Redaktor
"Garantex" kriptobirjası 2,5 milyard rublun bloklandığını açıqladı
"USDT" stabilkoininin ən böyük emitenti olan "Tether" şirkəti, Rusiya kriptobirjası "Garantex"in cüzdanlarında 2,5 milyard rubl məbləğində vəsaiti bloklayıb.
Valyuta.az xəbər verir ki, platforma bu barədə "Telegram" kanalında açıqlama verib.
"Bizim üçün pis xəbər var. "Tether" Rusiya kriptobazarına qarşı mübarizəyə başlayıb və cüzdanlarımızda 2,5 milyard rubldan çox vəsaiti bloklayıb. Bütün komandamız bu problemi həll edənə qədər müvəqqəti olaraq bütün xidmətləri, o cümlədən kriptovalyuta çıxarışlarını dayandırırıq", – deyə bəyanatda qeyd olunub.
Şirkət həmçinin xəbərdarlıq edib ki, Rusiya cüzdanlarında saxlanılan bütün "USDT" vəsaitləri təhlükə altındadır.
Qeyd edək ki, 24 fevral tarixində Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 16-cı sanksiya paketini qəbul edib. Yeni məhdudiyyətlərə Rusiya kriptovalyuta birjası "Garantex" də daxil edilib. ABŞ isə bu platformanı 2022-ci ilin aprelindən etibarən sanksiya siyahısına salıb. Avropa Şurasının açıqlamasına görə, birjanın qara siyahıya salınmasının əsas səbəbi onun Aİ sanksiyalarına məruz qalan Rusiya bankları ilə əlaqəli olmasıdır.
Maya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər400 manata "Qırmızı qatar"la nağıl yaşayın
14.06.2026Tanınmış yutuberin videosu 1 milyard izləndi
14.06.2026Azərbaycana gətirilən 100 illik sənət əsərinə 4 min manata yaxın pul ödənilib
14.06.2026Kritik minerallarda qlobal rəqabət: Tələb 2040-a qədər 350 faiz arta bilər
13.06.20262026-cı il dünya çempionatında ən yüksək maaş alan futbolçular
13.06.2026Mehdiyevlərin bankı adını dəyişərək "T-Kredit" BOKT-a çevrildi
13.06.2026Pulunu qənaətlə idarə edən insanların əsas maliyyə qaydası açıqlanıb
13.06.2026Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib
13.06.20262026-cı ildə uzunmüddətli istifadə üçün alınmalı 4 kompakt avtomobil
13.06.2026Dörd ayda Çindən idxal 1,47 milyard dollara çatıb
13.06.2026“Atəşgah Həyat”ın ilk 4 aylıq ödənişləri və yığımları - CƏDVƏL
13.06.2026Sürətli qazancın gizli bədəli: Qısamüddətli mənfəət naminə etimadı itirməyin
13.06.2026Yüklərin sığortalanması üzrə sığorta haqları 455 min manat artıb
13.06.2026Ödənişlərdə ən çox hansı kartlardan istifadə olunub? - CƏDVƏL
13.06.2026BƏƏ İranın 10 milyard dollarlıq aktivlərinin dondurulmasını ləğv etmək qərarına gəlib
13.06.2026Azərbaycan nefti ucuzlaşıb
13.06.2026Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
13.06.2026Dünya bazarlarında neft 3%-dən çox ucuzlaşıb
13.06.2026Dünya fond bazarlarının əsas indeks göstəriciləri
13.06.2026