Yeni rəhbər gələn kimi kadrları dəyişə bilərmi? - Ekspert

Redaktor

17.04.2025 17:15
425

Yeni rəhbər gələn kimi kadrları dəyişə bilərmi? - Ekspert

Rəhbər təyin olunan kimi bəzi idarəçilərin "öz kadrları" yada düşür. Gələndən bir müddət sonra görürük ki, şirkətdə əsas kadrları dəyişir, əvvəlki kadrlardan əsər-əlamət qalmır. Bəzən bu qınanılsa da, həmin şəxslər öz kadrları ilə daha yaxşı işləyə bildiklərini deyirlər. Bu, nə dərəcədə doğru yanaşmadır?

“SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant Anar Bayramov Valyuta.az-a bildirdi ki, bu kimi hallar iş yerlərində çox yaşanır: “Bəzən iş yerlərində rəhbər vəzifəyə təyin olunan biri deyir ki, mən öz kadrlarımla gələcəm. Gələn kimi araşdırmadan, baxmadan, müşahidə etmədən "təmizləmə əməliyyatı" aparır. Bu, əslində sağlam yanaşma deyil. Sağlam yanaşma odur ki, yeni rəhbər mövcud kadrlarla işləməyə üstünlük versin. Burada hörmətsizlik də var. Yəni, bu, səni rəhbər təyin edən şirkətə hörmətsizlik etməkdir. Çünki müşahidə etmədən, birlikdə işləmədən bilmək olmur. Bəlkə rəhbərin çıxarmaq istədiyi işçilər daha yaxşıdır, işlədikləri şirkətin iş strukturunu yaxşı bilirlər. Ola bilər ki, rəhbərin gətirdiyi işçilər şirkət üçün uyğun olmasın". 

Kəskin dəyişikliklər mənfi təsirə səbəb olur

A.Bayramovun sözlərinə görə, rəhbərin öz işçilərini gətirməsi sobotaj elementi ola bilər: “Bu o deməkdir ki, mən gələndə də öz komandamla gələcəm, çıxanda da öz komandamla çıxacam. Bu yaxşı hal deyil, sonradan şirkətə də mənfi təsirini göstərəcək. Rəhbər təyin olunan şəxs çalışmalıdır ki, şirkətdə mövcud kadrlarla işləsin. Eyni zamanda rəhbər şirkətin mühitini, koorperativ mədəniyyətini təzyiq altında saxlamamalıdır. Kəskin dəyişiklik etmək o deməkdir ki, şirkətin koorperativ mühitinə ciddi təsir edir və bir çox hallarda bu təsir mənfi olur. Şirkətin yenidən formalaşmasına, oturuşmasına xeyli müddət lazım olur. Ümumiyyətlə, dəyişikliyi tədricən etmək lazımdır ki, şirkət onu həzm eləsin. Kəskin dəyişikliklər bir çox hallarda mənfi təsirə səbəb olur".

Sərvanə Rəmixanova

Yeni rəhbər gələn kimi kadrları dəyişə bilərmi? - Ekspert

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda virtual kartların sayı 24 % artıb

12.03.2026

İrandan Azərbaycana gətirilən portağalda rəngləyici maddə aşkarlandı

12.03.2026

DVX-nin Baş İdarəsinə rəis və rəis müavini təyinatı oldu

12.03.2026

Azərbaycanın ödəniş bazarı iştirakçıları ötən il 63 milyard manatlıq əməliyyat aparıb

12.03.2026

AMB: Ötən il nağdsız ödənişlərin ümumi məbləği 100 milyard manata yaxın olub

12.03.2026

Alüminiumun qiyməti bahalaşdı

12.03.2026

Müharibə bazarlara zərbə vurur: Dollar möhkəmləndikcə qızıl ucuzlaşır

12.03.2026

Türkiyəyə 232 manata satdığımız məhsulu Rusiyaya 2544 manata satmışıq

12.03.2026

Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib ®

12.03.2026

"AzerGold" sədri özünə 10-cu müşavir təyin etdi - FOTO

12.03.2026

Süni intellekt startapı 550 milyon dollar investisiya alıb

12.03.2026

Dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə etməyənlər cərimələnəcəklər - MƏBLƏĞ

12.03.2026

Nazir müşavirlərindən birini vəzifəsindən azad etdi

12.03.2026

5 875 nəfər Azərbaycanda müvəqqəti yaşamaq üçün müraciət edib

12.03.2026

Azərbaycanda yenilik: Adamlar özlərinə könüllü kredit qadağası qoyacaqlar - DETALLAR

12.03.2026
“Kartla ödənişlərin artmasının vətəndaşlar üçün bir neçə faydası var”

“Kartla ödənişlərin artmasının vətəndaşlar üçün bir neçə faydası var”

12.03.2026

Sağalmaz xəstəliklərdən həyat sığortasında 3 dəfəyə yaxın artım olub

12.03.2026

DİN: Ən geniş yayılmış dələduzluq üsullarından biri süni intellektlə səsin təqlididir

12.03.2026

Şəxsin razılığı olmadan görüntüsündən süni intellektdə istifadə edilməsi həbsə səbəb olacaq

12.03.2026

Yeni cərimələr müəyyənləşir: Bəzi şəxslər 500 manatdan 1 500 manatadək cəzalandırıla bilərlər

12.03.2026

Məzənnə

Yüklənir...