Redaktor
TV-lərdə ayda 2 milyard saatdan çox “YouTube Shorts” izlənilir
"YouTube" istifadəçiləri ay ərzində televizorlarda 2 milyard saatdan çox "YouTube Shorts izləyir.
Valyuta.az xəbər verir ki, qısa videolar əsasən telefonlar üçün nəzərdə tutulsa da, artıq böyük ekranlarda da sürətlə populyarlaşır. Şirkətin məlumatına görə, “living room” adlandırılan TV izlənməsi "YouTube"un ən sürətlə böyüyən istiqamətlərindən birinə çevrilib.
"YouTube" rəsmiləri bildiriblər ki, izləyicilər artıq həm uzun videoları, həm podkastları, həm də qısa videoları televizorda izləməyə üstünlük verir. Platforma bu tendensiyanı gücləndirmək üçün Google TV-də “Sizin üçün qısa videolar” bölməsini istifadəyə verib.
Şirkətin məlumatına görə, təkcə ABŞ-də istifadəçilər gündəlik 200 milyon saatdan çox "YouTube" məzmunu izləyir.
"YouTube" həmçinin podkast izlənməsində də ciddi artım qeydə alıb. Belə ki, 2025-ci ildə istifadəçilər aylıq 700 milyon saatdan çox podkastı televizor cihazlarında izləyib. Bu göstərici 2024-cü ildə 400 milyon saat idi.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərHesablama Palatasına yeni səlahiyyət verilir
04.06.2026275 namizəd dövlət qulluğunda fəaliyyətini davam etdirmək üçün imtahan verəcək
04.06.2026“AzərGold” son 5 ildə 385,6 milyon manatlıq ixrac həyata keçirib
04.06.2026Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl və gübrə göndəriləcək
04.06.2026
20 ildir ABŞ-də yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi
04.06.2026Bu universitetin Məzun Günü satınalması ləğv edildi
04.06.2026“Azəralüminium” ixrac gəlirlərini 13,4 milyon dollar artırıb
04.06.2026Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü söküldü
04.06.2026