Redaktor
"Google" indi də avtonom avtomobillər satışına başlayır?
"Alphabet" şirkətinin baş direktoru Sundar Piçai "Waymo"nun uzunmüddətli planlarına fərdi avtomobil satışlarının da daxil olduğunu açıqlayıb. Şirkət təkcə tərəfdaşlıqlar vasitəsilə deyil, birbaşa istehlakçıya çatmaqla böyüməyi hədəfləyir.
Valyuta.az xəbər verir ki, Sundar Piçai gəlir hesabatı zamanı "Waymo"nun gələcək biznes modeli ilə bağlı verilən sualları cavablandırarkən, şirkətin yalnız əməkdaşlıqlarla deyil, həm də fərdi satışlarla böyümə potensialına malik olduğunu bildirib.
Hazırda "Waymo" Mayamidə "Moove", Ostində və tezliklə Atlantada "Uber" ilə əməkdaşlıqlarını genişləndirməyi planlaşdırır. Lakin Piçai bu planların da fövqündə olaraq "gələcəkdə şəxsi mülkiyyət üçün müxtəlif seçimlərin" təqdim oluna biləcəyini vurğulayıb.
Əslində "Waymo"nun fərdi istifadəçilər üçün avtonom nəqliyyat vasitələri satmaq ideyası yeni deyil. Şirkət 2018-ci ildə "Chrysler" ilə əməkdaşlıq çərçivəsində avtonom "Pacifica" minivenlərinin istehsalına başlamış və bu nəqliyyat vasitələrinin fərdi müştərilərə satılmasını gündəmə gətirmişdi. Lakin həmin dövrdə bu planlar geniş şəkildə reallaşdırıla bilməmişdi.
Fərdi avtonom avtomobil satışına dair bu vizyon təkcə "Waymo"ya aid deyil. "Tesla"nın baş direktoru İlon Mask ötən il keçirilən "We, Robot" tədbirində istehlakçıların 2026-cı ilə qədər təxminən 30.000 ABŞ dollarına bir "Cybercab" əldə edə biləcəklərini bildirmişdi. Mask "Tesla"nın son gəlir hesabatında isə "Waymo"nun istehsal etdiyi robotaksilərin "Cybercab"lə müqayisədə “xeyli bahalı” olduğunu iddia edib. "Tesla"nın iki nəfərlik, sükan dəstəyi olmayan robotaksisi yalnız kamera görüntüsü texnologiyasından istifadə edərkən, "Waymo"nun nəqliyyat vasitələri əsasən "lidar" olmaqla daha mürəkkəb sensor sistemləri ilə təchiz olunub. Hazırda "Waymo" beş nəfərlik "Jaguar I-Pace EV" modellərindən istifadə edir və geniş texniki baza ilə işləyir.
Maskın maliyyətlə bağlı tənqidlərinə baxmayaraq, real dünya şəraitində fəaliyyət göstərən robotaksilər sahəsində "Waymo"nun "Tesla"dan xeyli irəlidə olduğu rahatlıqla demək olar. "Waymo" yaxın vaxtlarda Yaponiyada sınaq gedişlərinə başlayıb və ABŞ-da artıq bir sıra aktiv robotaksi parkına sahibdir. Əvəzində "Tesla" hələ sərnişin daşıyan avtonom xidmətə başlamayıb; şirkət bu yay Ostində robotaksi xidmətini istifadəyə verməyi planlaşdırır.
İlon Mask 2026-cı ilin sonuna qədər milyonlarla avtonom "Tesla" avtomobilinin yollarda olacağını iddia edir. Lakin onun keçmişdə verdiyi iddialı vaxt cədvəlləri nəzərə alındıqda, bu hədəflərin nə dərəcədə real olduğu sual doğurur.
"Waymo"nun fərdi istifadəçilərə avtonom nəqliyyat vasitələri satmaq planları, avtonom sürüş texnologiyalarının kommersiyalaşmasında yeni bir səhifə aça bilər. Gələcəkdə həm "Waymo", həm də "Tesla"nın bu sahədə atacağı addımlar sektorun gələcəyini formalaşdıracaq kimi görünür.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır
13.03.2026Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti
13.03.2026Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür
13.03.2026AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
13.03.2026Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13.03.2026"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq
13.03.2026"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı
13.03.2026Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13.03.2026Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ
13.03.2026"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri
13.03.2026Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb
13.03.2026Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®
13.03.20261 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır
13.03.2026"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı
13.03.2026
Regionlar üzrə kredit faizləri - İllik müqayisə
13.03.2026“Sunday” startapı 165 milyon dollar investisiya alıb
13.03.2026Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub
13.03.2026"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır
13.03.2026