Redaktor
SOCAR "Yaşıl istiqraz"ların buraxılışına başlayır
Yanvarın 15-dən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Yaşıl istiqraz"ların buraxılışına start verəcək.
Valyuta.az şirkətə istinadən xəbər verir ki, emissiyanın ümumi məbləği 200 milyon ABŞ dollarıdır.
Söhbət hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 200 min ədəd istiqrazdan gedir. Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 6 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. "Yaşıl istiqraz"ları əldə etmək üçün son tarix 2025-ci ilin fevralın 28-dir.
"İstiqrazların “yaşıl” adlandırılması təsadüfi deyil. Belə ki, əldə olunan vəsait “SOCAR Green” MMC-nin bərpa olunan layihələrinə və investisiyalarına sərf ediləcək. Məlum olduğu üzrə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29 tədbirinə ev sahibliyi edən ölkəmiz üçün “yaşıl enerji”nin inkişafı və təşviqi məsələləri prioritet əhəmiyyət daşıyır. Bu xüsusda, “Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı altında buraxılan istiqrazlar vətəndaşlara etibarlı və stabil gəlir qazandırmaqla yanaşı, Azərbaycanın "yaşıl enerji" sahəsindəki təşəbbüslərini də dəstəkləmək məqsədi daşıyır. SOCAR bu emissiya vasitəsilə ekoloji cəhətdən təmiz enerji mənbələrinin inkişafına töhfə vermək və sürətləndirmək niyyətindədir", - deyə məlumatda qeyd olunub.
"Yaşıl istiqraz"ları 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki SOCAR İstiqrazları köşklərindən, o cümlədən ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə etmək mümkündür.
Ətraflı məlumat üçün *1999 çağrı mərkəzi və socaristiqraz.az, socarcapital.az veb-saytlarına müraciət oluna bilər.
Xatırladaq ki, SOCAR daxili kapital bazarları üçün ilk istiqraz buraxılışını 2016-cı, ikincini isə 2021-ci ildə həyata keçirib.
SOCAR İstiqrazları tədavülə buraxılandan bu günə qədər ən çox ticarət olunan korporativ qiymətli kağızdır.
SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1 və 5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb-saytlardan əldə edilə bilər.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərQeyri-bank kredit təşkilatlarına kredit qoyuluşu 1,88 milyard manatı ötüb
06.03.2026Sabah Bakıda yağış yağacaq
06.03.2026Dövlət Vergi Xidmətinin milyonluq layihəsini udan şirkət məlum oldu
06.03.2026Azər Mursaqulov Tahir Budaqovun bəzi qərarlarını ləğv etdi - SİYAHI
06.03.2026
Azərbaycanın ən çox energetik içki idxal etdiyi 5 ölkə - Qiymət
06.03.2026
Azərbaycana təhsil üçün gələn tələbələr hansı proseslərdən keçirlər?
06.03.2026Kapital Bank-ın təhsil işçilərinə unikal imkanlar yaradan TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu ®
06.03.2026“Bakı Mühəndislik Universiteti” 386 minə aviabilet alır
06.03.2026Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul edib
06.03.2026DOST mərkəzləri bu tarixlərdə işləməyəcək
06.03.2026
Banklar sahibkarlara nə qədər kredit verib? - MƏBLƏĞLƏR
06.03.2026Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
06.03.2026Azərbaycanın Türkiyəyə neft ixracı 4,8 dəfə artıb
06.03.2026
"Xalq Sığorta"nın zərərliliyi artdı - Yığımlarda azalma
06.03.2026
“1.000 manatlıq məhsul itirən şirkət 10.000 manatlıq əlavə satış etməlidir”
06.03.2026Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşdı
06.03.2026