Redaktor
Bakının bir neçə ünvanında parklanma yerlərinin bəzi hissələri ləğv edildi
Paytaxtda tibb müəssisələrinə gələnlər üçün əlavə şəraitin yaradılması istiqamətində işlər davam etdirilir.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, daha 7 ünvanda parklanma yerlərinin bir hissəsi ləğv olunaraq "5.14" - "minik taksilərinin duracaq yeri" və 3.28" - "durmaq qadağandır" yol nişanları quraşdırılmaqla minib-düşmə yerləri təşkil edilib.
Layihənin davamı olaraq:
- Məzahir Rüstəmov küçəsi, 7 nömrəli şəhər poliklinikasının,
- Lermontov küçəsi, 22 nömrəli şəhər poliklinikasının,
- Abay Kunanbayev və Süleyman Sani Axundov küçələrinin kəsişməsi, 25 nömrəli şəhər poliklinikasının,
- Məmmədəli Şərifli küçəsi, 4 nömrəli Vərəm Əleyhinə Dispanserin,
- Əhməd Cavad küçəsi, Respublika Kliniki Uroloji Xəstəxanasının,
- Əcəmi Naxçıvani küçəsi, "Medera Hospital"ın,
- Natiq Əhmədov küçəsi, "Məlhəm Beynəlxalq Hospitalı"nın yanında müvafiq nişanlar yerləşdirilməklə sərnişinlərin taksi və fərdi nəqliyyat vasitələrinə rahat minib-düşməsi təmin edilib.
Beləliklə, bu günədək paytaxtın 20 ünvanında yerləşən tibb və sosial xidmət müəssisələrinin qarşılarında minib-düşmə yeri və taksilərin sərnişinləri düşürmələri üçün imkan yaradılıb.
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərHesablama Palatası: "Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb"
15.06.2026Bakının bir neçə ünvanında parklanma yerlərinin bəzi hissələri ləğv edildi
15.06.2026Əməliyyat sayını artıran 3 investisiya şirkəti - SİYAHI
15.06.2026Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək
15.06.2026Azərbaycanda çıxarışlı torpaqlara maraq artdı - Sotun ən ucuzu 5, ən bahası yarım milyon manata qədərdir
15.06.2026ABŞ və İran arasında memorandum layihəsinə 300 milyard dollarlıq yenidənqurma planı daxildir – TAM SİYAHI
15.06.2026Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur
15.06.2026Bəzi rayonlara intensiv yağış yağır
15.06.2026Tramp: Nüvə sazişi baş tutmasa, İrana zərbələr bərpa olunacaq
15.06.2026Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır
15.06.2026İlham Əliyev: Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək
15.06.2026İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
15.06.2026Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür
15.06.2026İş yerində dedi-qodu yayan həmkarlarla mübarizə aparmağın yolları
15.06.2026"Brent" neftin qiyməti martdan bəri ilk dəfə 84 dollardan aşağı düşüb
15.06.2026Azərbaycanda Milli Qurtuluş Günüdür
15.06.2026