Vətəndaş “istismar yığımı” adlanan əlavə ödənişi etməlidir?

Redaktor

05.02.2025 15:16
431

Vətəndaş “istismar yığımı” adlanan əlavə ödənişi etməlidir?

Köhnə binalarda xüsusilə Stalinka layihəli binalarda yaşayan sakinlərdən Mənzil İstismar Sahələri tərəfindən zibil pulu ilə yanaşı “istismar yığımı” adlanan əlavə ödəniş tələb olunur. Bu ödəniş yalnız nağd şəkildə qəbul edilir, bank vasitəsilə ödənilmir.

Yəni vətəndaşlardan “istismar yığımı” adlanan əlavə ödənişin tələb olunması nə qədər doğrudur?

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Valyuta.az-a bildirib ki, Azərbaycanda mənzil idarəçiliyi ilə bağlı ciddi problemlər mövcuddur, qeyd edilən məsələ də bunun nəticəsindən biridir:

“Xüsusilə, Mənzil İstismar Sahələrinin (MİS) hüquqi statusunun qeyri-müəyyən olması və onların fəaliyyətinin qanunvericiliklə tənzimlənməməsi bu sahədə bir sıra suallar yaradır. Köhnə yaşayış fondlarının əksəriyyətində mənzil idarəçiliyi formaları müəyyən olunmayıb və seçilməyib. Nəticədə bu binaların idarə olunması təşkil edilmir. Hazırda isə bu funksiyanı “Mənzil İstismar Sahələri” adlanan qurumlar icra edir. Lakin əsas problem ondadır ki, yerli bələdiyyələr bu prosesə nəzarət etməyə maraq göstərmirlər. Onlar əsas diqqətlərini yalnız vergi yığımına, xüsusilə əmlak vergisinin toplanmasına yönəldiblər. Halbuki, qanunvericiliyə əsasən bələdiyyələr mənzil təsərrüfatı sahəsində də məsuliyyət daşımalıdırlar”.

R.Osmanlı digər ciddi problemin isə MİS-lərin yığdıqları vəsaitin şəffaf olmaması ilə bağlı olduğunu qeyd edib:

“Sakinlərdən müəyyən məbləğ toplanır, lakin bu vəsaitlərin hara və necə xərcləndiyi bəlli deyil. Çünki proses əsasən nağd şəkildə aparılır və toplanan məbləğin necə müəyyən edildiyi də aydın deyil. Bu problemlər təkcə "Stalinka" tipli binalara deyil, ümumiyyətlə, əksər köhnə yaşayış fondlarına aiddir”.

“Düşünürəm ki, qarşıdakı 3-4 il ərzində bu sahədə müəyyən islahatlar aparılacaq və problemlər tədricən həllini tapacaq. Bunun üçün ilk növbədə mənzil idarəçiliyinin hüquqi əsaslarının dəqiq müəyyən edilməsi, şəffaf idarəetmə mexanizmlərinin tətbiqi və yerli idarəetmə qurumlarının məsuliyyətinin artırılması vacibdir” – deyə ekspert bildirdi.

Maya Hüseynova

Vətəndaş “istismar yığımı” adlanan əlavə ödənişi etməlidir?

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycan "Microsoft"la Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib

11.02.2026

Azərbaycanda startapların maliyyələşməsi ilə bağlı qanun layihəsi hazırlanıb

11.02.2026

"Paramount" "Warner Bros."a görə 2,8 milyard dollar cərimə ödəməyə hazırdır

11.02.2026

"Temu" bağlamaları gömrükdə ilişib qalanlara ŞAD XƏBƏR – Çarəsi tapıldı

11.02.2026

İlham Əliyev: Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub

11.02.2026

İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib

11.02.2026

"Spotify”dan rekord artım: 2025-ci ildə 751 milyon istifadəçi

11.02.2026
İmtahana son gün hazırlaşan tələbə iş dünyasında problem yaşayacaq

İmtahana son gün hazırlaşan tələbə iş dünyasında problem yaşayacaq

11.02.2026

Fariz Babayevə yeni vəzifə verildi

11.02.2026

Əgər 2016-cı ildə Uorren Baffettin sərmayələrini izləsəydiniz, bu qədər varlanmış olardınız

11.02.2026

Dövlət mənzil fonduna aid binalar təmir olunacaq - 49 milyonluq layihə

11.02.2026

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb ®

11.02.2026

Dolları sürətlə mövqelərini itirir: Nə baş verir?

11.02.2026

"Barclays" işçiləri üçün 3 milyard dollar bonus ayırıb

11.02.2026

Ən çox şikayət edilən sığorta şirkətləri - SİYAHI

11.02.2026

“Klinikanın pasienti məhkəməyə verməsi bəzən imicə zərər vermir”

11.02.2026

Bu rayon və şəhərlərin pensiyaları artımlarla ödəniləcək

11.02.2026

İcra başçısının müavini işdən çıxdı

11.02.2026

AFB Bank gəlir və mənfəət hədəflərini açıqlayıb

11.02.2026

Nəriman ABŞ klubunda bu qədər maaş alacaq - AÇIQLANDI

11.02.2026

Məzənnə

Yüklənir...