Redaktor
Startaplara investisiya edərkən investorlar nəyə baxır? - SƏHƏR OXUSU
Startap investisiyası yüksək gəlir vədi ilə yanaşı, ciddi risklər də daşıyır. Buna görə peşəkar investorlar qərar verərkən təkcə ideyaya yox, bütöv sistemə baxırlar.
Valyuta.az investorların startap seçərkən diqqət yetirdiyi əsas amilləri təqdim edir:
İdeya yox, həll olunan problem vacibdir
İlk baxılan məsələ startapın hansı problemi həll etməsidir. Problem real deyilsə, ideya nə qədər maraqlı olsa da, biznesə çevrilməsi çətin olur. Investor üçün əsas meyar bazarın bu həllə həqiqətən ehtiyac duyub-duymamasıdır.
Təsisçi hər şeydən önəmlidir
Bir çox investor “ideyaya yox, insana yatırım edir”. Çünki ideya dəyişə bilər, amma təsisçinin qərarvermə bacarığı, stresə davamlılığı, icra intizamı startapın taleyini müəyyən edir. Güclü təsisçi zəif ideyanı düzəldə bilər, amma zəif təsisçi güclü ideyanı da məhv edə bilər.
Komanda yoxdursa, risk var
Tək adam üzərində qurulan startaplar adətən dayanıqlı olmur. İnvestorlar balanslı, bir-birini tamamlayan və məsuliyyəti paylaşan komandalara üstünlük verirlər. Çünki böyümə mərhələsində yük tək nəfərin üzərində qala bilməz.
Bazar kiçikdirsə, qazanc da məhduddur
Hətta yaxşı məhsul belə kiçik bazarda böyük gəlir yarada bilməz. Buna görə investorlar bazarın ölçüsünə, artım potensialına, rəqabət səviyyəsinə xüsusi diqqət yetirir.
Pul hara xərclənəcək?
Startap investisiya cəlb edirsə, bu vəsaitin məhsul inkişafına, satışa, komanda quruculuğuna necə yönəldiləcəyi əvvəlcədən aydın olmalıdır. Plansız xərcləmə investor üçün “qırmızı siqnal” sayılır.
Sürət yox, davamlılıq önəmlidir
Sürətli böyümə həmişə üstünlük deyil. Xərclər gəlirdən sürətlə artırsa, bu uzunmüddətli risk yaradır. Investorlar “burn rate” göstəricisinə xüsusi diqqət yetirir.
Bu yatırım nə vaxt geri qayıda bilər?
Startap investisiyası səbr tələb edir. Çox vaxt 5 il, bəzən daha uzun gözləmə normal sayılır. Qısa müddətdə gəlir gözləyən investorlar üçün startap uyğun seçim deyil.
Tək startapa yox, portfelə yatırım
Peşəkar investorlar riski bölmək üçün bir yox, bir neçə startapa yatırım edirlər. Çünki startap dünyasında uğur ehtimalı statistikadır, zəmanət yox.
Çıxış planı əvvəlcədən bilinməlidir
İnvestor investisiyaya girərkən bilməlidir: Bu biznesi nə vaxt sata bilər? Alıcı kim ola bilər? Çıxış strategiyası olmayan investisiya kor riskdir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Azərpoçt”un keçmiş əməkdaşına “PASHA Bank”da vəzifə verildi
04.03.2026Prezident onları təltif edib
04.03.2026Fərid Bağırzadə nazir təyin olundu
04.03.2026Maliyyə institutlarının depozitləri 1 milyard manatdan çox artıb
04.03.2026ADY-nin departament müdiri işdən çıxdı
04.03.2026Azərbaycanda pambıq lifi ixracı 2 milyon dollar artıb
04.03.2026Azərbaycanda ən çox istehsal olunan neft məhsulları - SİYAHI
04.03.2026"Apple" ucuz noutbuk modelini təqdim edə bilər - Qiymət
04.03.2026Gənc istedadlara xüsusi təqaüdlər verilməsi üçün 62 min manata yaxın vəsait ayrılıb - SƏRƏNCAM
04.03.2026Prezident İlham Əliyev İranın səfirliyində olub, başsağlığı verib
04.03.2026"Tələbələrə nəqliyyatda 10 faiz güzəşt oluna bilər"
04.03.2026Həyatın ölüm halından sığortasında yığımlar artıb
04.03.2026