Redaktor
Sahil Babayev: "Azərbaycanın icmal gəlirlərinin üçdə ikisi artıq neft amilindən azaddır"
Azərbaycanın icmal gəlirlərinin, icmal büdcəsinin üçdə ikisi artıq neft amilindən tamamilə azad edilib.
Valyuta.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan Vergi Məcəlləsi və 16 qanuna təklif edilən dəyişikliklər paketinin ilk oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu siyasət davamlı olaraq həyata keçiriləcək: "Digər məsələ icmal büdcə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-də payı ilə bağlıdır. Növbəti il üçün bu hədəf 19 %-ə endirilib, bu isə cari ildən 3,4 faiz bəndi aşağıdır. Bu siyasət də davamlı olaraq həyata keçiriləcək və 2029-cu ilə, yəni ortamüddətli (1+3 illik) dövrümüzün sonuna biz bu rəqəmi 13 %-ə endirmək istəyirik ki, bu da həm büdcə, həm də maliyyə dayanıqlığımız baxımından çox önəmli bir nəticə olacaq, neft-qaz amilindən asılılığımızı ciddi şəkildə daha da aşağı çəkəcək".
Nazir qeyd edib ki, dövlət büdcəsinin icrası zamanı müdafiə olunan xərclər var: "Onların böyük əksəriyyəti cari xərclərdə toplanıb və bu xərclər hər zaman müdafiə olunduğuna görə, onların məhz neft-qaz qiymətlərindən asılı olmayan qeyri-neft sektorundan olan gəlirlər hesabına qapanması, qarşılanması qarşımızda olan əsas hədəflərdən biri idi. Növbəti il də biz bu rəqəmi 88 %-ə qədər qarşılaya biləcəyik. Bu da cari illə müqayisədə təqribən 7 % artıqdır. Burada ortamüddətli hədəfimiz ondan ibarətdir ki, 2029-cu ildə bu rəqəm 100 %-ə çatacaq".
S. Babayev vurğulayıb ki, həm büdcənin dayanıqlığı, sağlamlığı, büdcənin kənar amillərdən təsirinin büdcəyə azaldılması baxımından bu təklif olunan zərf Azərbaycan üçün ciddi imkanlar yaradır: "Eyni zamanda makroiqtisadi və fiskal baxımından bu yaradılan yeni rejim çox əlverişlidir, kifayət qədər güzəştlidir".
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Paramount" platformalarını birləşdirməyi planlaşdırır
03.03.2026Bakıda estetik klinika 20 000 manat cərimələndi
03.03.2026Bağlanan özəl universitetin binası BDU-ya verildi
03.03.2026İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
03.03.2026Deputatın şirkətinə protokol yazıldı, məhkəmə işə xitam verdi
03.03.2026Bu küçədə hərəkət 22:00-dək məhdudlaşdırılacaq
03.03.2026"Nvidia" 2 şirkətə 4 milyard dollar yatıracaq
03.03.2026Qoruq ətrafında iki yaşayış sahəsi 422 minə bərpa ediləcək
03.03.2026Dubay müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir
03.03.2026“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı azalıb
03.03.2026Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb ®
03.03.2026Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
03.03.2026Azərbaycanda ən məşhur telefon markalarının bazar payı açıqlandı
03.03.2026