Restoranların "vaxt limiti" oyunu: Müştərini məcburi sifarişə vadar etmək qanunidirmi?

Redaktor

26.04.2026 15:39
351

Restoranların "vaxt limiti" oyunu: Müştərini məcburi sifarişə vadar etmək qanunidirmi?

Bəzi restoranlarda müştərilərə müəyyən vaxtdan sonra yenidən sifariş vermək tələbinin qoyulması son günlər ictimai müzakirələrə səbəb olub. Paytaxtın bəzi iaşə obyektlərində tətbiq edilən bu “qaydanın” nə dərəcədə əsaslı və qanunauyğun olması ciddi suallar doğurur.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bildirib ki, müştəridən hər 1-2 saatdan bir yenidən sifariş tələb etmək peşəkar xidmət modeli hesab oluna bilməz.

Sədrin sözlərinə görə, restoranların, xüsusilə sıx saatlarda masaların dövriyyəsini tənzimləmək hüququ olsa da, bu, etik normalar çərçivəsində həyata keçirilməlidir:

“Bu, qonağa təzyiq göstərmək yolu ilə deyil, şəffaf və nəzakətli qaydalar əsasında edilməlidir. Məsələn, masa üçün vaxt limiti varsa, bu, bron zamanı və ya qonaq əyləşməzdən əvvəl açıq şəkildə izah olunmalıdır. Əks halda, müştəri əyləşdikdən sonra qarşısına yeni şərtlərin qoyulması düzgün yanaşma deyil”.
Ekspert vurğulayıb ki, düzgün qurulmayan kommunikasiya müştəri ilə obyekt arasında gərginliyə səbəb olur:

“Qonaq restorana istirahət etmək üçün gəlir. Ona xidmət göstərmək əvəzinə əlavə psixoloji təzyiq yaratmaq, müəyyən müddətdən sonra sifarişə məcbur etmək xidmət mədəniyyətinə ziddir. Bu yanaşma müştəridə narazılıq formalaşdırır və həmin obyektə təkrar müraciət ehtimalını azaldır”.
Samir Dübəndinin fikrincə, Azərbaycanın qonaqpərvərlik ənənələri və istehlakçı hüquqları baxımından müştəri qarşısında sonradan əlavə öhdəlik yaratmaq yolverilməzdir:

“Əgər qonağa “yenidən sifariş edin, yoxsa masanı boşaldın” kimi münasibət göstərilirsə, bu, həm etik, həm də xidmət mədəniyyəti baxımından ciddi suallar doğurur. Belə üsul qısamüddətli dövrdə dövriyyəni artıra bilər, amma uzunmüddətli perspektivdə müştəri etibarını zəiflədir və müəssisənin nüfuzuna zərbə vurur”.
Sədr əlavə edib ki, dünya praktikasında da əsas prinsip şəffaflıqdır. Bir çox ölkələrdə restoranlar sıxlıq saatlarında vaxt limiti müəyyən etsələr də, bu barədə müştəriyə əvvəlcədən məlumat verilir.

“Restoran biznesində düzgün yol müştərini məcbur etmək deyil, qaydaları dürüst şəkildə elan etməkdir. Əks halda, qısa müddətli qazanc naminə uzunmüddətli müştəri itkisi qaçılmazdır”, – deyə o, fikrini yekunlaşdırıb.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tramvay xətləri dövlət mülkiyyətində olacaq

04.06.2026

Pay torpaqları birləşdirilir - Azərbaycanda ilk

04.06.2026

Mopedlərlə bağlı yeni QAYDA

04.06.2026

"Bank Respublika"nın Premium debet kartları neçəyədir? - Qiymətlər və şərtlər

04.06.2026

Hesablama Palatasına yeni səlahiyyət verilir

04.06.2026

275 namizəd dövlət qulluğunda fəaliyyətini davam etdirmək üçün imtahan verəcək

04.06.2026

“AzərGold” son 5 ildə 385,6 milyon manatlıq ixrac həyata keçirib

04.06.2026

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl və gübrə göndəriləcək

04.06.2026
20 ildir ABŞ-də yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi

20 ildir ABŞ-də yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi

04.06.2026

Bu universitetin Məzun Günü satınalması ləğv edildi

04.06.2026

“Azəralüminium” ixrac gəlirlərini 13,4 milyon dollar artırıb

04.06.2026

Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü söküldü

04.06.2026
Sığorta sektorunda ən yüksək yığım göstəricisinə malik 5 şirkət

Sığorta sektorunda ən yüksək yığım göstəricisinə malik 5 şirkət

04.06.2026

Azərbaycan nefti bahalaşdı

04.06.2026

Azərbaycan əsilli şəxs milyarderə çevrildi, amma pullarından istifadə edə bilmir

04.06.2026

Hobbi olaraq başladılar, sərvət qazanırlar - 70 ton məhsul yığırlar

04.06.2026

Avro və rubl geriləməkdə davam edir

04.06.2026

Azərbaycanda marketinqin ən böyük 7 problemi

04.06.2026

Tələbə yataqxanalarında yaranan dünyanın nəhəng şirkətləri

04.06.2026

Ənənəvi iş saatları dəyişir: Çevik mikroşiftinq trendi yayılır

03.06.2026

Məzənnə

Yüklənir...