Redaktor
Startaplar üçün innovasiya və startap müsabiqəsi elan olunur
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İslam İnkişaf Bankı Qrupu birgə startaplar üçün innovasiya və startap müsabiqəsi elan edir.
Valyuta.az xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.
Müsabiqə İslam İnkişaf Bankı Qrupuna üzv ölkələrdən yüksək potensiallı startapların innovativ ideyalarını nümayiş etdirməsinə dəstək olmaq, qlobal investorlarla əlaqə qurmaq və beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirmək məqsədi daşıyır.
Müsabiqəyə qoşulmaq üçün son tarix 30 aprel 2026-cı il, saat 15:00-dır.
Müsabiqənin mərhələləri:
- Qlobal açıq çağırış. Startaplar (innovasiya, biznes modeli, komanda, təsir) rəsmi platforma vasitəsilə aprelin 30-dək müraciət edirlər.
- Seçim və qiymətləndirmə. Vençur kapitallı firmaların, maliyyə inkişafı institutlarının və korporasiyaların mütəxəssisləri müraciətləri 15 may tarixinədək qiymətləndirirlər.
- Mentorluq və intensiv təlim proqramı ("Bootcamp"). Seçilmiş startaplar 13-15 iyun tarixlərində fandreyzinq, maliyyə modelləşdirməsi və təqdimatlar üzrə təlimlərə qatılır.
- İnvestorlara təqdimat və yarımfinallar. Startaplar 16-17 iyun tarixlərində beynəlxalq münsiflər heyətinə təqdimat edir və investorlarla əlaqə qururlar.
Müsabiqə üzrə mükafatlar və imkanlar:
- Pul mükafatı;
- Sertifikatlar və tanınma lövhələri;
- İslam İnkişaf Bankı Qrupunun Özəl Sektor Forumunun (PSF) sərgi paketi;
- Beynəlxalq sərgilərdə iştirak imkanı.
Layihələrinin qlobal bazarlara çıxacağına inanan və qlobal səviyyədə rəqabət aparmağa hazır olan startaplar aşağıdakı linkdən istifadə edərək qeydiyyatdan keçə bilərlər: https://isdb.untap.us/programs/2026#block-about
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTramvay xətləri dövlət mülkiyyətində olacaq
04.06.2026Pay torpaqları birləşdirilir - Azərbaycanda ilk
04.06.2026Mopedlərlə bağlı yeni QAYDA
04.06.2026"Bank Respublika"nın Premium debet kartları neçəyədir? - Qiymətlər və şərtlər
04.06.2026Hesablama Palatasına yeni səlahiyyət verilir
04.06.2026275 namizəd dövlət qulluğunda fəaliyyətini davam etdirmək üçün imtahan verəcək
04.06.2026“AzərGold” son 5 ildə 385,6 milyon manatlıq ixrac həyata keçirib
04.06.2026Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl və gübrə göndəriləcək
04.06.2026
20 ildir ABŞ-də yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi
04.06.2026Bu universitetin Məzun Günü satınalması ləğv edildi
04.06.2026“Azəralüminium” ixrac gəlirlərini 13,4 milyon dollar artırıb
04.06.2026Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü söküldü
04.06.2026