&quot;Pomada effekti&quot; nədir və iqtisadiyyatda necə çalışır? - <span style="color:#008000">SƏHƏR OXUSU</span>

Redaktor

13.05.2025 10:30
494

"Pomada effekti" nədir və iqtisadiyyatda necə çalışır? - SƏHƏR OXUSU

İqtisadi çətinliklər təkcə cibimizə deyil, davranışımıza da təsir edir. Gəlirlər azalanda insanlar daha ehtiyatlı xərcləməyə başlayır, amma maraqlıdır ki, bəzi məhsulların satışı yenə də artır. Bu, ilk baxışda ziddiyyətli görünsə də, əslində insan psixologiyasının iqtisadi qərarlara necə təsir etdiyini göstərir. Bəs görəsən, iqtisadi sıxıntı içində olanda bəzi insanlar həmin dönəm üçün lazım olmayan məhsul və əşyaları almaqdan əl çəkmirlər? Məsələn, necə olur ki, iqtisadi böhranda makiyaj məhsullarının satışı artır?

Valyuta.az xəbər verir ki, iqtisadi böhran zamanı yaranan bu vəziyyət ingiliscə “lipstick effect” deyilir.

Azərbaycanca “Pomada effekti” adlanan bu ifadə ilk dəfə 2001-ci ildə Estee Lauder şirkətinin rəhbəri Leonard Lauder tərəfindən müşahidə edilib. ABŞ-də iqtisadi geriləmə yaşandığı dövrdə bahalı malların satışında azalma olduğu halda pomada kimi kosmetik vasitələrin satışında artım qeydə alınıb. Bu qeyri-adi tendensiya psixoloji ehtiyacların, xüsusilə də özünə dəyər vermə və sosial qəbul edilmə kimi duyğuların iqtisadi qərarlara necə təsir etdiyini ortaya qoyur.
“Pomada effekti” iqtisadiyyatın çətin dövrlərində, yəni insanların maliyyə ehtiyatlarının azaldığı, işsizlik risklərinin artdığı zamanlarda daha qabarıq şəkildə özünü göstərir.

Aldığınız kiçik lüks mallar dəyərlilik hissi verir

Belə vəziyyətlərdə istehlakçılar bahalı, uzunmüddətli və riskli alış-verişlərdən imtina edir, lakin əvəzində özlərini daha yaxşı hiss etdikləri kiçik və sərfəli “lüks” mallara yönəlirlər. Bu kiçik alışlar, məsələn, pomada, dırnaq boyası, parfüm və ya qəlyanaltı kimi məhsullar həm emosional təskinlik verir, həm də sosial statusa bağlılığın qorunmasına xidmət edir. Psixoloji baxımdan bu davranış mexanizmi insanın stresli şəraitdə özünü itirməməyə və “mən hələ də dəyərliyəm” hissini qoruyub saxlamağa çalışmasının bir nəticəsidir.

Nəzarəti itirməmək hissinə ehtiyac duyulur

Bu davranış forması təəssüf ki, yalnız kosmetik məhsullarla məhdudlaşmır. İqtisadi tənəzzül dövrlərində kino zallarına getmək, aksesuarlar almaq, hətta qəhvə zövqünə yatırım etmək kimi davranışlarda da artım müşahidə olunur. Bu davranış nümunələri insanların gündəlik həyatlarında nəzarəti itirmədiklərini özlərinə sübut etmə ehtiyacının göstəricisidir. Belə ki, böyük alış-verişlər maliyyə baxımından riskli görünsə də, kiçik xərclər həm təminatlı, həm də emosional baxımdan doyumlu hesab edilir.

Bu effekt qadınlar arasında yayğındır

“Pomada effekti” makroiqtisadi analizlərdə diqqətə alınmasa da, mikro səviyyədə istehlak psixologiyasını və bazar dinamikasını izah etmək baxımından əhəmiyyətli göstəricidir. Davranış iqtisadiyyatı sahəsində aparılmış tədqiqatlar bu effektin əsasən qadın istehlakçılar arasında daha qabarıq olduğunu göstərib. Məsələn, “Journal of Personality and Social Psychology”də dərc edilmiş bəzi araşdırmalar sübut edir ki, iqtisadi qeyri-müəyyənlik qadınlarda daha çox fiziki görünüşlərini yaxşılaşdırmağa yönəlmiş alış-veriş impulslarını stimullaşdırır. Bu isə marketinq və məhsul strategiyalarının iqtisadi dövrlərə uyğunlaşdırılmasında yeni yanaşmalar tələb edir.

"Pomada effekti" iqtisadi dəyişkənliyə verdiyimiz reaksiyadır

“Pomada effekti” sadəcə istehlak meylinin dəyişməsi deyil, həm də psixoloji və sosial ehtiyacların, iqtisadi dəyişkənliklər fonunda necə reaksiya verdiyinin göstəricisidir. Bu fenomeni başa düşmək, təkcə iqtisadçılar üçün deyil, həm də marketoloqlar, sosioloqlar və psixoloqlar üçün vacibdir. Pomada effekti göstərir ki, iqtisadiyyatda rasional qərarlar qədər emosional və simvolik seçimlər də ən azı bir o qədər təsirlidir və bu seçimlər bazar münasibətlərinə dərin təsir göstərir.

Avtomobil satışları azalarkən, kosmetik satışlar artdı

Bu effektə aid bir nümunəni qeyd etsək, 2022-ci ildə “Journal of Consumer Research” jurnalında yayımlanmış araşdırmada göstərilir ki, ABŞ və Avropada 2008-ci il qlobal maliyyə böhranı zamanı lüks avtomobil satışları 25% azalarkən, kosmetik məhsul satışlarında 7-11% artım qeydə alınıb. 

İqtisadi çöküş kosmetik məhsullara marağı artırır

Daha bir nümunə isə Dr. Sarah Hill və əməkdaşları tərəfindən 2012-ci ildə aparılan eksperimentdə iştirakçılara iqtisadi qeyri-müəyyənlik hissi verildikdən sonra onların daha çox bəzək əşyaları və kosmetik məhsullara maraq göstərdikləri təsbit edilib.

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır

13.03.2026

Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti

13.03.2026

Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür

13.03.2026

AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

13.03.2026

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13.03.2026

"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq

13.03.2026

"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı

13.03.2026

Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL

13.03.2026

Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu

13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ

İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ

13.03.2026

"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri

13.03.2026

Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb

13.03.2026

Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®

13.03.2026

1 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır

13.03.2026

"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı 

13.03.2026
Regionlar üzrə kredit faizləri

Regionlar üzrə kredit faizləri - İllik müqayisə

13.03.2026

“Sunday” startapı 165 milyon dollar investisiya alıb

13.03.2026

Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub

13.03.2026

"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır

13.03.2026
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir

Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI

13.03.2026

Məzənnə

Yüklənir...