iqtisadiyyat üçün son dərəcə vacib olan başqa bir metal da var. Söhbət uzun müddət yetərincə qiymətləndirilməyən misdən gedir.

Valyuta.az xəbər verir ki, "Ecoportal" nəşrinin yazdığına görə, elektrik şəbəkələri genişlənir, şəhərlər infrastrukturunu yeniləyir, təmiz enerji layihələri isə sürətlə yayılır. Lakin elektrik enerjisi təhlükəsiz və səmərəli şəkildə ötürülə bilməzsə, bütün bu proseslərin heç biri işlək ola bilməz.

Uzun müddət ərzində tələbat və təklif arasında tarazlıq mövcud idi. Mədənlər kifayət qədər xammal hasil edir, sənaye isə fəaliyyətini qabaqcadan planlaşdıra bilirdi və ciddi narahatlıq üçün əsas yox idi. Daha sonra yeni texnologiyalar sürətlə ortaya çıxıb. Əvvəllər hiss olunmayan gərginlik artıq açıq şəkildə özünü göstərməyə başlayıb.

Eyni zamanda faydalı qazıntıların çıxarılması daha da çətinləşib. Yeni layihələrin təsdiqlənməsi illər çəkir, filizin keyfiyyəti aşağı düşüb, investisiyaların tempi zəifləyib. Təklif azalmayıb, lakin tələbatla ayaqlaşacaq qədər sürətlə artmır.

Bu şəraitdə diqqətlər ABŞ-ın Yuta ştatında, Solt-Leyk-Siti yaxınlığında yerləşən nəhəng Kennecott mədəninə yönəlir. Bu obyekt Yer kürəsindəki ən böyük açıq mis mədənlərindən biridir. Artıq 100 ildən çoxdur fəaliyyət göstərən mədən indiyədək 19 milyon tondan artıq mis istehsal edib.

Mis getdikcə daha strateji əhəmiyyət daşıyır, çünki gələcək texnoloji inkişaf elektrik şəbəkələri olmadan mümkün deyil və bu şəbəkələrin əsas komponentlərindən biri məhz bu metaldır.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycan uşaq arabalarını haradan alır? - Ölkələr, Qiymətlər

01.02.2026

100 ildir istismar olunur, amma hələ də ən böyük mədənlərdən biridir

01.02.2026

Hansı şəhərimizdə fərdi sahibkarların sayı çoxdur?

01.02.2026

ABŞ-ın qızıl ehtiyatları 1,44 trilyon dolları keçdi

01.02.2026

“Heç vaxt avtomobil sürməyi öyrənmədim. Əvvəl çox kasıb idim, sonra çox varlı” – Palantir CEO-su

01.02.2026

McDonald qardaşlarının restoranı necə imperiyaya çevrildi? - SƏHƏR OXUSU

01.02.2026

Pomidor ixracından əldə olunan gəlir 192 milyon dollara çatıb

31.01.2026

İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

31.01.2026

İribuynuzlu heyvan idxalı artdı - Ət ucuzlaşacaq?

31.01.2026

Hansı cərimələrin ödətdirilməsi birbaşa əməkhaqqına yönləndiriləcək?

31.01.2026

"Apple"ın tarixi gəlir artımı RAM xərcləri ilə bağlı xəbərdarlıqla kölgədə qaldı

31.01.2026

Azərbaycanlı gənc BBC-nin məşhur verilişində 70 min funtluq investisiya təklifi aldı və vəsaitdən imtina etdi - MÜSAHİBƏ

31.01.2026

Qaradağda icra başçısından sonra üç vəzifəli şəxs də işini itirdi

31.01.2026

Bakı-Sumqayıt üzrə taksi qaydaları sərtləşdi - Sürücülər narazıdır-Video

31.01.2026

Onlayn sifariş edilən məhsullar niyə gecikir?

31.01.2026

ABŞ-ın enerji nəhənglərinin mənfəəti kəskin azaldı

31.01.2026

Milyonlarla yükləmədən sonra böyük eniş: "TikTok qatili" "ölür"

31.01.2026

Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib

31.01.2026

Sabahın hava proqnozu

31.01.2026

Keçmiş məmurun şirkətinə 5,6 milyonluq sifariş

31.01.2026

Məzənnə

Yüklənir...