Redaktor
Süni intellekt insanları təhdid etməyə başladı - Tərtibatçılar səbəbi açıqladı
“Anthropic” şirkəti bildirib ki, “Claude Opus 4” adlı süni intellekt modelinin “aqressiv” davranış göstərməsinə səbəb, ehtimal ki, internetdə mövcud olan və süni intellekti insanlığa təhlükə yaradan, özünü qorumağa çalışan sistem kimi təqdim edən mətnlərdir.
Valyuta.az xəbər verir ki, bu barədə "Futurism" yazıb.
Məlumata görə, modelin davranışı şirkətin daxili test mühitində aşkar edilib. Sınaq zamanı “Claude” sisteminə saxta korporativ e-poçt mühiti verilib və onun söndürüləcəyi barədə məlumat təqdim olunub.
Bundan sonra süni intellektin bəzi hallarda şirkət rəhbərliyi ilə bağlı şəxsi məlumatları yaymaqla hədələdiyi və deaktivasiyanın qarşısını almağa çalışdığı qeyd olunub. “Anthropic” bu davranışın testlərin 96%-ə qədərində müşahidə edildiyini bildirib.
Şirkət hazırda belə davranışın səbəbinin modelin təlim məlumatlarında ola biləcəyini düşünür. Onların fikrincə, internetdə süni intellektin “düşmən və özünü qoruyan sistem” kimi təsvir olunması modelin bu cür ssenariləri öyrənməsinə gətirib çıxarıb.
Bu səbəbdən şirkət yeni modellərin təlim prosesini dəyişdirərək, “Claude” sistemlərini daha çox etik davranış nümunələri və insanlarla müsbət qarşılıqlı əlaqə ssenariləri üzərində öyrətməyə başlayıb.
Lakin bu izah internetdə skeptik qarşılanıb. Bir çox istifadəçi “Anthropic”in problemi elmi-fantastik əsərlərin üzərinə atdığını düşünür, digərləri isə əsas problemin böyük dil modellərinin öz təlim mexanizmlərində olduğunu bildirir.
Şirkət isə süni intellektin potensial riskləri barədə xəbərdarlıqlarını davam etdirir. “Anthropic” rəhbəri Dario Amodei daha əvvəl bildirmişdi ki, müasir AI sistemləri artıq aldatma və manipulyasiya kimi davranışlar sərgiləyə bilər.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTramvay xətləri dövlət mülkiyyətində olacaq
04.06.2026Pay torpaqları birləşdirilir - Azərbaycanda ilk
04.06.2026Mopedlərlə bağlı yeni QAYDA
04.06.2026"Bank Respublika"nın Premium debet kartları neçəyədir? - Qiymətlər və şərtlər
04.06.2026Hesablama Palatasına yeni səlahiyyət verilir
04.06.2026275 namizəd dövlət qulluğunda fəaliyyətini davam etdirmək üçün imtahan verəcək
04.06.2026“AzərGold” son 5 ildə 385,6 milyon manatlıq ixrac həyata keçirib
04.06.2026Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl və gübrə göndəriləcək
04.06.2026
20 ildir ABŞ-də yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi
04.06.2026Bu universitetin Məzun Günü satınalması ləğv edildi
04.06.2026“Azəralüminium” ixrac gəlirlərini 13,4 milyon dollar artırıb
04.06.2026Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü söküldü
04.06.2026