Redaktor
Xarici ticarət dövriyyəsi 12 milyardı ötdü
2025-ci ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 12 milyard 48 milyon ABŞ dolları təşkil edib.
Valyuta.az rəsmi mənbələrə istinadən xəbər verir ki, açıqlanan rəqəmlərin 6 milyard 385 milyon ABŞ dollarını ixrac, 5 milyard 662 milyon ABŞ dollarını isə idxal təşkil edib.
Xarici ticarət saldosu isə 722 milyon ABŞ dolları təşkil edib. Açıqlanan statistik məlumata görə, ixracın xüsusi çəkisi 53%, idxalın xüsusi çəkisi isə 47% olaraq hesablanıb.
Qeyd edək ki, ötən ilin eyni dövründə xarici ticarət dövriyyəsi 9 milyard 695 milyon təşkil edib. Hesablamalara əsasən, bu ötən ilin eyni dövrü ilə müqayisədə 24,2% və ya 2 milyard 352 milyon ABŞ dolları dəyərində artım deməkdir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər