"Gucci"nin çətin günləri - De Sarnonun istefası

Redaktor

07.02.2025 01:23
301

"Gucci"nin çətin günləri - De Sarnonun istefası

"Gucci"nin baş dizayneri Sabato De Sarno vəzifəsində iki ildən az müddət çalışdıqdan sonra İtaliya brendini tərk edəcək. 

Valyuta.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə cümə axşamı moda evinin sahibi "Kering" şirkəti məlumat verib. Brend varlı müştəriləri cəlb etmək və zəif satışları bərpa etmək üçün mübarizə aparır.  

42 yaşlı italyan dizayner De Sarno 2023-cü ildə "Gucci"nin baş dizayneri vəzifəsinə gətirilmişdi. O, yeddi il ərzində moda sənayesinin ən nüfuzlu fiqurlarından biri hesab edilən və öz rəngarəng, oynaq dizaynları ilə brendi formalaşdıran Alessandro Mişeleni əvəzləmişdi.  

Açıqlamadan dərhal sonra De Sarnonun istefası qüvvəyə minib və bu xəbər "Kering"in səhmlərinin ticarət gününün əvvəlində təxminən 3% ucuzlaşmasına səbəb olub. Bu, keçən il vəzifəyə təyin edilən "Gucci"nin icraçı direktoru Stefano Kantinonun həyata keçirdiyi ilk böyük dəyişiklikdir.  

Bu açıqlama gələn həftə "Kering"in illik maliyyə nəticələrinin dərcindən əvvəl verilib. Qrupun ümumi gəlirlərinin təxminən yarısını təşkil edən "Gucci"nin satışları III rübdə 25% azalıb və bu, "Kering"in ümumi maliyyə göstəricilərinə mənfi təsir edib. Şirkətin səhmlərinin qiyməti son 12 ayda təxminən üçdə bir nisbətində düşüb.  

"Barclays" analitiki Karol Madjo bildirib ki, məşhur mokasinlər, çantalar və kəmərlər istehsal edən "Gucci" brendi üçün vəziyyətdən çıxış yolu tapmaq çətin ola bilər.  

""Gucci"nin əlində kifayət qədər əlverişsiz kartlar var – Çin bazarından asılılıq, orta sinif müştərilərinə yönəlmə və son 3-4 il ərzində zəifləyən brend imici," – deyə o qeyd edib. "Əsas prioritet brendin yenidən populyar və dəbdə olmasını təmin etmək olmalıdır."

De Sarnonun istefası lüks moda sənayesindəki yüksək səviyyəli dizayner dəyişikliklərinin növbətisidir. Sektor hazırda zəif Çin tələbi və inflyasiya səbəbindən alıcılıq qabiliyyəti azalan müştərilərlə mübarizə aparır.  

"Dizayner dəyişikliklərinin çoxluğu sənayenin çalxalanma vəziyyətində olduğunu göstərir. Son iki-üç il ərzində qiymət artımlarına həddən artıq diqqət yetirildi, lakin bir çox brend tərəfindən kifayət qədər yeni məhsullar və innovasiyalar təqdim edilmədi," – deyə "Deutsche Bank"ın törəmə investisiya şirkəti DWS-in portfel meneceri və lüks sektor üzrə mütəxəssisi Stefan Bauknecht bildirib.  

Moda sənayesinin ən nüfuzlu dizayner vəzifələrindən biri üçün əvəzləyici tapmaq vaxt apara bilər. Potensial namizədlər arasında keçən il "Valentino"dan ayrılan italyan Pierpaolo Piççoli eyni ildə "Maison Margiela"dan ayrılan Con Qalyano və "Dior Homme" və "Yves Saint Laurent"in keçmiş dizayneri Hedi Slimane-in adı çəkilir.  

"Kering" bəyan edib ki, bu ay Milanda baş tutacaq "Gucci"nin payız-qış kolleksiyası moda evinin dizayn ofisi tərəfindən təqdim ediləcək.  

Rəhim

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"PUA bazarının 65 faizi Türkiyənin əlindədir"

15.03.2026

Bakıda ucuz qiymətə satılan həyət evlərini almaq olar?

15.03.2026

Uşaqlı turistlər üçün Avropanın ən yaxşı şəhərləri - TOP-10

15.03.2026

Lüks brendlər 100 milyonluq məhsullarını məhv edirlər - Səbəb

15.03.2026

Forbes: Dünyada 22 məşhur milyarder var - Onların sərvətləri nə qədərdir?

15.03.2026

Məktəb şkafından ilhamlanıb biznes quran bacılar milyonlar qazanır - SƏHƏR OXUSU

15.03.2026

Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO

14.03.2026

Bakının daşınmaz əmlak bazarında qiymət artımı: Hansı ərazilərdə mənzillər bahalaşıb? - VİDEO

14.03.2026

Hansı hallarda valyuta ehtiyatlarından istifadə olunur?

14.03.2026

"Meta" süni intellekt xərclərinə görə işçilərin 20%-ni ixtisar edə bilər

14.03.2026

Sağalmaz xəstəliklərdən həyat sığortasında 3 dəfəyə yaxın artım olub

14.03.2026

Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır

14.03.2026

"Atlassian" işçilərinin 10%-ni ixtisar edəcək

14.03.2026

Azərbaycana gətirilən süd və qaymağın qiyməti bahalaşıb

14.03.2026

Sosial mediada kimlik oğurluğu: Saxta səhifələr necə işləyir?

14.03.2026

"Google" "Gemini" ilə ani selləri proqnozlaşdırmaq üçün 5 milyon xəbər məqaləsini analiz edib

14.03.2026

Azərbaycanda dövlət agentliyi ləğv edildi

14.03.2026

Dünyanın ən zəngin və xoşbəxt ölkələri - Siyahı

14.03.2026

Novruz süfrələri üçün kənd qoxusu: Yarmarkada qiymət fərqi - REPORTAJ

14.03.2026

“Wonderful” 150 milyon dollar investisiya alıb

14.03.2026

Məzənnə

Yüklənir...