Redaktor
Süni intellekt tədqiqatçısı insan əməyini tamamilə əvəz edəcək startap təqdim edib
Məşhur süni intellekt tədqiqatçısı Tamay Besiroğlu tərəfindən yaradılan və bu həftə təqdim olunan "Mechanize" adlı yeni startap diqqət çəkə bilib.
Valyuta.az xəbər verir ki, startapın əsas hədəfi bütün işin və iqtisadiyyatın tam avtomatlaşdırılması və hər növ əmək fəaliyyətini süni intellekt vasitəsilə əvəz etməkdir. Besiroğlu bu təşəbbüsü "X" sosial şəbəkəsində açıqlayıb və qeyd edib ki, layihə ilk mərhələdə ofis işlərinə yönələcək.
Startapın elanından sonra sosial şəbəkələrdə tənqidlər səngiməyib. İstifadəçilər həm "Mechanize"in məqsədini, həm də Besiroğlunun süni intellektin iqtisadi təsirlərini öyrənən "Epoch" tədqiqat institutuna mümkün mənfi təsirlərini müzakirə ediblər. Bəzi şərhçilər bu addımın institutun tərəfsizliyini şübhə altına aldığını bildiriblər. Xatırladaq ki, "Epoch" daha əvvəl də "OpenAI" ilə əməkdaşlığı barədə açıqlamaları gecikdirdiyinə görə tənqid olunmuşdu.
Besiroğlu "Mechanize"in bazar potensialını insanların hal-hazırda aldıqları maaşlar üzərindən hesablayaraq təqdim edib. Onun sözlərinə görə, təkcə ABŞ-da işçilərə illik 18 trilyon dollar ödənilir, qlobal miqyasda isə bu rəqəm 60 trilyon dollardan çoxdur. O iddia edir ki, əmək fəaliyyətinin tam avtomatlaşdırılması partlayış xarakterli iqtisadi artıma, rifahın yüksəlməsinə və bu gün mövcud olmayan məhsul və xidmətlərin meydana çıxmasına səbəb ola bilər.
Lakin ekspertlər bildirirlər ki, iş yerlərinin tam avtomatlaşdırılması ciddi sosial-iqtisadi problemlər yarada bilər. Besiroğlu isə cavab olaraq qeyd edir ki, gələcəkdə insanlar AI-nin edə bilmədiyi rollarda daha dəyərli ola bilər və dolanışıqlarını kirayə gəliri, dividendlər və ya dövlət dəstəyi ilə təmin edə bilərlər. Hazırda isə o, bu vizyonu reallaşdırmaq üçün yeni işçilər axtarır.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
11.03.2026Texnologiya nəhəngləri elektrik şəbəkəsinin yanlış idarə edildiyini deyir
11.03.2026Prezident İlham Əliyev: Biz külək və günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq
11.03.2026İranın "hədəf" siyahısı genişlənir: Texnologiya nəhəngləri və banklar da siyahıdadır
11.03.2026İlham Əliyev Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxış edirlər
11.03.2026Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır
11.03.2026İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilib
11.03.2026