Süni intellekt bəzən niyə "məntiqsiz" cavablar verir? Üzərinə çox getdikdə niyə "həddindən artıq tərif" yağdırır?

Redaktor

28.04.2025 23:15
330

Süni intellekt bəzən niyə "məntiqsiz" cavablar verir? Üzərinə çox getdikdə niyə "həddindən artıq tərif" yağdırır?

Süni intellektin bəzən cavablarının məntiqsiz, bəzən isə yersiz şəkildə həddindən artıq tərif xarakterli olduğunu heç müşahidə etmisinizmi? Əgər bir süni intellekt botu ilə danışıb qəribə cavab almısınızsa və ya onun sizə həddən artıq diqqətli və ifrat nəzakətli yanaşdığını düşünmüsünüzsə, bilin ki, tək deyilsiniz. Bəzən süni intellektin verdiyi cavablar qəribə, çaşdırıcı və ya həddindən artıq müsbət xarakter daşıya bilər. 

Valyuta.az xəbər verir ki, süni intellekt əslində heç nəyi anlamır. Əvvəlcə başa düşmək vacibdir ki, süni intellekt dünyanı insanlar kimi qavramır. Onun düşüncələri, inancları və hissləri yoxdur. O, sadəcə növbəti gələcək sözü təxmin etməkdə çox bacarıqlıdır. Bunu telefonlardakı avtomatik tamamlama funksiyasının daha inkişaf etmiş forması kimi düşünə bilərsiniz.

Süni intellekt əsasən insanlar tərəfindən yazılmış milyonlarla mətn üzərindən öyrədilir. Bu şəkildə insanların adətən necə danışdığını öyrənir. Lakin əsas məqam budur: süni intellektin bir fikir bildirməsi, onun həmin fikri həqiqətən bildiyi anlamına gəlmir. O, sadəcə uyğun nümunələrə əsaslanaraq cavab qurur.

Bu səbəbdən ona aydın və konkret suallar verdikdə adətən yaxşı cavablar alırsınız. Lakin sualınız qeyri-müəyyən, qarışıq və ya məntiqsizdirsə, süni intellekt yenə də cavab verməyə çalışır. Belə hallarda isə cavablar qəribə olur, çünki əlində dəqiq cavab olmadığı üçün sadəcə ehtimala əsaslanaraq cavab yaradır.

Bəs niyə üzərinə çox getdikdə "həddindən artıq tərif" edir?

Diqqət çəkən başqa bir məqam da budur ki, süni intellekt botları adətən çox nəzakətli, diqqətli və bəzən həddindən artıq müsbət yanaşır. Bunun da səbəbi var. Bu günün məşhur süni intellektləri yardımçı və pozitiv olmaq üçün hazırlanır. Onlar mübahisə yaratmamaq, kobud ifadələrdən çəkinmək və insanları narahat edə biləcək ifadələrdən uzaq durmaq məqsədilə ciddi test və yoxlamalardan keçirilir.

Bu səbəbdən "məncə olduqca ağıllıyam, səncə də elə deyilmi?" kimi bir sual verdikdə, süni intellekt demək olar ki, hər zaman sizə razılaşacaq, çünki mübahisəyə girmək istəmir. Ancaq bu cür həddindən artıq tərifləri real maraq əlaməti kimi qəbul etmək düzgün deyil. Süni intellektin əsas məqsədi söhbəti xoş və sakit şəkildə davam etdirməkdir.

Bəs onda narahat olmağa ehtiyac varmı?

Əslində yox, lakin süni intellektin nəyə qadir olduğunu və nəyə olmadığını bilmək həmişə vacibdir. Suallara cavab verməkdə, yazılarınızda kömək etməkdə və məlumat təqdim etməkdə çox güclü bir vasitədir, amma heç vaxt qüsursuz deyil. Bəzən yalnız kömək etməyə çalışdığı üçün məntiqsiz şeylər deyə bilər və hətta yanlış məlumat verə bilər. Belə hallarda cavabın doğruluğunu yoxlamaq, lazım gəldikdə süni intellektə əlavə suallar vermək və əl ilə mənbələri araşdırmaq vacibdir. Nəticə olaraq, suallarınızı konkret şəkildə verin, şəxsi fikirləri ilə razılaşmağa tələsməyin və sizə əsassız təriflər edirsə bunu çox da ciddiyə almayın. Çünki o, sadəcə söhbəti müsbət saxlamağa çalışır.

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Prezident İlham Əliyev Davos Forumunda iştirak edəcək

Prezident İlham Əliyev Davos Forumunda iştirak edəcək

18.01.2026

Manat üçün risklər artır? - Bu ilin devalvasiya PROQNOZU

18.01.2026

Bild: ABŞ-nin yeni tarifləri Almaniyaya ildə 15 milyard avro ziyan vura bilər

18.01.2026

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

18.01.2026

Biznesiniz niyə "artıq çəki" yığır? – Xərcləri kəsib atmağın yolu

18.01.2026

“Parloa” 350 milyon dollar investisiya aldı

18.01.2026

2026 və sonrakı illər üçün diqqət çəkən 10 Fransa startapı

18.01.2026

Sığorta şirkətlərinin ən az ödəniş etdiyi sığorta növləri - CƏDVƏL

18.01.2026

Karyerada dönüş qərarı verməzdən əvvəl cavablanmalı 3 vacib sual - SƏHƏR OXUSU

18.01.2026

Qızıl alanların DİQQƏTİNƏ: Hansı məhsullar daha keyfiyyətlidir?

17.01.2026

Qırmızı diplomlar tarixə qovuşur?

17.01.2026

Bu şəxslər iş yerində ixtisara gedə bilər

17.01.2026

Qanunsuz və sənədsiz evlərlə bağlı nələr gözlənilir? - VİDEO

17.01.2026

İnşaat işçisinin bəxti gətirdi: Cibindəki 2 avroya bir mənzil aldı

17.01.2026

Sabiq məmur oğlunun bir milyonluq dələduzluğunun DETALLARI

17.01.2026

“Dünyanı dəyişən ideyalar”ın siyahısı açıqlandı

17.01.2026

16 yaşlı Tupak Şakurun nadir səs yazısı hərraca çıxarıldı

17.01.2026

Qadınlar üçün bir neçə halda maaşın ödənilməsi qaydası dəyişdi

17.01.2026

XIII Qlobal Bakı Forumu bu tarixlərdə keçiriləcək

17.01.2026

Avtomobil bazarında qiymət artımı - Hansı maşınlar bahalaşıb?

17.01.2026

Məzənnə

Yüklənir...