Redaktor
Yanvarda dövlət büdcəsinin gəlir və xərcləri açıqlandı - Son illərin ən yüksək icra məbləği
2025-ci ilin yanvar ayında dövlət büdcəsinin gəlir və xərclərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
Valyuta.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Belə ki, yanvar ayında dövlət büdcəsinin gəlirləri 4.051,4 milyon manat təşkil edib ki, gəlirlərin icrası aylıq proqnozdan 91,3 milyon manat və ya 2,3 faiz çox olub. Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 2.259,9 milyon manat, Dövlət Gömrük Komitəsindən 487,2 milyon manat, Əmlak Məsələləri Dövlət Xidmətindən 3,3 milyon manat, Dövlət Neft Fondundan transfert isə 1.206,8 milyon manat təşkil edib. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 57,2 milyon manata, sair daxilolmalar isə 37 milyon manata bərabər olub.
Büdcə gəlirlərindəki dinamikaya uyğun olaraq xəzinədarlıq orqanları tərəfindən bütün xərc sifarişlərinin tam həcmdə və vaxtında icrası təmin olunub. Belə ki, yanvar ayında dövlət büdcəsinin xərcləri 2.339,6 milyon manat təşkil edib ki, bu da aylıq proqnozdan 12,5 milyon manat və ya 0,5 faiz çoxdur.
Beləliklə, cari ilin yanvar ayında rəsmi iş günlərinin sayının 18 olmasına baxmayaraq, büdcə xərcləri üzrə son illərin ən yüksək icra məbləği qeydə alınıb.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİlon Mask "OpenAI" və "Microsoft"dan 134 milyard dollar tələb edir
19.01.2026Orta aylıq əməkhaqqı min manatı keçən sahələr - SİYAHI
19.01.2026Azərbaycanda ən yuxarı və ən aşağı sürətli internet satan şirkətlər - SİYAHI
19.01.2026Bakı metrosunda iş saatı uzadılacaq
19.01.2026Avtobusla sərnişin daşımalarının həcmi artıb
19.01.2026“BYD Motors Baku” borca düşdü
19.01.2026Qeyri-sabit iqtisadiyyata baxmayaraq, kriptovalyutalara investisiya etməyin 4 səbəbi
19.01.2026Bakıda 10 avtobusun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
19.01.2026COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
19.01.2026Azərbaycan Prezidenti "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülüb
19.01.2026