Redaktor
"OpenAl" tamamilə yeni sosial şəbəkəyə hazırlaşır: Nələr məlumdur?
"OpenAI" şirkəti X (keçmiş Twitter) platformasına bənzəyən yeni sosial şəbəkə üzərində işləyir.
Valyuta.az xəbər verir ki, "The Verge" nəşrinin bir neçə mənbəyə istinadən yaydığı məlumata görə, bu layihənin artıq prototipi mövcuddur və Sem Altman onu şirkət divarları arxasında nümayiş etdirərək ilkin rəylər toplayır.
Yeni platformanın əsas xüsusiyyəti – ChatGPT ilə görüntü generasiyası funksiyası və onun ətrafında qurulmuş xəbər lenti olacaq. Qeyd olunur ki, Altman bu ideyanı hələ fevral ayında zarafatla dilə gətirmiş və "Meta" şirkətinin ChatGPT-yə rəqib tətbiq hazırlamasına cavab olaraq sosial şəbəkə yaratmağı nəzərdən keçirəcəklərini demişdi.
Mənbələrin bildirdiyinə görə, "OpenAI"ın sosial şəbəkəyə ehtiyacı əsasən canlı və aktuallaşdırılmış istifadəçi məlumatları ilə bağlıdır. Hazırda bu cür məlumatlar X və "Meta" platformalarında mövcuddur və həmin şirkətlər öz süni intellekt modellərini bu məlumatlar əsasında öyrədir.
"The Verge" ilə danışan süni intellekt sahəsinin nümayəndələrindən biri bildirib ki, X platformasına "Grok" çat-botunun inteqrasiyası sektorda həsəd doğurur:
"Xüsusilə, istifadəçilərin botu müxtəlif absurd şeylərə məcbur edərək viral tvitlər yaratma üsulu diqqət çəkir".
Yeni platformanın ayrı bir tətbiq kimi təqdim olunacağı, yoxsa mövcud ChatGPT sisteminə inteqrasiya ediləcəyi hələlik məlum deyil. Layihənin nə dərəcədə uğurlu olacağını isə zaman göstərəcək.
2025-ci ilin mart ayında ChatGPT dünyada ən çox yüklənən tətbiq olub – "TikTok" və Instagram kimi nəhəng platformaları geridə qoyaraq ay ərzində 46 milyon dəfə yüklənib. Bu populyarlıqda "Ghibli" studiyasının üslubunda animasiya şəkilləri yaratmaq trendi mühüm rol oynayıb. "OpenAI" şirkəti bildirmişdi ki, bu tələbat şirkətin qrafik prosessorlarını belə "əridəcək" qədər güclü idi.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏliağa Əzizov rəis müavini təyin olundu
13.01.2026Sponsorluq biznesə nə qazandırır?
13.01.2026Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin ®
13.01.2026Bu avtobuslarda gedişhaqqı artdı
13.01.2026ABB-nin İdarə Heyətinə yeni üzv seçildi
13.01.2026Nazir generalı təqaüdə göndərdi
13.01.2026"Lukoil"un qlobal aktivlərinin alışı üçün şirkətlər mübarizədə
13.01.2026
Xarici valyutada ən baha kreditlərin verildiyi 10 İQTİSADİ RAYON
13.01.2026Daha 9 startap vergidən azad olundu
13.01.2026Nazirliyin 5 milyon ödədiyi minlərlə mal-qara "yoxa çıxıb"
13.01.2026İşçilərin şikayət etdiyi "Grab Star"ın keçmiş direktoru cərimələndi
13.01.2026Azərbaycanda lüks avtomobil şirkəti kapitalını 16,5 milyon manat azaldıb
13.01.2026İlham Əliyev Ağdərənin Çapar kəndində görülmüş işlərlə tanış olub
13.01.2026İlham Əliyev Ağdərənin Heyvalı kəndində görülmüş işlərlə tanış olub
13.01.2026