Redaktor
Şabalıdı hansı ölkədən, neçəyə alırıq? - QİYMƏTLƏR
2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan xaricdən 1006.01 ton miqdarında qabıqlı şabalıd alıb.
Valyuta.az xəbər verir ki, bu məhsulların ölkəyə gətirilməsi üçün 2 305.29 min ABŞ dolları vəsait xərclənib.
1 kiloqram qabıqlı şabalıdın orta gömrük dəyəri 2.29 ABŞ dolları və ya 3.89 manat təşkil edib.
Qabıqlı şabalıdın ən çox alındığı ölkə Çin olub. Bu ölkədən 967.79 ton məhsul alışı üçün 2 228.84 min ABŞ dolları xərclənib. 1 kiloqram üçün orta gömrük dəyəri 2.30 ABŞ dolları və ya 3.91 manat təşkil edib.
İkinci sırada isə Gürcüstan qərarlaşıb. Bu ölkədən 38.22 ton məhsul alınıb və 76.45 min ABŞ dolları vəsait xərclənib. 1 kiloqram üçün orta gömrük dəyəri 2.00 ABŞ dolları və ya 3.40 manat olub.
Mayya Hüseynova