Redaktor
“SOCAR Polymer”in ixrac gəlirləri 90 milyon dolları ötüb
“SOCAR Polymer” MMC 2026-cı ilin yanvar-aprel aylarında 90,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Valyuta.az xəbər verir ki, şirkətin ixrac gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 9,45% və ya 7,8 milyon ABŞ dolları artıb. Belə ki, 2025-ci ilin ilk dörd ayında bu göstərici 82,5 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, “SOCAR Polymer” MMC ölkədə kimya sənayesinin inkişafının sürətləndirilməsi məqsədilə yaradılıb. Şirkətin istehsal kompleksi polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (YSPE) istehsal edən iki zavoddan ibarətdir.
2013-cü il iyulun 16-da dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 101 milyon manatdır. Şirkətin qanuni təmsilçisi Fuad Əhmədov Ramis oğludur.
Mələk Ziyad
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMopedlər üçün dövlət rüsumları müəyyənləşir
04.06.2026"Bank Respublika"nın Premium debet kartları neçəyədir? - Qiymətlər və şərtlər
04.06.2026Hesablama Palatasına yeni səlahiyyət verilir
04.06.2026275 namizəd dövlət qulluğunda fəaliyyətini davam etdirmək üçün imtahan verəcək
04.06.2026“AzərGold” son 5 ildə 385,6 milyon manatlıq ixrac həyata keçirib
04.06.2026Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl və gübrə göndəriləcək
04.06.2026
20 ildir ABŞ-də yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi
04.06.2026Bu universitetin Məzun Günü satınalması ləğv edildi
04.06.2026“Azəralüminium” ixrac gəlirlərini 13,4 milyon dollar artırıb
04.06.2026Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü söküldü
04.06.2026