“RİCON” MMC bizi Qarabağda işlədib pulumuzu vermir”

Redaktor

01.12.2025 15:59
566

“RİCON” MMC bizi Qarabağda işlədib pulumuzu vermir” - Rəsmi açıqlama

“RİCON” MMC bizi Qarabağda aylardır işlədib pulumuzu vermir”.

Valyuta.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya həmin şirkətdə çalışmış Vüsal Nəcəfov müraciət edib. 

Onun iddiasına görə, təxminən 200-ə yaxın işçi bir ildir maaşlarının veriləcəyi günü gözləyir: “2023-cü ildən “RİCON” MMC-də Füzuli rayonunun abadlaşdırılmasında iştirak etmişik. 2024-cü ilin iyun ayında Cəbrayıl layihəsində çalışmışıq. Həmin ilin noyabr ayınadək maaşımızı bir az tez-bir az gec aldıq. 2025-ci ilin fevralınadək bizim 3 aylıq əməkhaqqımız ödənilməyib. 

Dəfələrlə problemlə bağlı müraciət etmişik, amma pulumuzu ödəmirlər. Sonuncu dəfə rəhbərliklə sentyabr ayında görüşmüşük. Bizə vəd verildi ki, texnikalar var, onları satıb ödəniş edəcəklər. Amma hələ də bir xəbər yoxdur, telefon nömrələrinə də zəng çatmır”.

Şikayətçi bildirib ki, müqavilə əsasında işləyiblər və bütün qaimələr də vurulduğu halda, şirkət ödənişi etmək istəmir. O, həmçinin qeyd edib ki, haqqı tapdalanan bəzi işçilər hüquq-mühafizə orqanlarına və Əmək Müfəttişliyinə də müraciət ediblər. 

Problemlə bağlı “RİCON” şirkətinin rəhbər şəxsləri ilə dəfələrlə əlaqə saxlamağa çalışılsa da, jurnalistin zənglərinə cavab verilməyib.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən sorğuya cavab olaraq bildirildi ki, “RİCON” MMC-də əmək hüquqlarının pozulması (son haqq-hesabın ödənilməməsi) ilə bağlı bir neçə işçi tərəfindən daxil olan müraciətlər Xidmətin Bakı Şəhər İdarəsində araşdırılıb: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna əsasən müəssisədə yerində araşdırma aparmaq mümkün olmayıb. “RİCON” MMC və müraciət edən şəxslər tərəfindən tələb olunan sənədlər təqdim edildiyi halda, araşdırma davam etdiriləcək və nəticələr barədə əlavə məlumat veriləcək.

Bununla yanaşı, vətəndaşların müraciətlərinin araşdırılması zamanı müəyyən nöqsanlar aşkar edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati icraat aparılıb, nəticəsi barədə müraciət müəlliflərinə məlumat veriləcək. Eyni zamanda, Xidmətə “RİCON” MMC-nin işçilərindən kollektiv müraciət də daxil olub və hazırda həmin müraciət üzrə araşdırma aparılır”.

Məlumat üçün bildirək ki, son 2 ilə nəzər salsaq, “RİCON” MMC-nin dəfələrlə milyon manatlıq tenderlərin qalibi olduğunu görə bilərik.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır

13.03.2026

Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti

13.03.2026

Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür

13.03.2026

AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

13.03.2026

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13.03.2026

"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq

13.03.2026

"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı

13.03.2026

Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL

13.03.2026

Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu

13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ

İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ

13.03.2026

"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri

13.03.2026

Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb

13.03.2026

Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®

13.03.2026

1 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır

13.03.2026

"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı 

13.03.2026
Regionlar üzrə kredit faizləri

Regionlar üzrə kredit faizləri - İllik müqayisə

13.03.2026

“Sunday” startapı 165 milyon dollar investisiya alıb

13.03.2026

Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub

13.03.2026

"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır

13.03.2026
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir

Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI

13.03.2026

Məzənnə

Yüklənir...