Redaktor
Ötən il dövlət büdcəsində yarım mlrd. manatdan çox kəsir yaranıb
2024-cü ildə dövlət büdcəsində 555,5 mln. manat kəsir (defisit) yaranıb.
Valyuta.Az rəsmi mənbələrə istinadən xəbər verir ki, ötən il dövlət büdcəsinin gəlirləri 37 mlrd. 164,2 mln. manat, xərcləri 37 mlrd. 719,7 mln. manat olub.
2024-cü ilin dövlət büdcəsinin gəlirlərinin
- 15 mlrd. 808 mln. manatı vergi və rüsumlar üzrə daxilolmalarının;
- 12 mlrd. 781 mln. manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin;
- 6 mlrd. 648,7 mln. manatı gömrük rüsumları və idxala görə vergi daxilolmalarının;
- 547,9 mln. manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların;
- 250 mln. manatı Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından daxilolmaların;
- 37,6 mln. manatı dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların;
- 1 mlrd. 21,1 mln. manatı sair daxilolmaların;
- 69,9 mln. manatı məqsədli büdcə fondları üzrə daxilolmaların payına düşüb.
2024-cü il dövlət büdcəsi xərclərinin
- 21 mlrd. 800,3 mln. manatı cari xərclərə;
- 14 mlrd. 623,8 mln. manatı əsaslı xərclərə;
- 1 mlrd. 295,6 mln. manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldilib.
Bundan əlavə 2024-cü il üzrə funksional təsnifata müvafiq olaraq
- iqtisadi fəaliyyət xərcləri 9 mlrd. 701,2 mln. manat
- səhiyyə xərcləri 1 mlrd. 827,5 mln. manat
- təhsil xərcləri 4 mlrd. 390,1 mln. manat
- ətraf mühitin mühafizəsi xərcləri 361,9 mln. manat
- mənzil və kommunal təsərrüfatı xərcləri 319,5 mln. manat
- müdafiə və milli təhlükəsizlik xərcləri 6 mlrd. 563,6 mln. manat
- sosial müdafiə və sosial təminat xərcləri 4 mlrd. 151,3 mln. manat
- məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 2 mlrd. 809,8 mln. manat
- kənd təsərrüfatı xərcləri 1 mlrd. 102,1 mln. manat
- ümumi dövlət xidmətləri xərcləri 4 mld. 115,2 mln. manat
- əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 1 mlrd. 880,4 mln. manat
- mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 497,1 mln. manat təşkil edib.
2025-ci ildə dövlət büdcəsinin kəsiri 3 mlrd. 51,6 mln. manat proqnozlaşdırılır ki, bunun da 2 mlrd. 672,3 mln. manatının borclanma, 250 mln. manatının vahid xəzinə hesabının qalığı, 110 mln. manatının özəlləşmədən daxilolmalar və 19,3 mln. manatının məqsədli büdcə fondlarının vəsaitinin qalığı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
Rəhim
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏliağa Əzizov rəis müavini təyin olundu
13.01.2026Sponsorluq biznesə nə qazandırır?
13.01.2026Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin ®
13.01.2026Bu avtobuslarda gedişhaqqı artdı
13.01.2026ABB-nin İdarə Heyətinə yeni üzv seçildi
13.01.2026Nazir generalı təqaüdə göndərdi
13.01.2026"Lukoil"un qlobal aktivlərinin alışı üçün şirkətlər mübarizədə
13.01.2026
Xarici valyutada ən baha kreditlərin verildiyi 10 İQTİSADİ RAYON
13.01.2026Daha 9 startap vergidən azad olundu
13.01.2026Nazirliyin 5 milyon ödədiyi minlərlə mal-qara "yoxa çıxıb"
13.01.2026İşçilərin şikayət etdiyi "Grab Star"ın keçmiş direktoru cərimələndi
13.01.2026Azərbaycanda lüks avtomobil şirkəti kapitalını 16,5 milyon manat azaldıb
13.01.2026İlham Əliyev Ağdərənin Çapar kəndində görülmüş işlərlə tanış olub
13.01.2026İlham Əliyev Ağdərənin Heyvalı kəndində görülmüş işlərlə tanış olub
13.01.2026