Tibb işçiləri arasında özəl və dövlət fərqi olmayacaq

Redaktor

29.04.2025 15:22
327

Tibb işçiləri arasında özəl və dövlət fərqi olmayacaq

Səhiyyə Nazirliyi iki ildən artıqdır ki, bu layihələri hazırlayıb və aidiyyəti qurumlarla razılaşdırıb.

Bunu Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunların müzakirəsi zamanı bildirib.

"Həqiqətən tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə əvvəllər 5 ildən bir  dövri olaraq imtahan cəlb olunurdularsa, indi yeni – davamlı peşəkar inkişaf şəklində yanaşma təklif olunur”,-o deyib.

Səhiyyə Nazirliyinin rəsmisi 5 ildən bir dövri imtahan tibb mütəxəssiləri, həkimlər, orta tibb işçiləri, həm də əczaçılara şamil olunmasının əhəmiyyətindən də danışıb:

" Bu da ona imkan verəcək ki, onlar öz bilik və bacarıqlarını təkmilləşdirəcəklər. Sertifkasiya imtahanın qaydalarında da, test suallarının özündə də dəyişiklik olunacaq. Sualların yenilənməsi, onların mürəkkəblik dərəcəsinə görə sadə, orta və mürəkkəbə ayrılması baxımından da təkmilləşmə olacaq.

Kreditlərlə bağlı isə, tədris və elmi tədbirlərin akkreditasiyasını Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası həyata keçirəcək. Bundan başqa, davamlı peşəkar inkişaf tədbirlərinin  akkreditasiya qaydasını və davamlı peşəkar inkişaf tədbirlərinin kredit ekivalentlərinin təsdiqlənməsi üçün tələblər də Səhiyyə Nazirliyi tərəfindən hazırlanaraq təsdiq olunacaq. Tibb işçilərinin kredit ekvivalenti çox fərqli olacaq. Məsələn, elmi fəaliyyətlə bağlı kredit ekvivalenti daha yüksəkdir. Özəl və dövlət sektorunda fərqlənmə olmayacaq, bütün tibb mütəxəssislərinə şamil olunacaq”.

©modern.az

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycana düyü idxalı azalıb

28.03.2026

Novruzdan sonra əl yandıran qiymətlər: Çərəzlər ucuzlaşmadı - VİDEO

28.03.2026

​Aprelin 1-dən yeni cərimə qüvvəyə minir

28.03.2026

Bu gün işıqlar bir saatlıq söndürüləcək

28.03.2026

Varlanmağın gizli qalan 8 qaydası

28.03.2026

Torpaq almaq istəyənlərin nəzərinə - Kəskin bahalaşacaq

28.03.2026

Azərbaycandan Rusiyaya ixrac artıb

28.03.2026

Azərbaycana əczaçılıq məhsullarının idxalı azalıb, ixracı isə artıb

28.03.2026

Avropada enerji və yanacaq çatışmazlığı riski artır

28.03.2026

"Volkswagen" "Rivian"a əlavə 1 milyard dollar investisiya edir

28.03.2026

Bəhreyn və Küveytin hava məkanı 29 gündür bağlıdır

28.03.2026

Azərbaycan nefti bahalaşmaqda davam edir

28.03.2026

Azərbaycanda gümüş istehsalı azalıb, ehtiyatlar açıqlanıb

28.03.2026

ADY: Qatarların qrafikində qismən kənara çıxma halları ola bilər

28.03.2026

Nadir "Ferrari Enzo" satışa çıxarılır - Qiyməti məlum oldu

28.03.2026

Qəribə ideyalarla pul qazanan 8 fərqli insan - SƏHƏR OXUSU

28.03.2026

"Google Translate"in real vaxt tərcümə funksiyası genişləndirilir

27.03.2026

Yalnız biznes-klass xidmətləri təqdim edən lüks hava yolu şirkəti Maldivlərə yeni reyslər açır

27.03.2026
"Wikipedia" süni intellektlə yazılan məqalələri qadağan edir

"Wikipedia" süni intellektlə yazılan məqalələri qadağan edir

27.03.2026

Dünya Bankı Yaxın Şərqdəki münaqişənin iqtisadi təsirlərinə genişmiqyaslı cavab planı hazırlayır

27.03.2026

Məzənnə

Yüklənir...