Redaktor
“Tesla”nın keçmiş rəhbəri yeni startap yaradıb
“Tesla” şirkətinin keçmiş rəhbərlərindən biri və “Heron Power” şirkətinin baş icraçı direktoru Dryu Baqlino yeni istilik nasosu startapı yaradıb. “TechCrunch”ın yaydığı məlumata görə, “Sadi Thermal Machines” adlı şirkət 2025-ci ilin iyun ayında təsis olunub.
Şirkət Kaliforniyanın Skotts Velli şəhərində yerləşir və Baqlinonun digər startapı olan “Heron Power” ilə eyni qərargahı bölüşür. Mənbələrin bildirdiyinə görə, yeni şirkətdə bir sıra keçmiş “Tesla” əməkdaşları da çalışır.
Valyuta.az xəbər verir ki, “TechCrunch” Delaver və Kaliforniyada qeydiyyata alınmış sənədləri araşdıraraq şirkətin fəaliyyətini təsdiqləyib. “Sadi Thermal Machines” adı isə müasir termodinamikanın əsasını qoyan fransız fiziki Nikola Leonard Sadi Karnoya istinad hesab olunur.
Dryu Baqlino “Tesla”da təxminən 20 il fəaliyyət göstərib. O, şirkətin ilk “Roadster” modelindən “Powerwall” və “Powerpack” enerji saxlama sistemlərinə qədər bir çox layihənin hazırlanmasında iştirak edib. 2024-cü ildə şirkətdən ayrılan Baqlino son olaraq baş vitse-prezident vəzifəsini tuturdu və “Tesla”nın enerji texnologiyalarının inkişafına rəhbərlik edirdi.
Baqlino həmçinin “Tesla”nın istilik idarəetmə sistemləri üzərində çalışan əsas mühəndislərdən biri olub. O, batareya və ötürücü sistemlərin soyudulmasını təmin edən iki dövrəli istilik idarəetmə texnologiyası üzrə patent müəlliflərindən biri kimi qeyd olunur.
Bu texnologiya sonradan “Tesla”nın “Model Y” avtomobilində istifadə edilən “octovalve” sisteminin əsasını təşkil edib. Həmin sistem avtomobilin salonunun, batareyalarının və mühərriklərinin temperaturunu vahid istilik nasosu vasitəsilə idarə edir.
“Tesla” rəhbərliyi daha əvvəl yaşayış və kommersiya obyektləri üçün istilik nasosu hazırlamaq planlarını da müzakirə etmişdi. 2022-ci ildə keçirilən maliyyə hesabatı konfransında Dryu Baqlino və şirkətin baş direktoru İlon Mask bu istiqamətin “Tesla”nın dayanıqlı enerjiyə keçid missiyası ilə uyğun olduğunu bildirmişdilər.
Lakin şirkət indiyədək yaşayış üçün HVAC və ya su qızdırma sistemi təqdim etməyib. Yeni yaradılan “Sadi Thermal Machines” startapının isə Baqlinonun bu sahədəki planlarını reallaşdırmaq məqsədi daşıdığı ehtimal olunur.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTramvay xətləri dövlət mülkiyyətində olacaq
04.06.2026Pay torpaqları birləşdirilir - Azərbaycanda ilk
04.06.2026Mopedlərlə bağlı yeni QAYDA
04.06.2026"Bank Respublika"nın Premium debet kartları neçəyədir? - Qiymətlər və şərtlər
04.06.2026Hesablama Palatasına yeni səlahiyyət verilir
04.06.2026275 namizəd dövlət qulluğunda fəaliyyətini davam etdirmək üçün imtahan verəcək
04.06.2026“AzərGold” son 5 ildə 385,6 milyon manatlıq ixrac həyata keçirib
04.06.2026Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl və gübrə göndəriləcək
04.06.2026
20 ildir ABŞ-də yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi
04.06.2026Bu universitetin Məzun Günü satınalması ləğv edildi
04.06.2026“Azəralüminium” ixrac gəlirlərini 13,4 milyon dollar artırıb
04.06.2026Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü söküldü
04.06.2026