Süni intellekt 2026-da bütün qaydaları dəyişəcək

Redaktor

10.12.2025 18:38
706

Süni intellekt 2026-da bütün qaydaları dəyişəcək

Texnologiyaların sürətlə irəliləməsi və süni zəkanın gündəlik iş proseslərinin mərkəzinə yerləşməsi rəqəmsal marketinq dünyasında köklü dəyişikliklərə səbəb olur. 

Valyuta.az xəbər verir ki, son illərdə təməli qoyulan bir çox rəqəmsal texnologiyanın 2026-cı ildə yetkinləşməsi ilə hiperşəxsiləşdirmə, avtonom marketinq sistemləri və duyğu yönümlü reklamcılıq əsas trendlər kimi ön plana çıxır.

"Ajans Dijital Kalem"in məlumatına görə, süni intellekt modelləri 2026-cı ildən etibarən yalnız məlumatı təhlil edən strukturlar olmaqdan çıxaraq kampaniyanı dizayn edən, variasiyalarını hazırlayan, test edən və optimallaşdıran tam avtonom sistemlərə çevrilir. Bu sistemlər istifadəçi davranışını və satınalma niyyətini real vaxtda oxuyaraq reklam büdcələrini saniyələr içində düzgün kanallara yönləndirir. Kampaniya vizuallarını və ya hədəfləməni anlıq performansa uyğun şəkildə avtomatik dəyişə bilən bu mexanizmlər effektivliyi artırır.

Mütəxəssislər bildirirlər ki, əvvəllər məlumat marketinqi idarə edirdisə, bu gün marketinqi tamamilə avtonom sistemlər yönləndirir.

2026-cı ildə ən böyük sıçrayış istifadəçinin nə etdiyinə deyil, nə hiss etdiyinə fokuslanmaq olacaq. Demoqrafik hədəfləməni geridə qoyan emosional analiz modelləri istifadəçinin əhvalını rəqəmsal davranış siqnallarından müəyyən edir. Bununla, istifadəçinin həmin andakı emosiyasına uyğun məzmun göstərilərək reklamın təsir gücü artırılır.

Bununla yanaşı, XR+ texnologiyası brendlərin təcrübə yönümlü marketinqdə yeni mərhələyə keçməsinə imkan yaradır. Artıq virtual reallıq dokunsal titrəyişlər, məkan səsi və hətta qoxu simulyasiyası ilə dəstəklənir.

Çərəzsiz internet dövrünün güclənməsi ilə brendlər istifadəçinin könüllü təqdim etdiyi məlumatı ağıllı saatlar və geyilə bilən texnologiyalardan gələn biometrik siqnallarla birləşdirməyə başlayıb. Bu isə kampaniyaların istifadəçinin real vaxt ehtiyaclarına görə yenilənən hiperşəxsiləşdirilmiş modellərə çevrildiyi anlamına gəlir.

Bundan başqa, geniş auditoriyaya yönələn kütləvi kommunikasiya öz yerini daha kiçik, lakin yüksək bağlılığa malik nano-icmalara hədəflənmiş strategiyalara verir. Bu icmalar brendlərə xüsusi məzmunlar və təcrübə əsaslı tədbirlər vasitəsilə daha dərin bağlar qurmağa imkan yaradır. Mütəxəssislərə görə, artıq səmimiyyət məlumatla sübut edilməlidir və qərarlarını məlumat əsasında verən brendlər üstünlük qazanır.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Meta"nın yeni AI bazası Hindistanda qurulur

10.06.2026

Aİ böyük dəyişikliyə hazırlaşır: İstehlakçılar və biznesin işi çətinləşəcək

10.06.2026

AMD-dən 2 milyard funt-sterlinqlik investisiya qərarı

10.06.2026

İlon Mask Mars planına görə 1 milyard "SpaceX" səhmi qazana bilər

10.06.2026

Yaxın Şərqdəki müharibə aviasiya sənayesinə 100 milyard dollar zərər vuracaq

10.06.2026

DİM ixtisar olunan dövlət qulluqçularının anoloji vəzifələrə təyinatı üçün tədbirlər görəcək - FƏRMAN

10.06.2026

Azərbaycanda İnstitut ləğv edilir

10.06.2026

"Vətəndaşların müraciətləri haqqında" Qanuna dəyişiklik edilib

10.06.2026

Xidmətlərdən məmnun turistlərin sayı 41 min nəfər azalıb

10.06.2026

Azərbaycanda gələn ildən "İndi al, sonra ödə" xidməti tətbiq edilə bilər

10.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verilib

10.06.2026

Ən çox şikayət olunan sığorta şirkətləri açıqlandı - SİYAHI

10.06.2026

Azərbaycanda ən çox şikayət olunan 5 bank - SİYAHI

10.06.2026

“Aqrarkredit”in balansındakı 4 milyonluq obyekt hərraca çıxarılır

10.06.2026

Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər ®

10.06.2026

Edqar Abdullayev: "Azərbaycanda fintexlər 2-3 il ərzində bankları geridə qoya bilər"

10.06.2026

Bit bazarında elektrik alətləri satırdı, indi 15 min istifadəçisi olan startap qurub

10.06.2026

AMB banklar üçün yeni indikatorlar hazırlayacaq

10.06.2026

Sosial şəbəkələrdə yaşın təsdiqi üçün bank kartı tələb olunacaq

10.06.2026

Vüqar Behbudov direktoru işdən çıxardı - Yeni təyinat

10.06.2026

Məzənnə

Yüklənir...