Biznesmenlərin ayın sonu özünə verməli olduğu "maliyyə" sualları
18.04.2025 10:30
597

Biznesmenlərin ayın sonu özünə verməli olduğu "maliyyə" sualları

Həsən Həsənov
    SER Consulting Groupun təsisçisi

İş qurmaq üçün çox şey lazımdır: fikir, risk, enerji və bir az da riskli cəsarət. Bir çox sahibkar bu yola hisslərlə çıxır – inanır, çalışır, ayağa qalxır və yoluna davam edir.

Doğru olan da budur! Çünki bir işi hiss etmədən, ona ruhunu qatmadan uğur qazanmaq çətindir.

Amma bir vacib məqam var ki, orada yalnız hisslər yetərli olmur. Getdiyin yol bir az daha dolaşıq olur, xərclər artır, risklər dəyişir, komanda böyüyür. Və bu yerdə artıq qərarlar daha çox ölçülə bilən, edilə bilən olmalıdır.

Burada maliyyə səhnəyə çıxır – qorxutmaq üçün yox, dəstək olmaq üçün.

Maliyyə hesabatları sənə “burda səhv etmisən” demək üçün yox, “bura baxsan, daha aydın görərsən” demək üçün var.

Bəzən düşünürük ki, rəqəmlər bizdən uzaqdır. Amma əslində onlar bizim dilimizi danışa bilər, sadəcə bir az diqqət, bir az sistem və bir az da maraq kifayətdir.

Maliyyə sənə hökm vermir. Əksinə, sənə sakitcə deyir:

“Mən burdayam. İstəyirsənsə, sənə nəyin necə olduğunu göstərə bilərəm”.

Əziz sahibkar, sən bu işi hisslərinlə, instinktlə qurmusansa, bu, böyük üstünlükdür. Sadəcə bu instinkti daha rahat, daha dəqiq və daha dayanıqlı etmək üçün bir az da rəqəmlərlə dostlaşmaq kifayətdir.

Çünki:

Hisslərlə qurulmuş bir iş + Maliyyə ilə dəstəklənmiş qərarlar = Daha inamlı gələcək

Rəqəmlərlə aranı düzəltmək üçün maliyyəçi olmağa ehtiyac yoxdur. Sadəcə hər ayın sonunda bir neçə suala cavab axtar:

· Böyümə, yoxsa effektivlik? Gəlir artır, amma mənfəət marjası azalırsa, xərcləri yenidən nəzərdən keçirmək vaxtıdır.

· Xərclər harada artır? Əməliyyat xərclərinin detallı təhlili, artıq xərcləri azaltmaq üçün imkanlar yaradır.

· Qarşıda hansı imkanlar və risklər var? Hansı məhsul, xidmət və ya bazar daha gəlirlidir?

Gələcək investisiyaları formalaşdırmaq üçün mövcud məlumatlardan istifadə edin.
Maliyyə göstəriciləri təkcə mühasibatlığın deyil, liderlərin qərarvermə prosesinin əsas hissəsi olmalıdır.

Bu suallara verilən cavablar səni nəzarətdə saxlamır, əksinə, özünü daha güvəndə hiss etməyə imkan yaradır.

Maliyyə sənə qərar verməyi əmr etmir. Sadəcə qərarlarını daha aydın görmək üçün səninlə işləyir. O, nə qılıncdır, nə hökm – sadəcə kompasdır.

Əgər bu gün rəqəmlər sənə uzaq, yorucu və ya qorxulu gəlirsə, bu, çox normaldır. Sadəcə unutma, rəqəmlər sənə yox, sən onlara rəhbərlik etməlisən.

Şirkətlərdə maliyyə müdiri, CEO və sahibkar üçbucağı çox zaman sistemli deyil, şəxsi münasibətlər üzərindən işləyir. Kağız üzərində hər şey aydındır: CEO qərar verir, CFO hesabat verir, sahibkar isə strateji istiqamətə nəzarət edir. Amma reallıqda bu rollar tez-tez qarışır – bəzən isə birindən heç istifadə olunmur.  

Maliyyə müdirlərinin otağı dalanda olur.. O sahibkarın pulunu qoruyur, hətta bəzən pulu öz sahibindən də qoruyacağını düşünür. Bu qoruma işinə o qədər aludə olur ki, rəhbərin bir çox qərarı dalana dirənir.

Öz təcrübəmdən deyə bilərəm ki, şirkətlərdə CFO-nun “hegemon” fiqura çevrilməsi çox vaxt onun gücündən yox, sistemin zəifliyindən qaynaqlanır. 

Sistemdə liderlik boşluğu varsa, onu ya maliyyə doldurur, ya da xaos.

Maliyyə rəhbəri sadəcə “peşəkar” yox, komandaya və şirkətin mərhələsinə (sabit işləyir-sistem qurulub ; genişlənmə və dəyişiklik dövründədir ; yeni qurulur və ya böyüməyə hazırlaşır)  uyğun tərəfdaş olmasını istəyiriksə, maliyyə əlifbasını öyrənməli, maliyyə dilini başa düşməliyik.

Kiçik komandada texniki və operativ bilik ön plandadır. Əgər struktur böyükdürsə və insanlar çoxdursa – liderlik və koordinasiya bacarığı ön plana keçir. ERP sistemləri əsasdırsa – proses və texniki sistem biliyi vacibdir. Sabitlik dövründə əməliyyat və nəzarət önəmlidir. Əgər şirkət dəyişikliklər astanasındadırsa – o zaman sizə quran, düşünən, strateji tərəfdaş olan maliyyə müdiri lazımdır.

Biznesmenlərin ayın sonu özünə verməli olduğu "maliyyə" sualları

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

BP-də rəis olmaq istədi, dələduzluqla üzləşdi - 30 min manatlıq fırıldaq

11.12.2025

Mərkəzi Banka sənəd təqdim etməyən ASC 1500 manat ödəyəcək

11.12.2025

12 icra hakimiyyətin Aparat strukturunda bəzi şöbələr ləğv edilib

11.12.2025

"Disney"in ən bahalı satınalmaları: Siyahıda 71 milyard dollarlıq müqavilə var

11.12.2025

Bu ərazidə geniş Zəfər Parkı inşa olunacaq

11.12.2025

"Porsche" işçi qüvvəsinin 25 faizini işdən çıxarmağı planlaşdırır

11.12.2025

Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib

11.12.2025

Fransa bazarına ixrac dəyərində 2 dəfədən çox artım

11.12.2025

BEA maydan bəri ilk dəfə neft bolluğu proqnozunu azaltdı - Rekord göstərici

11.12.2025

Gələn il smartfon bazarı 30 faiz böyüyə bilər

11.12.2025

İcra başçısı korrupsiyaya görə həbs olunmuş məmurun yerinə təyinat etdi

11.12.2025

MrBeast "YouTube"dan milyonları necə qazanır?

11.12.2025

Bakıdakı icra hakimiyyətlərində şöbələr ləğv edildi - Bəziləri birləşdiridi

11.12.2025

Ən çox POS-terminal istifadəsi bu rayonlardadır

11.12.2025

Bu şəxslərin maaşı artırılacaq

11.12.2025

Onların da məzuniyyəti 46 gün olacaq

11.12.2025

Məşhur şirkət rəhbərləri pullarını nəyə xərcləyirlər?

11.12.2025

Prezident 5 illik konsepsiyanı təsdiqlədi - Sərəncam

11.12.2025

Şuşada 15 milyon manata 6 yeni yaşayış binası tikiləcək

11.12.2025

Çoxmilyonluq qaçaqmalçılıq işi genişlənir: 6 nəfər həbs olunub - ADLAR

11.12.2025

Məzənnə

Yüklənir...