Redaktor
TikTok canlı yayımlardan pul qazanmaq üçün yeni qaydalar təqdim etdi
TikTok canlı yayımların monetizasiyasını tənzimləyən yeni qaydaları, həmçinin yayımçılara təhlükəsiz və müsbət canlı yayımlar yaratmağa kömək etmək üçün təhsil resurslarını təqdim edir.
Valyuta.az Trend-ə istinadən xəbər verir ki, mayın 23-dən etibarən TikTok platformasında istifadəçi təcrübəsini təkmilləşdirmək üçün yeni “Canlı Yayımdan Pul qazanma Qaydaları”, həmçinin, əlavə təlim resursları qüvvəyə minib.
Bu qaydalara əsasən, bəzi hallarda yayımçılar TikTok LIVE yayımları zamanı, məsələn, onların məzmunu aşağı keyfiyyətli və ya orijinal deyilsə, mükafat ala bilməyəcək. Bir çox yaradıcılar artıq bu qaydalara əməl etsə də, TikTok onları pozanları monetizasiya funksiyalarına girişdə mümkün məhdudiyyətlər barədə xəbərdar etməyə başlayacaq. Bununla belə, canlı yayımlar da daxil olmaqla, TikTok-da məqbul məzmun üçün əsas standartlar İcma Təlimatları və TikTok İstifadəçi Müqaviləsi ilə müəyyən edilməyə davam edəcək.
TikTok həmçinin yeni yayımçıların canlı yayımlara daxil olmasına imkan vermək üçün yanaşmasını təkmilləşdirir.
Platforma artıq yayımçılara ən ciddi tələblər qoyur: yaradıcıların yayım edə bilməsi üçün ən azı 18 yaşı olmalıdır və onların hesabları əlavə meyarlara cavab verməlidir. TikTok-da yeni yayımçılara platformanın qaydalarını öyrənməyə kifayət qədər vaxt vermək üçün tədricən monetizasiya xüsusiyyətlərinə çıxış əldə edəcəklər.
Bu addım yaradıcıların canlı yayımların aparılması qaydalarını öyrənməyə marağını artırmağa kömək edəcək. Onlara bunu etməkdə kömək etmək üçün TikTok həmçinin yeni resurs, Canlı Yayım Təhlükəsizliyi Mərkəzini işə salır, proqramın tətbiqdaxili LIVE təhsil mərkəzini yeniləyir, burada yaradıcılar qayda pozuntularına, eləcə də təhsil məzmununa baxa bilərlər.
“Əminik ki, bu yeniləmələr həm yayımçılar, həm də izləyicilər üçün daha müsbət və təhlükəsiz canlı yayım təcrübəsi təqdim etməyə kömək edəcək. Yayımçıların böyük əksəriyyəti artıq bizim təhlükəsizlik və monetizasiya qaydalarına əməl edir və biz TikTok-da canlı yayımların moderasiyası üçün resurslarımızı, alətlərimizi və proseslərimizi təkmilləşdirməyə davam edəcəyik”, - deyə TikTok-dan şərh edilib.
Bu yeniləmələr TikTok-un canlı yayım təhlükəsizliyini gücləndirmək və məzmun keyfiyyətini qorumaq üçün davamlı investisiyasının bir hissəsidir. Xüsusi komandalar və canlı monitorinq modelləri də daxil olmaqla, istifadəçilərin təhlükəsizliyini təmin etmək üçün bütün dünyada 40 000-dən çox insan, eləcə də ən innovativ texnologiyalar işə cəlb olunub. TikTok xüsusi olaraq yayımçılar üçün 10-dan çox təhlükəsizlik aləti, həmçinin izləyicilərə baxış təcrübələrini fərdiləşdirməyə kömək edən funksiyalar təklif edir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır
13.03.2026Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti
13.03.2026Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür
13.03.2026AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
13.03.2026Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13.03.2026"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq
13.03.2026"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı
13.03.2026Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13.03.2026Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ
13.03.2026"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri
13.03.2026Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb
13.03.2026Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®
13.03.20261 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır
13.03.2026"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı
13.03.2026
Regionlar üzrə kredit faizləri - İllik müqayisə
13.03.2026“Sunday” startapı 165 milyon dollar investisiya alıb
13.03.2026Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub
13.03.2026"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır
13.03.2026