Sıfırdan ev tikmək üçün nə etməliyik?

Redaktor

12.12.2024 15:24
1,672

Sıfırdan ev tikmək üçün nə etməliyik?

Azərbaycanda torpaq alaraq ev tikmək istəyən vətəndaşların qarşısında bir sıra qanuni prosedurlar durur.

Valyuta.az xəbər verir ki, bu proses həm torpaq alışı, həm də tikintiyə icazə verilməsi və yaşayış evinin qeydiyyata alınması kimi mərhələləri əhatə edir.

Uğurlu nəticə əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydalara əməl etmək vacibdir.

Bəs bu qaydalar hansılardır? Sıfırdan ev tikmək üçün nə etməliyik?

Bu suallara cavab tapmaq üçün əmlak məsələləri üzrə ekspert Ramil Osmanlıya müraciət etdik. Ekspert BAKU.WS-ə bildirib ki, vətəndaş torpaq alarkən fərdi yaşayış evinin tikinti təyinatlı torpaq sahəsi almalıdır:

"Bir çox hallarda mülkiyyətdə olduğuna aldanır, kənd təsərrüfatı və ya digər təyinatlı torpaq sahələrinə alır, orada ev tikir. Belə olan halda həmin torpaq sahəsinin razılaşmadan keçirilməsi problem olur. Müvafiq icra hakimiyyəti orqanı çəkilən eskiz layihəsini qəbul etmir.

Bu torpaq sahəsinin gələcəkdə sənədləşdirilməsi, yəni xüsusi mülkiyyətdə keçirilməsi halında tikinti ilə bağlı problemi yaranır. Ona görə də mütləq torpaq sahəsinin təyinatı yaşayış məntəqəsi təyinatlı olmalıdır.

Torpaq sahəsinin müvafiq qurum tərəfindən qeydiyyata alınması üçün isə torpaq sahəsinin ölçüsünə diqqət etmək lazımdır.

Yəni tikmək istədiyiniz sahə, yəni evin ölçüsü ilkin mərhələdə nə qədər nəzərdə tutulursa, həmin ölçüyə uyğun olaraq torpaq sahəsi almalısınız. Bu necə hesablanır? Deməli, Azərbaycanda tikinti şəhərsalma tələblərinə görə, yaşayış məntəqəsi təyinatlı torpaqlarda ev tikilərkən sadə hesablama qaydası torpaq sahəsi 0,16 əmsalına vurulur. Deyək ki, torpaq sahəsi 300 kvadratmetrdirsə, 0,16-ya vurulur və onun üzərində yalnız 180 kvadratmetr yaşayış sahəsinin evin tikintisinə icazə verilir. Orada 1 metr 50-40 santimertdən aşağı zirzəmi sahəsi inkişaf etmək olar, yəni kürsü mərtəbə dediyimiz. Bu ümumi sahəyə aid deyil. Eyni zamanda dam da ümumi sahəyə daxil edilmir. Bu mənada, tikiləcək evin sahəsini bu şəkildə hesablamaq lazımdır.

Hər hansı bir vətəndaş 180 kvadratmetrlik ev tikmək istəyirsə, minimum 300 kvadratmetr torpaq sahəsi almalıdır. Torpaq sahəsinin konfigurasiyasına diqqət etmək lazımdır. Tikiləcək 180 kvadratlıq fərdi yaşayış evinin neçə mərtəbə olacağı da əvvəlcədən dəqiqləşdirilməlidir".

Ramil Osmanlı əlavə etdi ki, evin yerləşməsi məsələsinə diqqət olunmalıdır: "Bununla bağlı sahə üzrə lisenziyası olan və fəaliyyət göstərən peşəkar şirkətə müraciət edilməlidir. Şirkət həmin fərdi yaşayışı evinin memarlıq planlaşma layihəsini hazırlamalıdır. Layihə hazırlandıqdan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin elektron informasiya portalına yerləşdirilməlidir. 10 gün müddətnə müvafiq orqan tərəfindən razılaşma ilə bağlı cavab gəlir.

Qüsurlar, qanunvericiliyin tələblərinin pozulması, tikinti standartları və qaydalarının pozulması halları varsa, müvafiq icra hakimiyyəti orqanı həmin halın aradan qaldırılması ilə bağlı vətəndaşa cavab verəcək. Əgər belə hal yoxdursa, on gün müddətnə razılıq veriləcək və vətəndaş da gedib tikintini inşa edəcək. Layihədən kənarlaşmaq olmaz, layihə təsdiq olunduğu formada inşa işlərini həyata keçirməlidir.

Layihə inşa olunub başa çatdıqdan sonra (ev tamamilə tikilib qurtardıqdan sonra) həmin tikilinin qeydiyyata alınması ilə bağlı müraciət etmək olar. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri idarəsinə müraciət edib tikintini qeydiyyata aldırmaq mümkündür".

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tanınmış jurnalistə televiziyada vəzifə verildi

15.06.2026

Öz vəsaiti hesabına ipoteka krediti verən banklar - ŞƏRTLƏR

15.06.2026

Bankların kredit vermədiyi biznesdə müştərilər şirkətin ortağı oldu- "BrewDog" un uğur hekayəsi

15.06.2026

Azərbaycanda qadınlar üçün xüsusi istiqrazlar dövriyyəyə buraxılacaq

15.06.2026

Paytaxtda irimiqyaslı Özəl Sektor Forumu keçiriləcək

15.06.2026

Bank olmayan kredit təşkilatlarında faizlər nəyə əsasən müəyyən edilir? - VİDEO

15.06.2026

H&M: Qlobal sürətli moda və davamlı üslubun lideri

15.06.2026

Dünyanın ən bahalı 10 video oyun konsolu

15.06.2026

Tayvanın 50 ən varlısı 2026: AI tələbi ilə sərvət 56% artaraq 308 milyard dollara çatdı

15.06.2026

Karyera davamlılığının açarı: Yaradıcılıq və düşüncə genişliyi

15.06.2026

Bu ilin 5 ayında 65 min şəxs işlə təmin olundu

15.06.2026

"Meta" 2 milyardlıq startap satınalma müqaviləsindən geri çəkilir

15.06.2026

Hesablama Palatası: "Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb"

15.06.2026

Bakının bir neçə ünvanında parklanma yerlərinin bəzi hissələri ləğv edildi

15.06.2026

Əməliyyat sayını artıran 3 investisiya şirkəti - SİYAHI

15.06.2026

Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək

15.06.2026

Azərbaycanda çıxarışlı torpaqlara maraq artdı - Sotun ən ucuzu 5, ən bahası yarım milyon manata qədərdir

15.06.2026

ABŞ və İran arasında memorandum layihəsinə 300 milyard dollarlıq yenidənqurma planı daxildir – TAM SİYAHI

15.06.2026

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

15.06.2026

Bəzi rayonlara intensiv yağış yağır

15.06.2026

Məzənnə

Yüklənir...